Tacir Şahmalıoğludan efirdə ŞOK SÖZLƏR: “Tellinin hər yerini yeyərəm“ - VİDEO Nüşabə Ələsgərlinin əri ilə yeni FOTOLARI Azərbaycan və türk musiqisinin yer almadığı Bakı karaokeləri Tünzalə Ağayeva Samirə üçün imkanlı şəxslərdən yardım istədi
Axtar
 
  • / Maqazin / — 18 May 2019

    Tacir Şahmalıoğludan efirdə ŞOK SÖZLƏR: “Tellinin hər yerini yeyərəm“ - VİDEO

  • / Maqazin / — 18 May 2019

    Nüşabə Ələsgərlinin əri ilə yeni FOTOLARI

  • / Maqazin / — 14 May 2019

    Azərbaycan və türk musiqisinin yer almadığı Bakı karaokeləri

  • / Sosial / — 06 May 2019

    Tünzalə Ağayeva Samirə üçün imkanlı şəxslərdən yardım istədi

  • / Maqazin / — 03 Aprel 2019

    Afaq Aslan bu dəfə də sinəsini açdı - FOTOLAR

  • / Maqazin / — 03 Aprel 2019

    Bakirəliyini satışa çıxaran azərbaycanlı modeldən çılğın görüntülər - VİDEO

Dollara tələbat niyə artıb? - Ekspertdən təhlil

Tarix 14.03.19, 11:28

Font ölçüsü : - / +
bitmap-img6


“Bu ilin ilk iki ayında Dövlət Neft Fondu 951,1 milyon dollar məbləğində valyuta satıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 287,9 milyon dollar və ya 43,4 % çoxdur. Belə ki, Neft Fondu 2018-ci ilin analoji dövründə 663,2 milyon dollar satmışdı”.

AzFakt.com xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib. Ekspert qeyd edib ki, rəqəmlərdən öründüyü kimi, 2019-cu ilin ilk aylarında dollara tələbin yüksəlməsi müşahidə olunub. Dollara tələbin artmasınn əsas səbəblərinə gəlincə, V.Bayramov bildirib ki, öncədən proqnozlaşdırdığı kimi, dövlət xərclərinin artması dollara tələbi yüksəldir:

bitmap-img6

“Bu ilin yanvar ayından dövlət büdcəsindən 1 milyard 269 milyon manat ayrılıb. Bu ötən ilin yanvar ayı ilə müqayisədə 30 faiz çoxdur. Adətən yanvar ayı fiskal ilin başlanğıcı olduğu üçün nisbətən az xərcləmələrə gedilirdi. Amma rəsmi rəqəmlər göstərir ki, aylıq xərcləmələrdə kəskin artım var. Bu isə dollara tələbin artmasına gətirib çıxaran əsas səbəblərdəndir. Məhz bunun nəticəsidir ki, dollara tələbin yüksəlməsinə baxmayaraq bu dövrdə valyuta bazarında ciddi volatillik nümayiş olunmayıb. Çünki daha çox biznesin dollara olan tələbi ödənilib. Həmçinin, neft bazarındakı kəskin sıçrayışlar fonunda xüsusən yanvar ayında dollar yığımlarının artması müşühidə olunub”.

Ekspert vurğulayıb ki, bütövlükdə, 2019-cu ildə dövlət büdcəsindən 24 milyard manatdan çox vəsaitin xərclənəcəyini nəzərə alsaq bu il dollara tələbin yüksək olacağə gözlənilir: “Bununla belə, yenə də məzənnənin necə dəyişəcəyi Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.



Xəbərin oxunma sayı : 649

loading...

İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda