Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Yüz minlərlə insan London küçələrinə çıxıb- “Brexit” üzrə yeni referendum tələbi ilə

Tarix 20.10.18, 23:00

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Londonun mərkəzində “Brexit” əleyhinə miqyaslı etiraz aksiyası başlayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 100 mindən çox insan Birləşmiş Krallığın Avropa İttifaqının tərkibindən çıxması məsələsinə dair yeni referendum keçirilməsi tələbi ilə Britaniya parlamenti binasının ətrafına toplaşıb.

Aksiyanı təşkilatçısı “People’s Vote” ictimai kampaniyasının məlumatına görə, nümayişə ölkənin müxtəlif bölgələrindən paytaxta gələn yarım milyona yaxın insan qatılıb. Aksiyaya Britaniyanın müxalif Leyborist partiyasını təmsil edən London şəhərinin meri, “Brexit”in əleyhdarı Sadiq Xan rəhbərlik edir.

Xatırladaq ki, Böyük Britaniya Avropa İttifaqını formal olaraq 2019-cu il martın 29-da tərk etməlidir. “Brexit”in şərtləri haqqında London və Brüssel arasında ötən ilin yayından başlayan danışıqlarda isə hələ də ciddi irəliləyiş əldə olunmayıb.

Böyük Britaniyanın Baş naziri Tereza Mey bir müddət əvvəl bildirib ki, britaniyalılar Avropa İttifaqının tərkibindən çıxmağa səs verməklə öz seçimlərini ediblər və ikinci referendum olmayacaq.



Xəbərin oxunma sayı : 283




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap