Afaq Aslan bu dəfə də sinəsini açdı - FOTOLAR Bakirəliyini satışa çıxaran azərbaycanlı modeldən çılğın görüntülər - VİDEO Mələkxanım Əyyubova video qalmaqalında adı hallanan qardaşı oğlundan danışdı: “Öldü onlar mənim üçün...” Azərbaycanlı aktrisanın ehtiraslı videosu ağılları başdan aldı - VİDEO
Axtar
 
  • / Maqazin / — 03 Aprel 2019

    Afaq Aslan bu dəfə də sinəsini açdı - FOTOLAR

  • / Maqazin / — 03 Aprel 2019

    Bakirəliyini satışa çıxaran azərbaycanlı modeldən çılğın görüntülər - VİDEO

  • / Maqazin / — 01 Aprel 2019

    Mələkxanım Əyyubova video qalmaqalında adı hallanan qardaşı oğlundan danışdı: “Öldü onlar mənim üçün...”

  • / Maqazin / — 31 Mart 2019

    Azərbaycanlı aktrisanın ehtiraslı videosu ağılları başdan aldı - VİDEO

  • / Maqazin / — 30 Mart 2019

    Azərbaycanlı müğənni yataqda - Foto

  • / Maqazin / — 27 Mart 2019

    Nəsrin Cavadzadə elə libas geyindi ki... - Foto

“Heç bir problem yoxdur, yayılan xəbərlər...“ - Fuad Abbasov (FOTO)

Tarix 13.04.19, 22:51

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanlı jurnalist Rusiyadan deport edilməsi xəbərinə aydınlıq gətirdi

Aprelin 13-də bir neçə media orqanında Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovun Azərbaycana deport ediləcəyi haqda xəbərlər yayılmışdı.

Xəbərlərdə bildirilirdi ki, aprelin 12-də məhkəmə Moskva vilayətinin Miqrasiya Xidmətinin müraciəti əsasında F.Abbasovu saxlanması və evində axtarış aparılması haqqında qərar çıxarıb. Aprelin 15-də onun Azərbaycana deport ediləcəyi gözlənilir.

Abbasov bir neçə ildir Rusiyada yaşayır. Türkiyənin bir neçə media quruluşunun Moskva müxbiri olan jurnalist Rusiya teleməkanında Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı tok-şoularda rəsmi Bakının mövqeyinin ən qatı müdafiəçisi kimi tanınır.

Musavat.com xəbər verir ki, Fuad Abbasov axşama doğru yaydığı açıqlama bildirib ki, narahatçılığa heç bir əsas yoxdur: “Azadlıqdayam, fəaliyyətimlə məşğulam. Evimdə heç bir axtarış aparılmayıb, heç yerə çağırılmamışam. Deportasiya edilməyimlə bağlı xəbərlər əsassızdır”.

Bir neçə ay öncə Fuad Abbasov azərbaycanlılar və çeçenlər arasında baş verən qanlı toqquşmadan sonra pravokasiyaların genişlənməməsi üçün tərəflər arasında barış missiyasını yerinə yetirməsi ilə gündəmə gəlmişdi. Missiya uğurla nəticələnəndən sonra Rusiyanın müxtəlif vilayətlərində fəaliyyət göstərən bir neçə Azərbaycan icması onun başçılığı ilə yeni diaspor qurumu yaratamaq təşəbbüsü irəli sürmüşdülər. Ancaq Rusiya Azərbaycanlıları Konqresi və Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin (AzerRos) təşəbbüsə etirazlarından sonra məsələ açıq qalmışdı.

Musavat.com -a başqa mənbədən məlumat daxil olub ki, Fuad Abbasov aprelin 10-dan Bakıdadır və yayılan xəbərlərin heç bir əsası yoxdur. Həmin məlumata görə F. Abbasov Azərbaycana ailəvi işlərlə bağlı gəlib. Hal hazırda o, Xaçmaz rayonunda istirahət edir. Bu məlumatı tanınmış jurnalist Turan İbrahimov da musavat.com -a təsdiq edib. Müxbirimizin diqqətini Turan İbrahimovun sosial şəbəkədə bir paylaşımı cəlb edib. Oxucularımızın da gördüyü kimi, o, Fuad Abbasovla bərabər hansısa restorandan görüntü paylaşıb. Turan İbrahimov musavat.com müxbirinin sorğusuna münasibətdə bildirib ki, Fuad Abbasovla bağlı yayılan məlumatlar doğru deyil və o, aprelin 10-dan Azərbaycandadır. 


Fuad Abbasov özü isə instaqram səhifəsində maraqlı bir mətn paylaşıb. Orada qeyd edib ki, separatçılar və diasporanın bəzi fəalları arzularını gerçəklik kimi qələmə verirlər. Lakin Fuad Abbasov Afrikada da jurnalistdir...


 







Xəbərin oxunma sayı : 727

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda