Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Quska” məhkəmədə göz yaşı tökdü: “Axı belə bir biabırçılıq olmaz”

Tarix 25.04.19, 21:06

Font ölçüsü : - / +
bitmap-img6


Hüseyn Abdullayev növbəti dəfə hakim qarşısına çıxarılıb. Məhkəmə prosesində yeni və maraqlı məlumatlar üzə çıxıb.

Prosesdə Hüseyn Abdullayev sərbəst ifadə vermək istəyib. O, əvvəlcə məhkəmədən xahiş edib ki, deyəcəyi sözlər protokola yazılsın və sözü kəsilməsin.

Abdullayev ifadəsinə başlayan zaman elan olunmuş ittihamlarla özünü qətiyyən təqsirli bilmədiyini deyib:

"2018-ci ci il aprelin 21-də Türkiyədə qanunsuz olaraq saxlanıldım. Sonra da Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verildim. Barəmdə "İnterpol" xətti ilə belə axtarış verilməmişdi. Bu addımla BMT-nin Cenevre konvensiyasının şərtləri belə pozulub.

Əvvəla məhkəmədən, cənab prokurordan xahiş edirəm ki, mənə qarşı irəli sürülən ittihamı izah edin. Deyin görək metal, pul məsələləri ilə bağlı ittihamlar hardan gəlir, səbəb nədir? Yazılıb ki, guya 2000-2018-ci illər ərzində metal biznesi ilə məşğul olmuşam, qazanc əldə edib vergidən yayınmışam. Halbuki bu əsassızdır. Bircə nəfər də deyə bilməz ki, mən ondan metal alım və ya metal satım.

Mən vaxtilə əlvan və qara metal biznesi ilə məşğul olmuşam. Bu isə 1991-1998-ci illərə təsadüf edir. O zaman Ukraynada metal biznesi ilə məşğul olmuşam, oradan əlvan və qara metalı başqa ölkələrə ixrac etmişəm. Ən çox mal ixrac edən biznesmenlərdən biri idim. Həmin ərəfədə 1991-ci ildə Culfa ilə İran sərhədində geniş ticarət əlaqələri qurdum və biznesə orada da davam elədim.

1992-ci ildən doğulduğum Naxçıvan Muxtar Respublikası ağır blokadada olanda İnkişaf və Müdafiə Fondunun əsas sponsorlarından biri olmuşam. O zaman etdiyim yardımlarla əsgərləri geyim və ərzaqla təmin etmişəm. Bununla da hər zaman fəxr etmişəm. Diqqətinizə çatdırım ki, ölkənin rəsmi olaraq ilk milyonçularından biri olmuşam".

Hüseyn Abdullayev daha sonra hədə-qorxu ilə kimdənsə pul tələb etmək ittihamına da münasibət bildirib:

"Yuxarıda necə bir insan olduğumu, hansı imkanlara sahib olduğunu qeyd etdim. Sizcə belə bir adam kimdənsə 3 min manatı hədə-qorxu ilə tələb edər, belə utancverici iş görər? Niyə mən o günə qalmışam? Bu biabırçılıqdır. Mənim anamın və atamın adına olan mülklərin qanunsuz yollarla əldə edilmiş pullarla alındığı yazılıb. Axı bu qədər ədalətsizlik, haqsızlıq, belə bir biabırçılıq olmaz".

İfadəsinin davamında Hüseyn Abdullayev xaricdə özünün və anasının adına olan bank hesablarından da danışıb.

Qeyd edib ki, İsveçrə və Almaniyada özünün və anasının adına hesablar var: "Bu pullar mənim biznesimdən halal, qanuni yolla qazanılıb. Bu, mənim alın tərimdir. Həmişə də vergini ödəmişəm.

Mənə verilən ilk ittiham Nəriman Nərimanovun heykəlinin yanındakı başıbəlalı binaya görə verilib. 2005-ci ildə deputat seçildiyim üçün qanun mənə bizneslə məşğul olmağa icazə vermirdi. Buna görə də biznesimi anamın və atamın adına keçirtdim. Onlar bu işi davam etdirdilər. Həmin ərəfədə isə cəmi bir bina, diqqətlə dinləyin, cəmi bir bina tikdilər. O binanın da bütün ödənişləri edilib, vergilər ödənilib.

Anam həmin tikinti ilə bağlı 1.8 milyon manat vergi ödəyib. Amma 2013-cü ildə mənə buna görə cinayət işi başlanıldı. Həmin vergini ödəmədiyim deyildi. Ödənilən məbləği görməzdən gəlib cinayət işinə xitam vermədilər. Bütün bunlardan sonra mən məcbur qalıb doğma yurdumdan, canım qədər sevdiyim Azərbaycanımdan didərgin düşdüm".

Hüseyn Abdullayev ifadəsinin bu hissəsində kövrəlib və göz yaşlarını saxlaya bilməyib.

İfadəsinə davam edən Hüseyn Abdullayev 2013-cü ildə Almaniyadan siyasi sığınacaq almasından danışıb: "Qanunsuz təzyiqlərdən sonra sığınacaq istədim. Almaniya hökuməti də sağ olsun ki, ədalətli araşdırma aparıb razılıq verdi".

Hüseyn Abdullayev ifadəsinin yekunlaşdıran zaman məhkəməyə və prosesdə iştirak edən şəxslərə müraciət edib.

"Burdakı adamların çoxu məni ya deputat, ya da bəzi mahnıların bəstəkarı kimi tanıyır. Bir məsələni deyim ki, vaxtilə dəstək verdiyim, kömək etdiyim insanlar bunları unutdular. Bilirəm, amma eybi yoxdur. Buna görə təəssüflənmirəm də.

Hamının nəzərinə çatdırmaq istəyirəm ki, mən bütün gəncliyimi dövlətçiliyimizə qurban vermişəm. Onun möhkəmlənməsinə, qorunub saxlanmasına xidmət etmişəm. Ölkədə kriminal dəstələrin baş qaldırdığı zamanda özümün, ailəmin həyatını təhlükəyə ataraq fəaliyyət göstərmişəm. Heç vaxt buna görə peşman olmamışam. Hamı bilsin ki, bircə dəfə də olsun dövlətimizə xəyanət etməmişəm. Dövlətçiliyin əleyhinə bir addım belə atmamışam. Mənə olan təzyiqlərin nəticəsi olaraq atamı itirdim, əmlaklarım zəbt edildi. Bütün bunları Allah götürməz. Mən məhkəmədən razıyam. Məhkəmənin ədalətinə inanıram".

Musavat.com



Xəbərin oxunma sayı : 148




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap