|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Nazirlik 70 nəfərdən ibarət komissiya yaratdı, sərt tədbirlərə başladı –Reyd
Tarix 24.11.17, 0:37 |
|
Meşə sahələrindən ağacların qanunsuz kəsilərək ağac emalı sexlərinə daşınması barədə müxtəlif yuxarı instansiyalara və çoxsaylı şikayətlərin daxil olması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) 70 nəfərdən ibarət geniş tərkibli komissiya yaradılıb.
AzFakt.com ETSN-ə istinadən xəbər verir ki, komissiya tərəfindən Oğuz və İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin (MMBM) ərazilərində meşələrin qorunub mühafizə edilməsi vəziyyəti kompleks araşdırılıb və regionlarda reydlər keçirilib.
Aparılan yoxlamalar zamanı hər iki müəssisədə meşələrin qorunub mühafizə edilməsi işinin qeyri-qənaətbəxş təşkil olunduğu və qanunsuz qırıntılara yol verildiyi müəyyən olunub. Belə ki, son 4 ay ərzində Oğuz MMBM-in ərazisində 4807,93 m3 həcmində, 60134 manat dəyərində, 4180 ədəd və İsmayıllı MMBM-in ərazisində 2061,55 m3həcmində, 14578 manat dəyərində, 4830 ədəd ağacın qanunsuz olaraq kəsildiyi aşkar edilib. Hazırda məsələyə hüquqi qiymət verilməsi və təqsirkar cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi üçün sənədlər hüquq-mühafizə orqanlarına hazırlanır.
Meşə ərazilərində aşkar olunmuş qanunsuz kəsilmiş ağacların istifadə mənbəyini müəyyənləşdirmək məqsədilə ETSN-nin əməkdaşları tərəfindən 02-20 noyabr 2017-ci il tarixlərində magistral avtomobil yollarında reydlər keçirilib:
"Reydlər zamanı Oğuz, İsmayıllı, Göyçay, Şəki rayonları ərazisində xüsusilə də gecə saatlarında yük yerlərində meşə materialları olan “Ural”, “QAZ-66” “Kamaz”, “QAZ-53”, “ZİL”, “UAZ”, “Qazel”, “QAZ-24” markalı ümumilikdə 15 avtomobil müşahidə edilib. Nazirliyin əməkdaşları tərəfindən sözügedən maşınlar izlənilib. Görülən tədbirlər nəticəsində maşınlarda olan meşə materiallarının Göyçay, Şəmkir və Tovuz rayonlarında fəaliyyət göstərən yeşik hazırlanan sexlərə daşındığı müəyyən edilib. Həmin avtomobillərdə qanunsuz yolla əldə olunmuş, ümumilikdə 97,5 m3 həcmində fıstıq, vələs, palıd cinsli yerli meşə materialları aşkar olunaraq sənədləşdirilib".
Bununla bağlı meşə materiallarının daşındığı Göyçay, Şəmkir və Tovuz rayonlarındakı yeşik hazırlanan sexlərə baxış keçirilib və 15 sexin fəaliyyət göstərdiyi müəyyən olunub.
Belə ki:
– Göyçay rayonu Qarabaqqal kəndində Nadir Yəhyayevə məxsus 400 m2 ərazidə 3 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 1,2 m3 həcmində, 238,51 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;
– Göyçay rayonu Çayarxı kəndində Məzahir İsrafilova məxsus 300 m2 ərazidə 4 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 5 m3 həcmində, 993,8 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;
– Göyçay rayonu Cəyirli kəndində Şirvan İsmayılova məxsus 130 m2 ərazidəki yeşik sexində qanunsuz yolla əldə olunmuş fıstıqdan hazırlanmış 6,5 m3 həcmində, 1291,94 manat dəyərində yeşik taxtası;
– Göyçay rayonu Cəyirli kəndində Əvəz Rəsulova məxsus 120 m2 ərazidə 3 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 1,8 m3 həcmində, 357,77 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;
– Göyçay rayonu Cəyirli kəndində Asim Seyidova məxsus 300 m2 ərazidə 2 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 4,8 m3 həcmində, 954,05 manat dəyərində fıstıq cinsli girdə işlik material;
– Göyçay rayonu Cəyirli kəndində Elçin Məmmədova məxsus 250 m2 ərazidə 2 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 3,7 m3 həcmində, 735,41 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;
– Göyçay şəhəri Bahəddən Mirzəyev küçəsində Ədalət Qasımova məxsus 300 m2ərazidə 1 ədəd mişar quraşdırılmış yeşik sexində 4,1 m3 həcmində, 814,91 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;
– Göyçay şəhəri Bahəddən Mirzəyev küçəsində Samir Mustafayevə məxsus 500 m2 ərazidə 5 ədəd mişar quraşdırılmış yeşik sexində 3,5 m3 həcmində, 321,77 manat dəyərində fıstıq və vələs cinsli girdə işlik materialı;
– Göyçay şəhəri Heydər Əliyev prospektində Yaqub Məmmədova məxsus 120 m2ərazidə 2 ədəd mişar quraşdırılmış yeşik sexində 4,06 m3 həcmində, 308,46 manat dəyərində fıstıq və vələs cinsli girdə işlik materialı;
– Göyçay şəhəri Heydər Əliyev prospektində İsmayıl Yaqubova məxsus 200 m2ərazidə 2 ədəd mişar quraşdırılmış yeşik sexində 4,2 m3 həcmində, 834,80 manat dəyərində, fıstıq cinsli girdə işlik materialı;
– Şəmkir rayonu Düyərli kəndində Yaşar Qənbərova məxsus 70 m2 ərazidə yeşik sexində 2 ədəd mişar quraşdırılmış qanunsuz yolla əldə olunmuş 4 m3 həcmində, 795,04 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;
– Şəmkir rayonu Düyərli kəndində Azər Verdiyev məxsus 50 m2 ərazidə 2 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 4 m3 həcmində, 795,04 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;
– Şəmkir rayonu Dələr qəsəbəsində Rasim Sadıqova məxsus 40 m2 ərazidə 1 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 1,5 m3 həcmində, 298,16 manat dəyərində fıstıq cinsli girdə işlik material;
– Tovuz rayonu Qovlar qəsəbəsində Coşqun Binnətova məxsus 20 m2 ərazidə 1 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 1,8 m3 həcmində, 357,76 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;
– Tovuz rayonu Tovuz çayı sahilində Sarxan Mirzəyevə məxsus 40 m2 ərazidə 1 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 2,3 m3 həcmində, 457,16 manat dəyərində fıstıq cinsli girdə işlik material aşkar edilib.
Məlumatda bildiriir ki, aşkar olunmuş faktlar üzrə təqsirkarlar barəsində aktlar tərtib edilib, qanunvericiliyə uyğun qaydada ziyanlar tətbiq olunub və toplanmış sənədlər tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib:
"Eyni zamanda araşdırmalar zamanı Oğuz və İsmayıllı meşə ərazilərindən qanunsuz yolla əldə olunmuş ağaclardan kömürün hazırlandığı da aşkar edilib. Belə ki, Oğuz rayonu meşə ətrafı Muxas, Padar, Sincan, Xalxalqışlaq, Ərmənət, Tayıflı, Qalıncaq, Çəmənli, Mollalı və Calut kəndlərinin 52 həyətyanı sahəsində ağac kömürü hazırlanması məqsədilə quyuların qazıldığı, qanunsuz yolla əldə edilmiş 217,89 m3 həcmində meşə materiallarından istifadə edildiyi və meşə fonduna 4514,6 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktlarla bağlı tərtib olunmuş sənədlər qanunamüvafiq tədbirlərin görülməsi üçün Oğuz rayon polis şöbəsinə göndərilib.
Həmçinin Oğuz rayonu Muxas bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində kömür hazırlamaq məqsədilə 84 ədəd quyunun qazıldığı (23 quyuda yandırmaq məqsədilə meşə materialı yığıldığı, 61 quyunun isə hazırlanmış kömürün çıxarıldığından boş olduğu) və təbiətə 2310 manat məbləğində ziyan vurulduğu müəyyən olunub. Bununla bağlı toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Oğuz rayon Prokurorluğuna təqdim edilib.
Nazirliyin əməkdaşları tərəfindən görülən operativ tədbirlər nəticəsində qanunsuz yaradılmış kömür quyuları ləğv edilib, ərazi əvvəlki vəziyyətinə gətirilib və gələcəkdə belə hallara yol verilməməsi üçün Muxas bələdiyyəsinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Reydlər zamanı Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Ahmed Kahveçiyə məxsus “Kissan Parke LTD” müəssisəsinin ərazisinə baxış keçirilərkən palıddan hazırlanmış 40621 m2 reyka və 10000 m2 parket, fıstıqdan hazırlanmış 2500 m2 reyka, 1100 m2 parket və 87 m3 palıd taxtası aşkar edilib. Sexin sahibinin təqdim etdiyi sənədlərdə materialların Rusiya Federasiyasının Krasnodar vilayətindən alındığı göstərilir. Lakin faktı araşdırmağa əlavə ehtiyac olduğundan həmin materialların mənşəyinin müəyyən edilməsi üçün hazırda araşdırmalar davam etdirilir. Həmçinin müəssisənin ərazisində 120 m3 qoz taxtası aşkar edilib. Müəssisədən verilən sənəddə-Oğuz rayonu Xalxal Bələdiyyəsinin sədri Nəriman Ramazanovun və Oğuz rayonu Calud İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Teymur Abbasovun arayışlarına əsasən taxtaların hazırlanmasında istifadə edilən qoz ağaclarının Ərmənəd kənd sakinləri Tükəzban Ramazanovanın, Eyvaz Hüseynovun, Eyvaz Dadaşovun, Calud kənd sakinləri İbrahim İbrahimovun, Eldar Müzəffərovun, Kamil Baxşəliyevin və İsabala Xudumovun həyətyanı torpaq sahələrindən kəsildiyi göstərilir. Lakin ağac materiallarının meşə və ya bələdiyyə ərazilərindəki yaşıllıqlardan qanunsuz əldə edilməsinə şübhələr olduğu üçün müvafiq akt tərtib edilib və hazırda kəsilmiş ağacların kötüklərinin həmin həyatyanı torpaq sahələrində olub-olmaması ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, qanunsuz yolla əldə edilən meşə materiallarından istifadə edilməsinin qarşısının alınması istiqamətində ETSN tərəfindən mütəmadi reydlər keçirilsə də, sahibkarlıq subyektləri olduğundan ağac emalı sexlərində mütəmadi olaraq monitorinq və araşdırmaların aparılmasına və təqsirkarlar barəsində müvafiq tədbirlərin görülməsinə mövcud qanunvericiliyin tələbləri imkan vermir. Bu məqsədlə sözügedən sexlərdə araşdırmaların aparılması üçün qanunvericiliyə uyğun qaydada səlahiyyətli orqan olan İqtisadiyyat Nazirliyinə müraciət edilib. Eyni zamanda bütün araşdırma materialları ardıcıl olaraq hüquq-mühafizə orqanlarına göndərilir.
Aparılan reydlər zamanı Nazirliyin əməkdaşları qanunsuz yolla əldə edilmiş meşə materiallarını daşıyan işbazların və bəzi kənd sakinlərinin çox ciddi müqavimətləri ilə üzləşir. Belələri bir tərəfdən böhtan dolu şikayət edir, şantaj məqsədilə müxtəlif natəmiz şayiələr yayır, digər tərəfdən ağacların qanunsuz kəsilməsində iştirak edir, qanunsuz yolla əldə olunmuş meşə materiallarından istifadə etməklə kömür hazırlanması fəaliyyəti ilə məşğul olurlar. Ən çox müqavimət də meşə ətrafı kəndlərdə kömür yandırılması ilə məşğul olan şəxslər tərəfindən göstərilir. Onlar hər vəchlə Nazirliyin qanuni şəkildə gördüyü işlərin qarşısını almağa cəhd edirlər".
Hazırda reydlər davam etdirilir.
Xəbərin oxunma sayı : 436
Hadisə
Xəbərlər
-
Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
-
“Həbsdə olmağımın səbəbini bilirəm” - Bəkir Orucovun məhkəməsi
-
Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
TOP 10
ARXİV