Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycanın daha bir bölgəsində neft tapıldı – Rəsmi açıqlama

Tarix 24.10.17, 4:28

Font ölçüsü : - / +
bitmap-img6


Bu günlərdə Quba rayonunun Talabı kəndində neft çıxması barədə məlumatlar yayılıb.

Bu məlumatlara aydınlıq gətirən Quba Rayon İcra Hakimiyyəti başçısının Talıbıqışlaq nümayəndəsi nümayəndəsi Xanlar Heybətov "Sputnik  Azərbaycan"a sözügedən kənddə neftin çıxmasının təzə xəbər olmadığını deyib.

Onun sözlərinə görə, 47 il əvvəl Talabı kəndinin ərazisində neft quyusu aşkar edilib. 1970-ci ildə bura mütəxəssislər gəlib təxminən 1000 metrə yaxın qazıntı işləri aparıblar və qazma qurğusu sındığına görə işi dayandırıblar. Bir müddətdən sonra isə qayıdıb qazıntı üçün lazım olan digər avadanlıqları da götürüb gediblər.

Bundan sonra, 1973-cü ilə qədər qazıntı aparılan ərazidə az da olsa neft çıxıb.

"Sonralar bu ərazilərdə nefti cüzi şəkildə görmək olurdu. Son zamanlarda isə köpük qarışıq neft çıxır. Sakinlər vaxtaşırı bu neftdən istifadə edirlər. Amma burada daim neftin çıxdığı quyu yoxdur", – deyə Heybətov bildirib.

Onun sözlərinə görə, bu ərazidən çıxan neft əsasən müalicəvi əhəmiyyətli neftə bənzəyir.



Xəbərin oxunma sayı : 358




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap