Evlilik üçün oğlundan icazə aldı Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar 52 yaşı olduğuna inanmaq çətindir - Fotolar Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO
Axtar
 
  • / Maqazin / — 08 Yanvar 2019

    Evlilik üçün oğlundan icazə aldı

  • / Maqazin / — 05 Yanvar 2019

    Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar

  • / Maqazin / — 05 Yanvar 2019

    52 yaşı olduğuna inanmaq çətindir - Fotolar

  • / Maqazin / — 04 Yanvar 2019

    Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO

  • / Maqazin / — 03 Yanvar 2019

    Mənzurə Musayeva ailə quracaq: Üçüncü dəfə... - Video

  • / Maqazin / — 03 Yanvar 2019

    Pərvin gecə klubunda ətəyini qaldırıb belə rəqs etdi - VİDEO


“Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır...“ - Prezident İlham Əliyevdən xalqa mühüm mesajlar

Prezident əmək pensiyaları ilə bağlı dəyişikliyi təsdiqlədi - Yanvarın 1-dən belə hesablanacaq...

Dövlət tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyindən çıxarıldı - Oqtay Şirəliyev “portfel nazirə” çevrilir

İcra başçısının müavini 6.5 milyon manatlıq cinayət işində - İfadə verdi

Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistana yönəlib... - Mərkəzi Kəşfiyyatın “Kölgəsi“ sensasion analiz yaydı

Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma

Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı – 30 milyonu ölkədən kimlər, necə çıxarıblar?

AZAL şefinin təyyarəsi “Abel zolağına“ enir? – Adı dəyişdirilən bank müəmması

Abel Məhərrəmovun milyonluq mülkləri və bahalı avtomobilləri...– Akademik də villabaz imiş!

Azərbaycanda problemi kreditlərin həlli yolları:ekspert hökumətə təkliflər ünvanladı (Təhlil)

Deputatla icra başçısı arasında “30 minlik“ qalmaqal - Adil Əliyevin hansı küçədəki obyektə qapı açdırmaq istədiyi bilindi

“Polis qeyri-qanuni aksiyanın qarşısını alıb” – Prezidentin köməkçisi

Səudiyyə taxtının yeni varisi kim olacaq? – 2 ssenari və 2 mümkün namizəddən biri.... - TƏHLİL

Qars-Naxçıvan dəmiryol xəttinin inşası Ermənistanı qorxuya salıb: “Türkiyə Naxçıvanda əməliyyat meydanı yaradır”

ABŞ-dan İrana daha bir zərbə –Avqustdan bu ölkəyə dollar satışı dayandırılacaq

Tarix 16.05.18, 15:08

Font ölçüsü : - / +
bitmap-img6


Birləşmiş Ştatlar İran Mərkəzi Bankının sədrinə sanksiyalar qoyub. Vaşinqton onu “terrorçu fəaliyyətlərə dəstək verməkdə” ittiham edir.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin mayın 15-də İran MB-nin sədri Vəliullah Seifə və həmin bankın başqa bir rəsmisi Əli Tərzəliyə sanksiyalar elan etməsi o deməkdir ki, onlarla biznes əməkdaşlığına girən şəxs və şirkətlər ABŞ-ın maliyyə sistemindən məhrum edilə bilərlər.

Bu iki bank rəsmisinin adı “qlobal terrorçular” siyahısına daxil edilib və onlar İran İslam İnqilabı Keşikçilərinin adından Livandakı “Hizbullah”ın dəstəklənməsi üçün milyonlarla dolları köçürməkdə ittiham olunurlar.

ABŞ maliyyə naziri Stiv Mnuçinin bəyanatında deyilir ki, İran Mərkəzi Bankı rəhbərinin Hizbullah kimi qruplaşmalara maliyyə dəstəyi verməsi “rüsvayçı olsa da, təəccüblü deyil”. (https://home.treasury.gov/news/press-releases/sm0385)

Nazir həmçinin bildirib ki, Birləşmiş Ştatlar İranın beynəlxalq maliyyə sistemindən sui-istifadə etməsinə yol verməyəcək. Lakin bəyanatda deyilir ki, sanksiyalar İran Mərkəzi Bankının özünə bir təsisat kimi şamil edilmir.

ABŞ Maliyyə Nazirliyi habelə Tehrandan Livandakı “Hizbullah”a vəsait köçürülməsində iştirak etmiş İraq İslam Bankını və onun direktorunu“qara siyahıya” salıb.

Mayın 10-da ABŞ daha doqquz iranlıya və İran vahidinə sanksiyalar elan etmişdi. Onlar İslam İnqilab Keşikçiləri Korpusunun Qüds qüvvələrinə maliyyə dəstəyi verməkdə ittiham olunurdular.

(https://www.treasury.gov/resource-center/sanctions/OFAC-Enforcement/Pages/20180510.aspx)

Bu sanksiyalar prezident Trampın ABŞ-ın İranla nüvə sazişindən çıxmasını elan etməsi ilə eyni vaxta təsadüf edir.

Maliyyə Nazirliyinin bəyanatında bu da bildirilir ki, ABŞ avqustun 7-dən başlayaraq “İran hökuməti tərəfindən ABŞ dolları əskinaslarının əldə edilməsinə” sanksiya qoyacaq.

Noyabrın 5-dən isə bu banklarla “müəyyən və əhəmiyyətli tranşlarda bilərəkdən iştirak etmiş şəxslərə” təkrar sanksiyalar elan olunacaq.

Azadlıq Radiosu



Xəbərin oxunma sayı : 319

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda