Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Hazırda AÇG-də 550 milyon tondan çox neft var, bu, yekun rəqəm deyil” – SOCAR prezidenti

Tarix 12.10.17, 17:20

Font ölçüsü : - / +
bitmap-img6


"Bu il sentyabrın 14-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının işlənilməsi və pay bölgüsü ilə bağlı saziş imzalanıb. Yeni "Əsrin müqaviləsi" adlanan sazişin yeni şərtlərlə imzalanması Azərbaycanın iqtisadi qüdrətini göstərir".

Bunu SOCAR prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən "Argus Azərbaycan Beynəlxalq Neft Sammiti – 2017"-də çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda AÇG-də 550 mln. tondan artıq neft ehtiyatının olduğu müəyyən edilib: "Əminik ki, bu, yekun rəqəm deyil. Azərbaycan bu gün neft və qaz ehtiyatlarına görə dünya ictimaiyyətinin diqqətindədir".

R. Abdullayev deyib ki, hazırda "Şahdəniz" yatağında illik təbii qaz hasilatı 9 mlrd. kubmetrə çatır: "Yatağın işlənməsinin ikinci mərhələsində isə qaz hasilatı 16 mlrd. kubmetrə çatdırılacaq. Bu qazın 6 mlrd. kubmetri Türkiyəyə, digər 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək. Hazırda bu yatağın işlənməyə hazır olması ilə bağlı işlər uğurla və vaxtlı-vaxtında yerinə yetirilir".

Dövlət şirkətinin prezidenti SOCAR-ın Türkiyədə həyata keçirdiyi STAR neft emalı zavodu, "Petkim" layihələrindən də geniş danışıb.

APA



Xəbərin oxunma sayı : 106




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap