Röyanın açıq sinəsi: Almaz boyunbağı və ... – Foto Dubayda olan Afaq Aslan hər şeyi açdı: Ərəb şeyxi mənə... Rəqqasə Renkadan erotik rəqs – VİDEO Azəraycanlı modelin alt paltarında videosu yayıldı – VİDEO
Axtar
 
  • / Maqazin / — 04 Mart 2019

    Röyanın açıq sinəsi: Almaz boyunbağı və ... – Foto

  • / Maqazin / — 03 Mart 2019

    Dubayda olan Afaq Aslan hər şeyi açdı: Ərəb şeyxi mənə...

  • / Maqazin / — 25 Fevral 2019

    Rəqqasə Renkadan erotik rəqs – VİDEO

  • / Maqazin / — 24 Fevral 2019

    Azəraycanlı modelin alt paltarında videosu yayıldı – VİDEO

  • / Maqazin / — 21 Fevral 2019

    Aysundan diqqətçəkən pozlar - Fotolar

  • / Maqazin / — 19 Fevral 2019

    Dilarə təqdimata tül paltar geyindi - Fotolar

Dünyanın ən gənc milyarderi: Kayli Cenner kimdir?

Tarix 08.03.19, 18:45

Font ölçüsü : - / +
bitmap-img6


Nüfuzlu "Forbes" dərgisinin məlumatına görə, dünyanın ən gənc milyarderi Kayli Cenner olub.

AzFakt.com BBC-yə istinadən xəbər verir ki, 21 yaşlı Kayli sərvətini qurucusu olduğu kosmetika şirkəti hesabına əldə edib. Məşhur biznes-leydi adını siyahıya yazdırmaqla, 23 yaşında dünyanın ən gənc milyarderi ünvanına sahib olmuş "Facebook" sosial şəbəkəsinin qurucusu Mark Zukerberqi taxtından salıb.

Cennerin adını daşıyan kosmetika şirkətinin ötən il 360 milyon dollarlıq satış gerçəkləşdirdiyi ehtimal edilir. O, sözügedən şirkəti 4 il öncə yaradıb.

Cenner "Forbes" dərgisinə verdiyi açıqlamada belə bir şeyi gözləmədiyini və şirkəti yaradarkən böyük sərvət əldə edəcəyini düşünmədiyini bildirib: "Lakin yaxşı hiss edirəm. Təqdir edilmək xoşuma gəlir".

Maraqlısı budur ki, Kayli Cenner belə qısa müddətdə necə zəngin ola bilib?



Təbii dodaqlarına görə özünə güvəni zəif olduğundan müxtəlif kremlər istifadə etdiyini etiraf edən Cenner 2015-ci ildə "Kylie Cosmetics" brendini bazara çıxarıb. Təəccüblü bir şəkildə internet üzərindən onun məhsullarına tələb digər ənənəvi kosmetika məhsulları ilə müqayisədə daha çox olur. Hətta qısa zamanda o qədər məşhurlaşır ki, məhsullar bitir. Çünki Kayli Cennerin özü də sosial şəbəkə fenomeni idi. 18-34 yaş aralığında olan 128 milyon "Instagram" izləyicisi şirkətin əsas hədəf auditoriyası olur.

"Forbes" ötən il yayımladığı xəbərdə şirkətin gəliri ilə müqayisədə xərclərinin çox az olduğunu yazıb. Bunun səbəbi isə satışların onlayn aparılmasıdır. Çatdırılma işləri isə kuryerlər vasitəsilə həll olunur. Cennerin özü sosial şəbəkə fenomeni olduğundan marketinq xərcləri də çox az miqdardadır.

Anası Kris Cenner isə şirkətin meneceri olaraq uşaqlarının maliyyə işlərinə nəzarət edir və bu şəkildə ailəsinin milyon dollarlıq bir imperatorluğa çevrilməsini təmin edir. Bunun qarşılığında satışlardan 10 faiz pay alan Kris Cenner maliyyə işlərindən ictimaiyyətlə əlaqələrə kimi bir çox vəzifələri yerinə yetirir. Kaylinin məhsullarının belə qısa zamanda satılmasını görən anası bu sahədə yaxşı iş fürsətləri olduğunu anlayır. "Shopify" adlı platforma quran Kris Cenner "Kylie Cosmetics" məhsullarının daha geniş auditoriyada satış aparmasını təmin edir.


"Forbes" dərgisinin Kayli Cenneri gənc yaşda öz gücü hesabına milyarder olması kimi təqdim etməsi sosial şəbəkələrdə fərqli fikirlərin irəli sürülməsinə səbəb olub.

Çox sayda istifadəçi Cennerin onsuz da varlı olduğunu söyləyərək, "öz gücü hesabına milyarder olduğu" açıqlamasına qarşı çıxıblar. 

Qeyd edək ki, zadəganlıqları ilə məşhur olan Cenner ailəsi 10 ildir populyar mədəniyyətin işıqları altındadırlar və Kayli 10 yaşından bəri televiziyalara dəvət olunur. O, Kurtni Kardaşyan, Kim Kardaşyan, Kloe Kardaşyan və Rob Kardaşyanın ögey, Kendall Cennerin doğma bacısıdır.







Xəbərin oxunma sayı : 232

loading...

Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda