Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“19 yanvar mitinqi hakimiyyətə öz yerini göstərdi” - Cəmil Həsənli

Tarix 13.02.19, 17:27

Font ölçüsü : - / +
bitmap-img6


19 yanvar mitinqinin effekti onun iştirakçılarının sayından daha böyükdür. 

“Yeni Sabah” xəbər verir ki, bunu Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Turan agentliyinin "Çətin sual" proqramına müsahibəsində bu aksiyanın ölkədəki ictimai-siyasi vəziyyətə təsirini şərh edərkən deyib. C.Həsənli qeyd edib ki, bu son beş ildə Milli Şuranın keçirdiyi 20-ci mitinq idi və daha möhtəşəm, çoxminli idi.

"Mitinq o demək deyil ki, hamı meydanda olmalıdır. Xalqın siyasi cəhətdən fəal hissəsinin ortada olması xalqın əzminin və iradəsinin ortada olması deməkdir. Ona görə də 19 yanvar mitinqinin effekti böyük oldu. Çünki hakimiyyət başa düşdü ki, ölkəni hansı fəlakətə, hansı böhrana, hansı vəziyyətə gətirib çıxarıb.

Azərbaycan hakimiyyətində belə təsəvvürlər vardı ki, vətəndaş cəmiyyətini şumlayıb, cəmiyyəti diz çökdürüb, xalqı əzib və onun yarıtmaz antimilli, kriminal siyasətinə xalqın "yox" demək imkanı artıq aradan qaldırılıb. Mitinq hakimiyyət üçün şok effekti verdi, xalqın gücünü göstərdi", - C.Həsənli bildirib.

Üç ay küçələrdə fırlanan şəhid ailələrinə münasibətdə nələr baş verdi? Minimum əmək haqqının artırılması ilə bağlı nələr baş verdi? İndi ölkə prezidenti hətta Şamaxıda dağılan bir neçə evdə vətəndaşları ziyarət edir. Onları yoxlamağı özünə borc bilir. 19 yanvar mitinqi hakimiyyətə öz yerini göstərdi. Onun ən böyük əhəmiyyəti bundadır.

"Niyə hakimiyyət indi reaksiya verməyə başaldı?" sualının cavabında C.Həsənli deyib ki, İlham Əliyevin 15 illik hakimiyyətinin nəticələri indi ortadadır. Hakimiyyətin ifşası indiki kimi açıq şəkildə ortada olmamışdı. Bu, ilk növbədə beynəlxalq jurnalist şəbəkəsinin araşdırma mövzusuna çevrilən miqyaslı korrupsiya faktlarına aiddir.

C.Həsənlinin sözlərinə görə, hər bir hakimiyyətin faciəsi onun ironiyaya çevrildiyi gündən başlayır. Azərbaycan hakimiyyəti üçün bu, Konstitusiyanın dəyişdirilməsindən və birinci vitse-prezidentin təyinatından başladı. Bugünkü siyasi fəallıq bütün bunların nəticəsidir.

DQMŞ mitnqləri davam etdirəcək və hakimiyyət onlara icazə verməyə məcbur olacaq. "Əgər hakimiyyət razılaşmasa, deməli "Sərbəst toplaşma haqqında" qanunu, Konstitusiyanı, beynəlxalq öhdəlikləri pozmuş olacaq, C.Həsənli qeyd edib.

Onun sözlərinə görə, növbəti mitinq problemli kreditlər mövzusuna həsr olunacaq. Milli Şuranın seçkilərdə iştirak imkanlarına toxunan C.Həsənli deyib ki, seçki qanunvericiliyi və praktika Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tövsiyələrinə uyğun olaraq dəyişdirilməlidir.

"Faktiki olaraq Azərbaycanda seçki institutu işləmir. Hakimiyyət mənimsənilir. Ölkənin bu günə düşməsinin ən böyük səbəbi hakimiyyətin mənimsənilməsidir", - C.Həsənli vurğulayıb.







Xəbərin oxunma sayı : 673




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap