Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Hərbçi idmançılarımız Litvaya yola düşür

Tarix 19.08.17, 17:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Ordusu sıralarında xidmət edən yüzlərlə idmançı hərbi xidməti ilə yanaşı, idman fəaliyyətini də Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunda (MOİK) yüksək səviyyədə davam etdirir, müxtəlif mötəbər yarışlarda ölkəmizi layiqincə təmsil edirlər

Virtualaz.org xəbər verir ki, Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunda (MOİK) 16 idman növü üzrə fəaliyyət göstərən bölmələrdə bütün yaş qrupları üzrə məşqlər keçirilir. Azərbaycan milli yığma komandasının əksər üzvləri Mərkəzi Ordu İdman Klubunun təmsilçiləridir. Olimpiya, dünya, Avropa və başqa miqyaslı yarışlarda qazanılan medalların da bir hissəsi ordu idmançılarına məxsusdur. Həmçinin, MOİK-in yetirmələri "BAKI-2017" İslam Həmrəyliyi Oyunlarında 1-ci yeri tutan Azərbaycan yığmasının qələbəsində də pay sahib olublar. Onlardan 2-si qızıl, 1-i gümüş və 1-i bürünc olmaqla komandamızın hesabına 4 medal qazanıblar.

MOİK 1995-ci ildən Beynəlxalq Hərbi İdman Şurasının (SİZM) fəal üzvüdür. SİZM-ə üzv olduğu gündən bu günə kimi, MOİK-in yetirmələri 6 dəfə Ümumdünya Hərbi İdman Oyunlarında və hər il keçirilən idman növləri üzrə dünya çempionatlarında uğurla çıxış edərək 33 qızıl, 42 gümüş və 58 bürünc medal qazanıb. Həmçinin, 2015-ci ildə SİZM-in Koreya Respublikasında keçirdiyi 6-cı Ümumdünya Hərbi İdman Oyunlarında iştirak ediblər. 120 ölkədən 8100 nəfər idmançının iştırak etdiyi bu yarışlarda Azərbaycan Respulikasının Silahlı Qüvvələri 5 idman növü üzrə 30 idmançı ilə təmsil olunub.


Hərbçilərin cüdo üzrə dünya çempionatı Qafqazda birinci dəfə, Rusiya Federasiyasından sonra ilk dəfə Azərbaycan Respublikasında keçirilib. Bununla yanaşı, SİZM-in çərçivəsində hərbçilərin 2004-cü ildə cüdo üzrə 30-cu, 2006-cı ildə güləş üzrə 24-cü və 2008-ci ildə boks üzrə 52-ci dünya çempionatları keçirilib. MOİK-in ən böyük uğurlarından biri də 2013-cü ildə hərbçi idmançılar arasında ilk dəfə keçirilən futbol üzrə Dünya Kubokunun Azərbaycanda keçirilməsi olub.

Beynəlxalq Hərbi İdman Şurasının keçirtdiyi yarışlarda dəfələrlə Azərbaycan Respublikasının Silahlı Qüvvələrini layiqincə təmsil edərək Vətənə çoxlu medallar gətirmiş Mərkəzi Ordu İdman Klubunun yetirmələri 18-25 sentybar 2017-ci il tarixində Litva Respublikasının Klaypeda şəhərində güləş üzrə keçiriləcək hərbçilərin 32-ci dünya çempionatında güclərini sınayacaqlar. Bu yarışda ölkəmizi 16 idmançı, 2 hakim və 2 məşqçi təmsil edəcək. İnanırıq ki, hərbçi pəhləvanlarımızın hər biri uğurlu nəticə eldə edərək ölkəmizə medallarla qayıdacaq.









Xəbərin oxunma sayı : 124




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap