Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Sərnişinlər çarəsiz alıb: balans yükləmə aparatı tapılmır - VİDEO

Tarix 27.05.18, 4:25

Font ölçüsü : - / +
bitmap-img6


Xırdalandan Bakıya və əks istiqamətdə hərəkətdə olan marşrut avtobusu kart sisteminə keçsə də, yolboyu balans yükləmə aparatlarının olmaması sakinlərin narahatlıgına səbəb olub.

AzFakt.com "Xəzər TV"yə istinadən xəbər verir ki, söhbət Abşeron rayonunun Xırdalan şəhərindən Bakıya və ya əks istiqamətdə hərəkətdə olan 135 saylı marşrutdan gedir.

Marşrutun əsas xətti Xırdalan şəhərindən, Bakı Mühəndislik Universitetinin qarşısından başlayır. Yol boyu karta balans yükləmə aparatlarının olmaması sərnişinlərdə narahatlıq yaradır. Sakinlər deyir ki, şəhərin bəzi ərazilərində aparatlar quraşdırılıb, amma işləmir.

Mövcud problem sürücüləri də narahat edir. Kartında balans olmayan sərnişinlərlə tez-tez mübahisələri də düşür. Hətta elə olur ki, bu səbəbdən xəttə gecikmələr olur.

Bakı Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirilib ki, marşrut xətti nagdsız ödəniş sisteminə keçməzdən əvvəl bunun üçün uyğun şəraitin yaradılması, o cümlədən terminalların qoyulması ilə bağlı müəyyən təhlillər aparılıb. Nəticələrə uyğun olaraq aparatlar quraşdırılıb. Lakin sərnişinlərdən şikayət varsa, məsələyə təkrar baxılacaq və narahatlıq yaradan hal aradan qaldırılacaq.








Xəbərin oxunma sayı : 760




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap