42 yaşlı Gülşən transparan geyimdə - Fotolar Pərvin çimərlik geyimində - FOTO Səmra şərab içdi, sonra da... – Açıq-saçıq fotolar Afaq bu alt paltarında POZA verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 13 Avqust 2019

    42 yaşlı Gülşən transparan geyimdə - Fotolar

  • / Maqazin / — 11 Avqust 2019

    Pərvin çimərlik geyimində - FOTO

  • / Maqazin / — 05 Avqust 2019

    Səmra şərab içdi, sonra da... – Açıq-saçıq fotolar

  • / Maqazin / — 29 İyul 2019

    Afaq bu alt paltarında POZA verdi - Fotolar

  • / Maqazin / — 29 İyul 2019

    Rəqsanənin qızından EHTİRASLI rəqs- VİDEO

  • / Maqazin / — 28 İyul 2019

    Hadisə erotik paylaşımı ilə gündəm oldu - Video

Deputatdan nazirə çətin sual – “Azərbaycanı niyə Belarusla müqayisə etmək olmaz?”

Tarix 08.11.18, 18:15

Font ölçüsü : - / +
bitmap-img6


Deputat Aytən Mustafazadə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “2019-cu il üçün yaşayış minimumu haqqında”, “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri müzakirəsi zamanı əlillərin və ehtiyacı olan ailələrə ayrılan müavinətin artırılmasını təklif edib.

Modern.az-ın məlumatına görə, deputat Aytən Mustafazadə bildirib ki, 50-60 manata olan müavinətlər artırılmalıdır.

“Evdə oturan əlilər, pensiya alan ahıllar bunu hiss etmir. Lakin hər il artırılan 5-10 manatla heç nə etmək mümkün deyil. 144 manat alan pensiya alan o pulu kommunal xərclərə verir, dərmanlarına kifayət etmir. Nə qədər bu məsələni qaldırmaq olar… Demək olar ki, hər il bu məsələlər qaldırılır. Amma ortada heç bir nəticə yoxdur. Biz deyirik ki, büdcəmiz sosialyönümlüdür. Ancaq sosialyönümlü büdcə konkret maaşlarda, pensiyalarda özünü göstərməlidir.

Səttar müəllim (Səttar Möhbalıyev –red) çıxışına yaxşı başlamışdı. Amma sonra qayıtdı ki, biz bunların hamısını edə bilmərik. Ötən gün də büdcə müzakirələri zamanı Azərbaycan Belarusla müqayisə edildi. Lakin buna cavab olaraq maliyyə naziri Samir Şərifov bildirdi ki, Azərbaycanı Belarusla müqayisə etmək olmaz. Mən Samir müəllimin (Samir Şərifov –red) bu fikrinin əleyhinəyəm. Niyə Azərbaycanı belə ölkələrlə müqayisə etmək olmaz?! Azərbaycan bu gün geostrateji layihələrin həm təşəbbüskarı, həm də maliyyəçisidir”.

A.Mustafayeva deyib ki, ölkəmizin neft, qaz, qızıl ehtiyatları olmaqla yanaşı, kənd təsərrüfatı sahəsi inkişaf edir, insan kapitalına fikir verilir.

“Azərbaycanın beynəlxalq reytinqlərdə mühüm yerləri tutur. Belə olan halda, ölkəmizi nəinki Belarusla, digər ölkələrlə də müqayisə etmək olar. 10 milyonluq Azərbaycan kiçik olmasına baxmayaraq, qüdrətli dövlətdir . Bu baxımdan vətəndaşlarımıza onlara layiq olan qayğını göstərə bilərik. Sosial yönümlü büdcə konkret rəqəmlərlə göstərilməli, maaş və müavinətlər artırılmalıdır”.

Daha sonra çıxış edən Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli söyləyib ki, tələbatla təminat düz mütənasibdir. “ İldən-ilə rəqəmlər artır. Lakin bunlar gündəlik tələbata cavab vermir. Bu istiqamətdə addımlar davam etdirilməlidir”.




Xəbərin oxunma sayı : 478

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda