Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Adam oğrusunu bıçaqlayan 28 yaşlı şəxsin əməlləri

Tarix 22.11.17, 17:31

Font ölçüsü : - / +
bitmap-img6


Əvvəl xuliqanlıq, sonra oğurluq, indi isə adam bıçaqlamağa görə hakim qarşısına çıxarılır

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə adam bıçaqlamaqda ittiham edilən 1989-cu il təvəllüdlü Şəhriyar Abdulovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Ş.Abdulov daha əvvəl də məhkumluq həyatı yaşayıb. O, 2010-cu ildə xuliqanlığa görə həbs edilib və 3 il cəza çəkib. Daha sonra isə oğurluğa görə pul cəriməsi ödəməli olub.

Ş.Abdulov sonuncu cinayətini Abşeron rayonunun Goradil qəsəbəsində törədib.

Qəsəbədəki çayxanalardan birinin qarşısında 1974-cü il təvəllüdlü Məmmədov Zakir Sahib oğlu ilə Abdulov Şəhriyar İntiqam oğlu arasında mübahisə yaranıb. İçkili olan Zakir Məmmədov həmyerlisinə ağır cavab qaytarandan sonra Şəhriyar üzərində gəzdirdiyi bıçaqla ona bir neçə bədən xəsarəti yetirib. Hadisənin söyüş üstündə olduğu bildirilir.

Ş.Abdulov Abşeron rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılıb. Şəhriyar Abdulova Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa ağır xəsarətyetirmə) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, bıçaqlanan şəxs əvvəl adam oğurluğuna görə məhkumluq həyatı yaşayıb.



Xəbərin oxunma sayı : 181




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap