Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Pərvin Abıyeva gecəyarı yağışın altında görün nə etdi - VİDEO

Tarix 08.11.18, 13:18

Font ölçüsü : - / +
bitmap-img6


Aktrisa Pərvin Abıyeva yağışın altında rəqs edib.

Türkiyəyə köçməyə hazırlaşan aktrisa dünən gecə saatlarında başlayan yağış zamanı avtomobilini küçədə saxlayaraq rəqs etməyə və göydən düşən damlalardan zövq almağa başlayıb. O, bu görüntüləri sosial şəbəkədə paylaşaraq yağışlı havanın vurğunu olduğunu qeyd edib.

Yeri gəlmişkən, dünyanın romantik təbiət hadisəsi sayılan yağışı sevən insanlara pluviofil deyirlər. Əgər pluviofilsinizsə, təkcə yağış yağmasına sevinmir, həm də yağışlı günləri digər bütün günlərdən daha üstün hesab edirsiniz və bu günlər sizi xoşbəxt edir.

Pluviofillər həyatın çətin məqamlarında “bu da keçəcək” – deməyi üstün tuturlar. Həqiqətən də çətinliklərin öhdəsindən ləyaqətlə gəlməyi bacarırlar. Unutmurlar ki, göy qurşağının yaranması üçün mütləq əvvəlcə yağış yağmalıdır. Pluviofillər yağış yağanda, saçları və makiyajları korlansa da, buna əhəmiyyət vermir və heyrətamiz bir şəkildə yenə də gözəl görünürlər. Bu insanlar şikayət etmək və mənfi bir şey axtarmaqdansa, hər anda bir gözəllik tapmağa çalışır və bir çox hallarda buna nail olurlar. İstənilən məsələyə daha nikbin yanaşır və problemi də dərhal həll etməyə meylli olurlar.

Yağışı sevən insanlar öz təcrübələrindən zövq alan insanlardır. Pluviofillər yağışdan sonra yaranan qoxunu çox sevirlər. Hətta, yağış suyunun dadını bilən bu insanlar, göydən damlalar düşdüyü zaman əllərini sevinclə havaya qaldırıb, buludlara təşəkkür edəcək qədər sevincli olurlar.(publika)







Xəbərin oxunma sayı : 1420




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap