Tacir Şahmalıoğludan efirdə ŞOK SÖZLƏR: “Tellinin hər yerini yeyərəm“ - VİDEO Nüşabə Ələsgərlinin əri ilə yeni FOTOLARI Azərbaycan və türk musiqisinin yer almadığı Bakı karaokeləri Tünzalə Ağayeva Samirə üçün imkanlı şəxslərdən yardım istədi
Axtar
 
  • / Maqazin / — 18 May 2019

    Tacir Şahmalıoğludan efirdə ŞOK SÖZLƏR: “Tellinin hər yerini yeyərəm“ - VİDEO

  • / Maqazin / — 18 May 2019

    Nüşabə Ələsgərlinin əri ilə yeni FOTOLARI

  • / Maqazin / — 14 May 2019

    Azərbaycan və türk musiqisinin yer almadığı Bakı karaokeləri

  • / Sosial / — 06 May 2019

    Tünzalə Ağayeva Samirə üçün imkanlı şəxslərdən yardım istədi

  • / Maqazin / — 03 Aprel 2019

    Afaq Aslan bu dəfə də sinəsini açdı - FOTOLAR

  • / Maqazin / — 03 Aprel 2019

    Bakirəliyini satışa çıxaran azərbaycanlı modeldən çılğın görüntülər - VİDEO

Trampın İranla bağlı yeni hədəfi:neft ixracını daha 20 faiz aşağı salmaq lazımdır

Tarix 14.03.19, 11:15

Font ölçüsü : - / +
bitmap-img6


Birləşmiş Ştatlar maydan başlayaraq İranın xam neft ixracını 20 faiz azaltmaq istəyir, idxalçılardan alışı azaltmağı tələb edir, yoxsa sanksiyalarla üzləşəcəklərini deyir. Bu barədə Xəbəri “Reuters” Agentliyi yayıb.

Agentliyin martın 13-də məsələdən xəbərdar iki mənbəyə istinadla yazdığına görə, “indi məqsəd İranın neft ixracını günə 1 milyon barreldən aşağı salmaqdır”.

Mənbə əlavə edib ki, Prezident Donald Tramp administrasiyası bir məsələdən narahatdır – İrandan neft alışını tamamilə və dərhal dayandırmağa çalışsa, dünya bazarlarında qiymət artımı baş verər. “Sıfıra endirməyin çətinlikləri yaranar”, – “Reuters” mənbələrdən birinə istinadla yazır.

Mənbə əlavə edib ki, “Brent” markalı neftin barrelinin 65 dollara satılması “Trampın xam neftin qiyməti üzrə komfort zonasının yuxarı həddidir. “Brent”in barreli martın 13-də 67,55 dollara satılıb.

Dövlət katibi Mayk Pompeo martın 12-də deyib ki, Birləşmiş Ştatlar bazar şərtlərinin imkan verdiyi sürətlə İrandan xam neft ixracını sıfıra endirməyə çalışır.

Dövlət Departamentinin İran üzrə xüsusi təmsilçisi Brian Hook martın 13-də ABŞ-ın siyasətini bir daha təsdiqləyib. O, Hyustonda sənaye konfransında deyib ki, Vaşinqton İranın xam neft ixracını sıfıra endirməyi hədəfləyir.

Birləşmiş Ştatlar ötən ilin mayında İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxıb, Tehrana sanksiyaları bərpa edib. Amma bəzi ölkələrin İrandan neft idxal etməsinə möhlət verilib. Məqsəd həmin ölkələrin sanksiyalara əməl etməsi üçün daha çox vaxt ayırmaq idi.

Neft ixracı Tehranın əsas gəlir mənbəyidir, sanksiyalar onun iqtisadiyyatına çətinliklər törədib, bəzi şəhərlərdə iğtişaşlara səbəb olub.

Birləşmiş Ştatların bir çox ölkələr üçün sanksiyalardan möhləti uzadacağı gözlənir, amma onlar birgə idxalı günə 1 milyon barreldən aşağı salmalıdırlar. Hazırda İran günə 1,25 milyon barrel neft ixrac edir.

(Azadlıq radiosu)



Xəbərin oxunma sayı : 199

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda