Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

1 il əvvəl ərini öldürən qadın azadlıqda gəzir - Müstəntiq qatilə himayədarlıq edir?

Tarix 24.10.17, 1:16

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Sumqayıt Şəhər Məhkəməsində əri Namiq Məmmədovu 2 bıçaq zərbəsiylə qətlə yetirən Xatirə Məmmədovanın məhkəməsi keçirilib.

AzFakt.com “BakuPost.az”a istinadən  xəbər verir ki, hakim İlyas Mahmudovun hakimliyi ilə keçən məhkəmədə Xatirə Məmmədova dinlənilib. 

Növbəti məhkəmə noyabr ayının 7-nə təyin edilib.

Mərhum N. Məmmədovun atası Məhiyəddin Məmmədov isə işin gedişatından narazıdır. O, 2016-cı il sentybarın 8-də baş verən hadisənin üzərindən 1 il keçməsinə baxmayaraq, qətl törədən şəxsin 1 saat belə həbs yatmadığını deyib.

M. Məmmədov iddia edir ki, Sumqayıt Şəhər Prokurorluğunun müstəntiqi Faiq Nadirov qatilə himayədarlıq edir: "O artıq müstəntiqlik yox, vəkillik edir. Cinayət Məcəlləsinin 124.1-ci maddəsiylə cinayət işi açılıb. Guya, oğlumu ehtiyatsızlıqdan öldürüb. Bu maddəni ona görə qoyublar ki, o qızı elə məhkəmədən azadlığa buraxsınlar. Heç çağırıb 1 saat belə olsa onu içəridə saxlamayıblar”.



Zərərçəkənin atası F. Nadirovun yalanını açdığını da iddia edir: “İşlə maraqlanmaq üçün prokurorluğa getmişdim. Faiq Nadirovu gördüm. Dedim ki, içəridədir? Dedi hə. Sözünü qüvvətləndirmək üçün də qayıdıb belə bir cümlə işlətdi: “Aybaşı olmaq nə pis şey imiş”. Mən də təəccüblə üzünə baxdım. Dedi ki, bəs aybaşı olub, özüm şəxsən ona evindən paltarlar gətizdirmişəm. Mən bu sözlərin yalan olmasına ehtimal belə vermədim. Ürəyim rahatladı ki, oğlumun qatili tutulub. 

Səhər vəkilimlə də getdik. F. Nadirov soruşdu ki, siz istintaqın gedişindən razısız? Mən də qızın tutulduğunu düşünürdüm deyə, dedim ki, hə. 

Evə gələndən sonra vəkilim gecə mənə zəng elədi ki, bəs o qadın heç 1 saat da saxlanılmayıb. Şok oldum. Zəng elədim Faiq Nadirova, mənə dedi ki, mən sənə nə vaxt demişəm ki, o qadın tutulub? Bu bizə protokola müsbət imza atdırmaq üçün belə bir yalan uydurubmuş”.

2 nəvəsinin hələ ki, onlarda olduğunu deyən baba Məhiyəddin Məmmədov baş prokuror Zakir Qaralovun da qəbulunda olduğunu bildirib: “Zakir Qaralovun qəbulunda oldum. Görüşdüm. Generallara dedi ki, bu işlə maraqlanın, bu işin üstündə durun. Halbuki mən o generalların hamısının qəbulunda olmuşam, sonra Qaralovun qəbuluna düşmüşəm”. 

Xatırladaq ki, sözügedən cinayət hadisəsi 2016-cı ilin sentyabr ayının 8-də baş verib. Belə ki, Xatirə Məmmədova əri Namiq Məmmədovu 2 uşağının gözü önündə bud nahiyəsindən 2 dəfə bıçaqlayaraq, yaralayıb. Yaralı qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılsa da, ölüb. 






Xəbərin oxunma sayı : 298




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap