Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Səməd Seyidov nümayəndə heyətinin rəhbəri vəzifəsindən çıxacaq? – AÇIQLAMA

Tarix 16.05.18, 19:43

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi , Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi korrupsiyada adı hallanan AŞPA üzvlərinə qarşı sanksiyalar tətbiq edib.

Sanksiyalar Pedro Aqramunta 10 il, digər üzvlər Sezar Florin Preda, Səməd Seyidov və Cordi Xuclaya qarşı 2 il ərzində qüvvədə olacaq. Adı sadalanan bu dörd deputatın davranış kodeksini ciddi şəkildə pozduğu, onların müvəqqəti olaraq Assambleyanın mandatından məhrum edildiyi bildirilir. Onlar təyin olunma və ya məruzəçi kimi çıxış etmək, bir sıra əsas vəzifələrə qoşulmaq və ya seçkiləri müşahidə etmək kimi səlahiyyətlərindən məhrum ediliblər.

Sadalanan dörd AŞPA üzvü bu müddət ərzində seçki müşahidəçisi kimi iştirak edə, heç bir komitənin, ya alt komitənin sədri ya sədr müavini ola, AŞPA-nın prezidenti olmaq üçün seçkilərdə namizədliyini irəli sürə bilməyəcək. Onlar həmçinin, Assambleyanı və ya öz komitələrini təmsil etmək, Avropa Şurasının icra orqanına – Nazirlər Komitəsinə suallar vermək hüququndan da məhrum ediliblər.

Məsələ ilə bağlı Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümyəndə heyətinin üzvü Asim Mollazadə Modern.az-a açıqlama verib.

Nümyəndə heyətinin üzvü bildirib ki, bu qərarı ədalətsiz və Azərbaycana qarşı qərəzli mövqe kimi qiymətləndirir.

“Əslində məsələni araşdırsaq görərik ki, korrupsiya faktı başqa ölkə tərəfdən, başqa məsələlərlə bağlı olub. Mən bunu Azərbaycana qarşı aparılan informasiya müharibəsinin tərkib hissəsi hesab edirəm. Səməd Seyidovla bağlı qərara gəldikdə isə bu, onun 2 il müddətinin məruzəçi və müşahidə missiyalarını məhdudlaşdıran qərardır. Bu da ədalətsiz qərardır”.

Deputat bildirib ki, AŞPA-nın qərarının nümayəndə heyətinin rəhbərliyinə heç bir aidiyyatı yoxdur.

“Yəni, Səməd Seyidov yenə də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümyəndə heyətinin rəhbəri vəzifəsini icra edəcək”.



Xəbərin oxunma sayı : 418




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap