Selena Qomez sinəsini böyütdü - Fotolar Demet Akalının villası müsadirə olundu Pərvin Abıyevadan “Səni deyirlər” rəqsi - VİDEO Azərbaycanlı modelin geyimi başına bəla oldu - Şərhləri bağladı
Axtar
 
  • / Maqazin / — 14 Sentyabr 2018

    Selena Qomez sinəsini böyütdü - Fotolar

  • / Maqazin / — 10 Sentyabr 2018

    Demet Akalının villası müsadirə olundu

  • / Maqazin / — 07 Sentyabr 2018

    Pərvin Abıyevadan “Səni deyirlər” rəqsi - VİDEO

  • / Maqazin / — 06 Sentyabr 2018

    Azərbaycanlı modelin geyimi başına bəla oldu - Şərhləri bağladı

  • / Maqazin / — 05 Sentyabr 2018

    Azərbaycanlı aktirsa: “Mənə kişi lazımdır” – Fotolar

  • / Maqazin / — 31 Avqust 2018

    Nəsrin bu dəfə bədənini göstərdi - 50 min insan bəyəndi

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçir

Tarix 13.03.18, 22:08

Font ölçüsü : - / +
bitmap-img6


Novruz bayramı günlərində abunəçiləe fasiləsiz olaraq elektrik enerjisi ilə təmin ediləcəklər

Bunu "Report"a açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. 

"Bayramı günlərində ehtiyat tədbirləri gücləndiriləcək. İstehlakçıların, habelə bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması məqsədilə Bakı şəhərində və regionlarda təşkilatı və texniki tədbirlər görülərək, martın 20-dən 27-nə qədər “Azərişığ”ın Mərkəzi Aparatı və RETSİ-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib. 

Bayram günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb, elektrik şəbəkəsinin normal rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək. Bayram tədbirlərinin keçirildiyi günlərdə Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində növbətçilik təşkil edilərək zəruri olan mal-materialların ehtiyatı yaradılacaq. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan yenidənqurma və əsaslı təmir-tikinti işləri müvəqqəti olaraq dayandırılacaq", – deyə o, qeyd edib. 



Xəbərin oxunma sayı : 358

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda