Futbolçunun arvadı dərin dekolteli paltarda - Foto Günay təkzib etdi: “Sevgilimi bıçaqlamamışam“ Əməkdar artist: ““Eurovision”da ən yadda qalan onların çıxışı idi” – VİDEO Son 2 ildə Xalq artistlərinin təqaüdü 50%, müharibə əlillərinin təqaüdü 10% artıb - RƏSMİ
Axtar
 
  • / Maqazin / — 24 May 2019

    Futbolçunun arvadı dərin dekolteli paltarda - Foto

  • / Maqazin / — 22 May 2019

    Günay təkzib etdi: “Sevgilimi bıçaqlamamışam“

  • / Maqazin / — 19 May 2019

    Əməkdar artist: ““Eurovision”da ən yadda qalan onların çıxışı idi” – VİDEO

  • / Maqazin / — 19 May 2019

    Son 2 ildə Xalq artistlərinin təqaüdü 50%, müharibə əlillərinin təqaüdü 10% artıb - RƏSMİ

  • / Maqazin / — 19 May 2019

    Arvadı Eserdən yeni villa istəyir

  • / Maqazin / — 18 May 2019

    Tacir Şahmalıoğludan efirdə ŞOK SÖZLƏR: “Tellinin hər yerini yeyərəm“ - VİDEO

ABŞ-da bir qrup senator jurnalistin qətli ilə bağlı layihə hazırladı:“Bu iyrənc planın başında vəliəhd durur”

Tarix 06.12.18, 12:33

Font ölçüsü : - / +
bitmap-img6

 
ABŞ-da bir qrup senator səudiyyəli müxalif jurnalist, “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Xaşuqcinin öldürülməsinə görə məsuliyyətin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin-Salmanın daşıması haqqında qanun layihəsi hazırlayıb. 

“Anadolu” agentliyi xəbər verir ki, senatorlar layihəni Senata təqdim ediblər.

Respublikaçılar Partiyasından olan senatorlar Lindsi Qrem, Marko Rubio və Todd Yanq, Demoktarlar Partiyasından Dayann Feyinsteyn, Ed Marke və Kristofor Kun bildiriblər ki, vəlihəd şahzadə Məhəmməd bin-Salman Camal Xaşuqcinin öldürülməsi cinayətinə ortaqdır: “Yaranmış vəziyyət bu iyrənc planın gerçəkləşdirilməsinin başında vəliəhdin durduğunu təsdiqləyir”.

Senator L.Qrem ABŞ-da yaşamaq icazəsi olan C.Xaşuqcinin 3 övladının ABŞ vətəndaşları olduğuna diqqəti çəkərək, layihəyə yazılı münasibətində bildirib: “ABŞ-ın Xaşuqci cinayəti haqqında qəti bir açıqlama verməsi milli təhlükəsizlik maraqları baxımından çox böyük əhəmiyyət daşıdığına inanıram”.

Bu il dekabrın 4-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktou Cina Hasperin C.Qaşıqçı cinayəti ilə bağlı bəzi senatorlarla qapalı yığıncaq keçirib.

Xatırladaq ki, oktyabrın 2-də “Vaşinqton post” qəzetinin əməkdaşı C.Xaşuqci Səudiyyə Ərəbistanı Krallığının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. Onun qətlinin Krallıqda planlaşdırıldığı bildirilib/Report.



Xəbərin oxunma sayı : 124

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda