|
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Lənkəranski”nin varidatı uğrunda qırğın - göy bazarı, Türkiyə və İtaliyadakı əmlaklar...
Tarix 20.10.17, 16:00 |
|
Gürcü, çeçen və azərbaycanlı “qanuni oğru”lar nəyi bölmək istəyirlər?
Ötən ilin avqust ayının 18-də Türkiyədə öldürülən “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) qatili və sifarişçisi tapılmasa da, onun maliyyə imperiyası uğrunda savaş yeni mərhələyə daxil olub. Sirr deyil ki, kriminal aləmdə miras uğrunda mübarizə həmişə olub. Hansısa nüfuzlu “qanuni oğru” öldürüldükdən sonra onun nəzarət etdiyi maliyyə mənbələri kriminal savaşları daha da alovlandırır.
Məsələn, “Lənkəranski”dən üç il əvvəl öldürülmüş ən tanınmış mafiya babası Aslan Usoyanın (“Ded Xasan”) milyonlar dövr edən imperiyası uğrunda mübarizə bu günədək davam edir, hansısa kriminal qruplaşmalar vaxtilə onun klanının nəzarətində olan vilayətlərdə öz hökmlərinin yeritməyə çalışır, yeni qanlar tökülür. Bu səbəbdən də “Lənkəranski”nin ölümündən sonra onun mirası uğrunda mübarizənin olacağı gözlənilən idi.
Hələ bir müddət əvvəl Rusiya mətbuatı yazmışdı ki, “Lənkəranski”nin ən iri aktivi olan göyərti, tərəvəz və meyvə topdansatış bazarı vaxtilə onunla yaxşı münasibətləri olan Merab Canqveladzenin (“Merab Suxumski”) nəzarətinə keçib. Məlumdur ki, 2006-cı ildə Moskvada məşhur “qanuni oğru” “Sabirabadlı Hikmət” kimi tanınan Hikmət Muxtarovla 2007-ci ildə “Ağbaş” ləqəbli Çingiz Axundovun qətlindən sonra göy bazarları “Lənkəranski”nin nəzarətinə keçmişdi. Məhz bundan sonra onun digər azərbaycanlı kriminallarla münasibəti pozulmuşdu. Çünki iddia olunurdu ki, “Lənkəranski” bu məsələdə “oğru prinsiplərini” pozaraq yalnız öz mənafeyini düşünüb (son yayılan məlumatlar da şübhə yoxdur ki, bu müzakirələri yenidən aktuallaşdıracaq).
Məlumat üçün deyək ki, “Suxumski”nin Rusiya vətəndaşlığı ləğv edilib və o, bir neçə ay əvvələdək İtaliyada polis nəzarətində idi. Kriminal aləmin ən odioz fiqurlarından olan “Suxumski” 1962-ci ilin noyabr ayının 20-də Suxumidə anadan olub. “Qanuni oğru” adını gənc yaşlarında alıb və kriminal aləmdə onun ailəsini təmsil edən kiçik qardaşı (“Levan Suxumski”) da var. 1975-ci ildə anadan olan Levanın da “Lənkəranski” ilə yaxşı münasibətləri olub.
İddia olunurdu ki, “Lənkəranski”nin Türkiyədəki biznesinə çeçen “qanun oğru” Hüseyn Əhmədov (“Kor Hüseyn”) da iddia edirdi. “Lənkəranski” imperiyasına sahiblənmək iddiasında olan “Kor Hüseyn” 1966-cı ildə Qroznıda anadan olub. “Qanuni oğru” adını 1985-ci ildə Stavropoldakı “Belıy Lebed” adlanan təcridxanada alıb. Sonuncu dəfə 2012-ci ildə 10 ay həbsxanada cəza çəkib. Hazırda azadlıqdadır.
Başqa mənbələr “Kurşa” ləqəbi ilə tanınan “qanuni oğru” Qoça Çinçaridzenin “Lənkəranski”nin Türkiyədəki aktivlərini idarə edəcəyini deyirdi. Qoça 1972-ci ildə Kabuletidə (Gürcüstan) anadan olub. O, “qanuni oğru” adını 1992-ci ildə, cəmi 20 yaşı olanda alıb.
Rusiya mətbuatı bir neçə ay əvvəl yazmışdı ki, Yekaterinburq vilayətində yaşayan azərbaycanlılar nüfuzlu “qanuni oğru” Nadir Səlifova (“Lotu Quli”) biət ediblər. O da iddia olunurdu ki, “Lotu Quli” və Gürcüstan doğumlu “Vaqif Bakinski” kimi tanınan Vaqif Süleymanov güclərini birləşdiriblər. Yeni klan bir-birinin ardınca Moskva və Moskva ətrafında gəlirli ticarət obyektlərini, ticarət mərkəzlərini, bazarları öz nəzarətlərinə alır.
“Sputnik Azərbaycan” isə kriminal dairələrə istinadən yazır ki, İtaliyanın maliyyə polisi “Lənkəranski”nin bu ölkə ərazisində 100 milyon avroya yaxın nağd pulla iki oteli satın aldığını müəyyən edib və onun izinə düşüb.
Məlum olub ki, İtaliyanın Pozitano şəhərində yerləşən “Le Sirenuse” və “Hotel Covo dei Saraceni” hotellərindən birincisini naməlum müştəri 52 milyon avroya, ikincisini 49 milyon avroya alıb. “Lənkəranski” hotelləri öz adına rəsmiləşdirməyib. Məlum olub ki, “Hotel Covo dei Saraceni” çeçen “qanuni oğru” Həmzət Qastəmirovun (“Şeyx Həmzət”) arvadının adına, “Le Sirenuse” hoteli isə “Lənkəranski”nin qohumlarından birinin adına rəsmiləşdirilib. Lakin hazırda hər iki hotel “Şeyx Həmzət”in mafioz klanının nəzarətindədir. Bildirilir ki, bu yaxınlarda çeçen avtoritetin vəkilləri “Le Sirenuse” otelini Lənkəranskinin qohumlarından məhkəmə yolu ilə alıblar.
Qastəmirov avqust ayında “Lənkəranski”nin il mərasimində olub. Xəbərlər vardı ki," Şeyx Həmzət" Bakıdan Amsterdama gedərkən “Schiphol” hava limanı yaxınlığında saxlanılıb. Saxlanılan zaman Qastəmirovun üzərində bir ədəd tapança, Bolqarıstan vətəndaşı Peter Stoykov adına saxta pasport, bank kartları, 3 mobil telefon və 85 min avro dəyərində Franck Muller markalı saat olub. Sentyabrın 5-də məhkəmə saxlanılan şəxslərlə bağlı 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Dekabrın 5-də isə Qastəmirovun işi üzrə məhkəmə prosesi başlayacaq. Niderland qanunlarına görə, onu sözügedən cinayətlərə görə, 7 ildən 10 ilədək həbs cəzası gözləyir.
Xəbərin oxunma sayı : 604
Kriminal
Xəbərlər
-
Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb - VİDEO+FOTOLAR
-
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
“Bolt“ qiymətləri qaldırdı - RƏSMİ
-
“Ukraynaya əsgər göndərməyə hazırıq“ - Baş nazir
-
Qəbiristanlıq torpağını alver ocağına çevirənlərin ifşası - VİDEO
-
Porno aktrisa Trampla görüşündən danışdı – “O, məni nahara dəvət etdi...”
-
Bölgələrdə mənzillər bahalaşdı - VİDEO
-
Dünyanın ən varlı insanları hansı şəhərlərdə yaşayırlar? - REYTİNQ
-
Taksi sürücüləri çarəsiz vəziyyətdə: Borclarını ödəyə bilmirlər
-
Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO
-
Bolqarıstan prezidenti və birinci xanımın şərəfinə rəsmi nahar verildi - FOTO
-
Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər
-
Azərbaycanda 40 dəvə yükü ilə qızıl basdırılan yer - VİDEO
-
Kütləvi imtahanlar elektron formada keçiriləcək - RƏSMİ
-
Həbsdə olan qohumunu azad edəcəyinə söz verib - 28 min manatını mənimsədi
-
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
-
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşüb - FOTO
-
2024-cü ildə ən çox satılan smartfon hansıdır? - SİYAHI
-
Masallıda narkotik vasitə satan şəxslər saxlanılıblar - FOTO
-
“COP29-un keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq“ - Bolqarıstan Prezidenti
-
Bakı və İrəvan 5 ay ərzində sülh sazişi imzalaya biləcəkmi? - DETALLAR
-
Neft Fondu bu investisiyalardan 5 milyard dollar qazanıb - SİYAHI
-
Qəzaya düşən prokuror yuxulu olub - TƏFƏRRÜAT
-
Klublarda audit yoxlaması: Dövlət ayırdığının hesabını tələb edir
-
“Fransız hərbçiləri artıq Donbasdadır” – Fransadan olan hərbi müxbir
-
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü olub - FOTO
-
“WhatsApp” daha bir yeniliklə gəlir - FOTO
-
Zaqataladakı dönərxananın sahibi: “Problem toyuqda olub“ (VİDEO)
-
Bayden gedir, yerini Mişel Obamaya verir - “Der Spigel“dən sensasion yazı
-
Qəbulda bu qrupda keçid balı artacaq - Səbəbi AÇIQLANDI
-
“Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər“ - Elçin Əmirbəyov
-
Slovakiyanın baş naziri: “Makron ölkəmizdə populyar siyasətçi sayılmır”
-
Biləcəridə yağan yağış evləri su altında qoydu - VİDEO
-
Azərbaycanlı jurnalist Harvardın məzunu oldu - FOTO
-
Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTOLAR
-
Geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ
-
Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, Kəlbəcərə dolu düşüb - FAKTİKİ HAVA
-
Avtomobil ehtiyat hissələri bahalaşdı - VİDEO
-
Naxçıvanda məşhur məhəllə su içində batır - VİDEO
-
Çempionlar Liqası: İlk finalçı Dortmund “Borussiya”sı oldu
-
Azərbaycan Slovakiya ilə birgə silah istehsal edəcək - VİDEO
-
Çinarə türk futbolçu sevgilisindən ayrıldı - VİDEO
-
“Mbappenin qarşısını kimsə təkbaşına kəsə bilməz“ - Mats Hummels
-
“ABŞ, fikir ayrılıqlarına baxmayaraq, İsraili dəstəkləməyə hazırdır“ - Bayden
-
Zaqatalada dönərdən zəhərlənənlərin sayı kəskin artdı - 30-a çatıb
-
“My Music” hoteldə nə baş verib? - TƏFƏRRÜATLAR/VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
İcra başçısı yenidən deputat olacaq - Qurbanovun Milli Məclisə qayıtması perspektivi nə ilə bağlıdır?
-
Növbəti dalğa gəlir: İyul-avqust aylarında ətin qiyməti artacaq
-
Binəqədinin keçilməz yolları: “Gərək qayıq alaq” - VİDEO
-
“Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər” - Zaxarova
-
Zaqatalada kütləvi zəhərlənmə - Araşdırmalar başladı
-
Ukraynadan gətirilən ət məhsullarında infeksiya törədiciləri aşkarlandı - AQTA
-
Güney Azərbaycanda şəhər başçısı həbs edilib - FOTO
-
Vəzifəsindən azad edilən Novruz Məmmədov : “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
-
20-25 manata satılan göycə: Bahalaşmanın səbəbi nədir?
-
Bu halda cərimə oluna bilərsiniz - Prezident təsdiqlədi
-
Rusiya Krım körpüsündən istifadəni dayandırıb: Cəbhə xəttini hansı yolla təchiz edir?
-
Nərimanov rayonunda ağacları belə məhv edirlər – FOTOFAKT
-
Bakıda sevgilisindən “yox“ cavabı alan oğlan bıçağa əl atdı - TƏFƏRRÜAT
-
Emin Əmrullayevin qardaşına sərt ittiham var: “Dedi, al bu 100 mini, get və...“ (VİDEO)
-
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanılıblar - VİDEO
-
Yağış sakinləri evləri ilə birlikdə su altında qoydu - VİDEO
-
Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
-
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTOLAR
-
Gəncədə daha br əməliyyat: vəzifəli şəxslərə cinayət işi açıldı
-
“Rusiya NATO-ya qarşı əməliyyata hazırdır“ - Polşa əks-kəşfiyyatı
-
İşə qəbul zamanı yaş vacibdir, yoxsa təcrübə? - VİDEO
-
Baş nazir Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib - FOTO/VİDEO
-
Sumqayıt məktəbində 250 min manatlıq mənimsəmə – Cinayət işi açıldı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Bir neçə yaxın dostum spirtdən düzələn arağa görə həyatını itirib” - Deputat
-
Sabiq deputat Mehdiyevə yazdığı gizli məktubdan danışdı - “Off, dəhşət...“ + FOTO
-
Hoteldə ölən dostlarla bağlı yeni detallar - Hadisə bu hoteldə baş verib + FOTOLAR
-
“Moskva Qərb ölkələri ilə dialoqdan imtina etmir” - Putin
-
Taksidən istifadə edənlərin sayı artır, yoxsa azalır? – Son 7 ilin məlumatları
-
“Bu gün gəlirlərimiz 35 milyard manat civarındadır” - Deputat
-
İlham Əliyevin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirilib - FOTO
-
Zelenskiyə qarşı sui-qəsd: Rusiya agentləri ifşa olundular - FOTO
-
“Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir” - Robert Fitso
-
Bakıda oteldə vəzifəli şəxslər zəhərləndi, 2 nəfər vəfat etdi - AÇIQLAMA/FOTO
-
"Makronun demaqogiyası boş və ikiüzlüdür"- Rusiya rəsmisi
-
Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ
-
“Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir” - İlham Əliyev
-
Bakıda vətəndaşların ölümlə üz-üzə qaldığı yol - VİDEO
-
Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTOLAR
-
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - FOTO
-
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - VİDEO
-
Rektor özünə daha bir xidməti maşın alır - 110 min manata
-
“Xərclərin rəsmiləşdirilməsi prosesi düzgün aparılmır...“ - Vüqar Gülməmmədov
-
Azərbaycan və Slovakiya şirkətləri arasında əməkdaşlıq memorandumları imzalanıb - FOTO
-
Prezident İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü olub - FOTO
-
Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT
-
Milli Məclis Mehriban Əliyevanı təbrik etdi
-
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimlərdə - FOTO/VİDEO
-
Qızıla yatırım etmək riskli hesab edilir - VİDEO
-
Milli Məclisin iclası başladı: 18 məsələyə baxılacaq
-
İsrail tankları Rəfaha daxil olub – KİV
-
Tərtərdə məktəblilər arasında dava: Ölən var
-
“Qazaxıstan ilk növbədə milli maraqların qorunmasına üstünlük verir” - Tokayev
-
Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO
-
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Sürücüləri narazıdırlar + VİDEO
-
Marsda həyat mövcud olub? - Alimlərdən yeni araşdırma
-
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO
-
Xəzərdə dalğanın hündürlüyü dörd metrə çatıb - FAKTİKİ HAVA
-
Türkiyədə altıncı nəsil qırıcı təyyarə üzərində işlərə başlanılıb - FOTO
-
Azərbaycanlı iş adamının “Qalatasaray”dakı işinə xitam veriləcək? - AÇIQLAMA
-
Münasib qiymətə ev tapmaq niyə çətinləşib? - VİDEO
-
Rihanna yenə dəyişdi - FOTOLAR
-
Fransa futbol tarixinin ən yaxşı müdafiəçisi bilindi - Desayi ikincidir
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
”Çin Ukraynaya dair sülh konfransını dəstəkləyəcək” - Si Cinpin
-
“İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik” - Ərdoğan
-
“Fransa Rusiya ilə müharibə aparmır” - Makron
-
Bakıda 17 min manata pişik satılır - VİDEO
-
Türkiyə ordusu Şimali İraqda 16 kürd yaraqlısını məhv etdi - VİDEO
-
Azərbaycanda məşhur hoteldə külli miqdarda yeyinti - FOTO
-
Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib, insult keçirib - Məhkəmə + FOTOLAR
-
Satışda olan saxta məhsulları necə ayırd edək? - VİDEO
-
Qazaxıstan öz diplomatını BƏƏ-dən geri çağırdı - FOTO
TOP 10
ARXİV