|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
“Guya Türkiyədə otel biznesi ilə məşğulam…” – SOCAR-ın trest müdiri ittihamlara cavab verdi
Tarix 21.02.18, 0:50 |
|
“Qarayaxanlara yalnız gördüyümüz işlərlə cavab verəcəyik...”
SOCAR-ın Kompleks Qazma İşləri Trestinin müdiri İskəndər Şirəli "Trend"ə müsahibə verib.
AzFakt.com həmin müsahibəni öz oxucularına təqdim edir:
– İskəndər müəllim, Kompleks Qazma İşləri Tresti yarandığı 2007-ci ildən indiyədək bu Trestə Siz rəhbərlik edirsiniz. Xahiş edirik, əmək fəaliyyətiniz barədə “Trend”in oxucularına məlumat verərdiniz.
– İlk olaraq onu qeyd edim ki, ali təhsilimi başa vurduqdan sonra əmək fəaliyyətinə neft-qaz sənayesində başlamışam, bu günə qədər də bu sahədə çalışıram. Bu yaxınlarda Trestin fəaliyyətə başlamasının 11-ci ili tamam olur. Trest əvvəlllər fəaliyyət göstərmiş 7 idarənin bazasında yaranıb. Bunların içində qazma idarələri də, tamponaj və nəqliyyat idarələri də vardı. Trest müdiri vəzifəsinə təyin edilənədək, mən “Səngəçal” Dəniz Qazma İşləri İdarəsində” qazmaçı köməkçisi kimi əmək fəaliyyətinə başlayaraq buruq ustası, rayon-mühəndis texnoloji xidmətin rəis müavini, “Qum Adası” Dəniz Qazma İşləri İdarəsinin baş mühəndisi və rəisi, nəhayət, “Abşeron Qazma İşləri” idarəsinin rəisi vəzifələrində çalışmışam. 2007-ci ilin mart ayında “Kompleks qazma işləri” tresti yaradıldı və SOCAR prezidenti yüksək etimad göstərərək, məni trestin müdiri vəzifəsinə təyin etdi. Ötən illərdə istehsalat sahəsində göstərdiyim fəaliyyətimdən ayrılmadan, namizədlik və doktorluq işini müdafiə etmişəm. Hazırda Rusiya Mühəndislik Akademiyasının əcnəbi üzvüyəm. Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı, 3-cü dərəcəli “Əmək ordeni” ilə təltif edilmiş, “Əməkdar mühəndis” fəxri adına layiq görülmüşəm. Ölkəmizin neft-qaz sənayesinin inkişafındakı xidmətlərimə belə yüksək dəyər verdiyinə görə möhtərəm Prezident İlham Əliyev cənablarına və SOCAR rəhbərliyinə minnətdaram.
– SOCAR keçən il üzrə neft və qaz hasilatını stabilləşdirməyə nail olub. Şirkətin açıqlamalarında bu nailiyyət qazma işlərinin artırılması ilə əlaqələndirilir. Hətta bəzi köhnə yataqlarda hasilatın artımı qeydə alınıb. Ümumiyyətlə, neft və qaz hasilatında qazmanın rolu nədən ibarətdir?
– Kompleks Qazma İşləri Tresti SOCAR-ın “Azneft” İstehsalat Birliyinin sifarişi ilə axtarış-kəşfiyyat və istismar qazma işlərini həyata keçirir. Azərbaycan dünyanın ən qədim neft sənayesinə malikdir. Ölkəmizdə 100-150 ilə qədər yaşı olan yataqlar var ki, bunlar da məhz milli neft tariximizin varisi olan Dövlət Neft Şirkəti tərəfindən istismar olunur. Əlbəttə, hər bir yatağın yaşı artdıqca onun neftvermə əmsalı da, təbii olaraq, azalır. Beləliklə, Azərbaycan neftçilərinin əsas vəzifələrindən biri də köhnələn yataqlarda hasilatı stabil saxlamaqdır. Buna nail olmaq üçün əlavə quyuların qazılması labüddür. Qazmaçıların üzərinə düşən əsas vəzifə məhsuldar məntəqələrdə qazma prosesinin səmərəli idarə edilməsi, qazılan quyularda müvafiq şəraitə uyğun qazma üsulunun seçilməsi, bir sözlə minimum məsrəflə maksimum nəticənin əldə edilməsidir. Qazma – hasilatın müqəddiməsidir desək, yanılmarıq. Qazma işləri yalnız hasilat üçün deyil, müxtəlif məqsədlər üçün aparıla bilər. Düzgün qeyd etdiniz ki, ötən ildə aparılmış qazma işlərinin əsas hissəsi köhnə yataqlarda hasilatın stabil saxlanılmasına şərait yaradıb. Lakin qazma ilk növbədə yeni yataq və perspektivli sahələrin kəşfiyyatı, neft və qaz ehtiyatlarının dəqiqləşdirilməsi üçün aparılır. Bir sözlə, hasilat qazmadan başlayır.
Qazma prosesinin mühüm tərəflərindən biri quyu profilinin düzgün müəyyən edilməsidir. Profilə görə quyular şaquli, maili və üfüqi olmaqla, 3 növə bölünür. Şaquli quyu, adından da göründüyü kimi, şaquli istiqamətdə qazılır. Burada zenit bucağı olmur. Maili quyu müəyyən bucaq və inhirafla (quyunun başlanğıc nöqtəsi ilə son nöqtəsi arasındakı məsafə) qazılır. Üfüqi quyu isə daha böyük zenit bucağı və inhirafa malikdir. Azərbaycanda ilk dəfə üfüqi quyu Pirallahı yatağında bizim trestin qazmaçıları tərəfindən qazılmışdır. 2017-ci ildə trest “Qərbi Abşeron” yatağında məhz üfüqi profil üzrə 3600 metr civarında qazma işi yerinə yetirib.
Ötən il SOCAR-ın Qazma Tresti qazmanın ümumi həcmini əvvəlki ilə nisbətən 41,2 faiz artırmağa nail olub, il ərzində 115 min metr qazma işi yerinə yetirilib, 71 quyu qazılıb. Son 11 ildə ölkəmizin quru və dəniz sahələrində cəmi 1 milyon 400 min metrə yaxın qazma işi aparılıb və 900 – dən çox quyu qazılaraq “Azneft” İstehsalat Birliyinə istismar üçün təhvil verilib. Naxçıvan Muxtar Respublikasının qazla etibarlı təminatını yaxşılaşdırmaq məqsədi ilə Muxtar Respublika ərazisində dörd quyu qazılaraq təhvil verilib. “Bulla Dəniz” yatağnda qaz kondensatı hasil edən 123 saylı quyunun qazılması ilə bağlı əldə etdiyimiz uğurlu nəticəni ayrıca qeyd etmək istərdim. “MakKinzi konsalting” şirkəti bu quyunun qazılmasını 237 günə, bizim mütəxəssislər isə 240 günə proqnozlaşdırsa da, quyu rekord müddətdə – 227 günə qazılıb, təhvil verildi.
– Azərbaycanda KQİT-nin apardığı qazma işləri digər ölkələrdən hansı xüsusiyyətlərinə görə fərqlənir?
– Bizim trest Xəzər dənizində əsasən Bakı və Abşeron arxipelaqları istiqamətində işlər aparır ki, bu işlərin məxsusi özəllikləri vardır. Belə ki, qazma işləri zamanı qeyri-normal dərəcədə yüksək və aşağı quyu təzyiqi (anomal təzyiq) ilə rastlaşırıq. Bəzən qazma işləri aparılarkən layın yüksək təzyiqi ilə qarşılaşırıq və istismar zamanı məhsul fontan şəklində özü yuxarı qalxır. Bəzi hallarda isə təzyiq az olduğundan istismar zamanı başqa metodlardan istifadə olunur. Bizim işin özəlliyi də budur ki, bəzən bir sahədə həm yüksək, həm də aşağı anomal təzyiqli zonalara rast gəlinir. Belə yataqlarda qazma işləri zərgər dəqiqliyi ilə aparılmalıdır. Burada kiçik bir səhv buraxılsa, ağır fəsadlara gətirib çıxara bilər. Buna görə də qazma işlərinin düzgün planlaşdırılmasına böyük diqqət yetirilir. Bu işdə peşəkar mühəndislərin rəyi həlledicidir – mütəxəssis səriştəsi burada özünü daha bariz şəkildə göstərir.
– Qeyd etdiniz ki, qazma işləri müxtəlif məqsədlər üçün aparıla bilər. Hazırda SOCAR Azərbaycanda iki böyük qaz anbarına malikdir və onların genişləndirilməsini həyata keçirir. Bu işlər hazırda hansı mərhələdədir?
– Qaradağ və Qalmaz yeraltı qaz anbarlarının imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl işlər görülür. Hazırda Trest tərəfindən Qaradağ sahəsində yeni quyuların qazılması davam etdirilir. Yeni nəsil qazma qurğularının tətbiqi işimizi əhəmiyyətli dərəcədə sürətləndirir. Belə ki, Qaradağ sahəsində 2015-2017-ci illər ərzində 14 quyu qazılaraq təhvil verilib. 2018-ci ildə yataq üzrə qazma həcminin artırılması, ilin sonuna kimi 27 min metrdən çox qazma işi aparılması nəzərdə tutulur.
Qaz anbarlarında genişləndirmə işləri həm artan daxili tələbatın qarşılanması, həm də kommersiya məqsədli qaz ticarət əməliyyatları baxımından böyük əhəmiyyət kəsb edir. Hesab olunur ki, enerji təhlükəsizliyinin təmin olunması üçün qaz anbarlarının həcmi ümumi daxili istehlakın 20 faizindən az olmamalıdır. Hazırda Azərbaycanın Qaradağ və Qalmaz yerlatı qaz anbarları ölkədaxili tələbatın təxminən 35 faizinə bərabər ümumi həcmə malikdirlər. Azərbaycan öz qaz anbarlarının mövcud həcmini həm ölkənin daxili tələbatının təmin olunması, həm də əlavə kommersiya dəyərinin yaradılması üçün istifadə edə bilir. Daha əvvəl SOCAR prezidentinin də bildirdiyi kimi, şirkətimiz yay aylarında xaricdən nisbətən aşağı qiymətə təbii qaz alaraq, anbarlarda saxlayır və qazın daha baha olduğu qış aylarında həmin xarici qazı ixrac edir, bununla da dövlətə əlavə gəlir qazandırır.
– Rəhbərlik etdiyiniz trest ötən il əsasən hasilat səviyyəsinin stabil saxlanılması, həm də qaz anbarlarının genişləndirilməsi istiqamətlərində qazma işlərini icra edib. 2018-ci ildə Sizin əsas planlarınız nədən ibarətdir?
– Trest 2018-ci ildə 100 min metrdən çox qazma işinin aparılmasını və 60-a yaxın quyuda qazma işlərini başa çatdıraraq, sifarişçiyə təhvil verməyi planlaşdırır. Bu il ölkəmizin quru və dəniz əraziləri üzrə 9 yataqda yeni texniki vasitələr və texnologiyadan istifadə etməklə, axtarış-kəşfiyyat və istismar qazma işlərini planlaşdırırıq. Qazma işləri Quba-Xəzəryanı, Abşeron rayonlarında, dəniz akvatoriyası üzrə isə Bakı və Abşeron arxipelaqlarında həyata keçiriləcəkdir.
– İskəndər müəllim, rəhbərlik etdiyiniz Trestin fəaliyyəti ilə bağlı oxucularımıza kifayət qədər məlumat verdiniz. Son aylarda sosial şəbəkələrdə və bəzi informasiya portallarında xoşagəlməz məlumatlar dərc olunub. Həmin məlumatları yayanlara nə demək istərdiniz?
– Əslində onlara çox əhəmiyyət vermirik, işimizi işləyirik. Qarşımıza qoyulmuş yüksək və şərəfli vəzifəmizi yerinə yetirməklə ölkəmizin qüdrətini daha da artırmağa çalışırıq. Bu ittihamlar saxtadır, trestdən incik düşən keçmiş bir işçi tərəfindən yayılır. Onun iş sahəsində qazma işləri yekunlaşdığından, həmin istehsalat bölümündə işləyənlər başqa sahələrə təyinat aldılar. Yüzlərlə digər işçilər bu təyinatı qəbul etdilər, amma o, quruda maaşların nisbətən aşağı olduğunu əsas gətirərək işdən imtina etdi. Sonra da sosial şəbəkələrdə yalan və böhtan xarakterli məlumatlar yaymaqla bizə təzyiq göstərə biləcəyini zənn edirdi.
Yaydığı ittihamların əksəriyyəti kadrların işə qəbulu ilə bağlı olub. Bu da tam məntiqsizdir. Çünki işçilərin işə qəbulunu 2011-ci ildən SOCAR-ın İnsan Resursları departamenti həyata keçirir. SOCAR-da işə qəbulun isə necə şəffaf və ədalətli keçdiyi ictimaiyyətə məlumdur. Bizim o proseslərə müdaxilə etməyimiz qeyri-mümkündür.
Hələ bir oğlum Xəzərin şəkilini də mətbuatda yaydılar. Sərlövhə şəkillə heç uyğun gəlmirdi. Şəkildə heç bir qeyri-adilik də yoxdur. Oğlum universitet kafesində oturub kola içir. Xəzər hər zaman əla qiymətlərlə oxuyub, bu gün də Böyük Britaniyanın Aberdin Universitetində əla və yaxşı qiymətlərlə oxuyur. Mən inanıram ki, Xəzər təhsilini başa vurduqdan sonra ölkəmizin iqtisadi inkişafında fəal iştirak edəcək.
– Deyəsən, məhkəmə çəkişməsi də olub.
– Bütün saxta ittihamlar effekt verməyəndən sonra iddia etdilər ki, guya Türkiyədə otel tikmişəm, otel biznesi ilə məşğulam. Dedim ki, otelin mənə məxsus olduğunu sübut etsələr, mən həmin oteli onlara hədiyyə edəcəyəm. Yox, edə bilməsələr, o adamı məhkəməyə verəcəyəm. Təbii ki, bu da sübut olunmadı. İşgüzar nüfuzuma ziyan vuran, mənə qarşı qərəzli məlumatlar yayan Arif Qəmbərovu məhkəməyə verdim. Məhkəmə mənə dəymiş mənəvi ziyana görə qərar çıxarıb ki, o adam kompensasiya ödəməlidir. Əslində kompensasiya şərti bir şeydir, Trestimizin imicinə vurulan mənəvi ziyanı heç nə ilə ödəmək olmaz. Amma biz bütün bu qarayaxanlara yalnız öz davamlı nailiyyətlərimizlə, ölkəmizin inkişafı naminə gördüyümüz işlərlə cavab verəcəyik.
Xəbərin oxunma sayı : 289
Sosial
Xəbərlər
-
Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
-
“Həbsdə olmağımın səbəbini bilirəm” - Bəkir Orucovun məhkəməsi
-
Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
TOP 10
ARXİV