Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Müəllimin döydüyü şagird iflic olub – İddia + Video

Tarix 26.04.19, 10:16

Font ölçüsü : - / +
bitmap-img6


Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 8-ci sinif şagirdi Abdıyev İbrahim Hüseynalı oğlu tarix müəllimi Vaqif Cəfərov tərəfindən döyülüb. 

Bu barədə şagirdin yaxınları məlumat verib. Məlumata görə, hadisə təxminən iki ay əvvəl baş versə də, məktəb direktoru Zaur Ələkbərov polislərlə anlaşmaya girib və hadisəni gizlətməyə çalışır. Məktəbin tarix müəllimi V.Cəfərov məktəblinin başına çox ağır zərbə endirdiyindən o, iflic olub və 2 aya yaxın xəstəxanada yatıb. Hazırda da hərəkət edə bilmir, yataq xəstəsinə çevrilib.

İbrahim Abdıyevin yaxınları deyir ki, hüquq-mühafizə orqanları valideynlərinin şikayətinə baxmır. Məlumata əsasən, məktəblinin xəstəxana xərclərinə 6 min manatdan çox vəsait xərclənsə də, müəllim və məktəb rəhbərliyi tərəfindən heç bir köməklik göstərilməyib.

O da qeyd olunur ki, Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə dəfələrlə şagirdlərin döyülməsi halları baş versə də, hər dəfə bu faktlar məktəb direktoru tərəfindən ustalıqla polislə anlşmaya girilərək cinayyətlər gizlədilib.

Məlumata əsasən, iki gün əvvəl bu məktəbdə Məlikov Həsənağa Əlisoltan oğlu da yuxarı sinif şagirdləri tərəfindən döyülərək, ağır travma alıb. Hazırda döyülən şagirdin valideyni tərəfindən hüquq-mühafizə orqanlarına şikayət olunduğu və hazırda məlum hadisənin rayon prokurorluğu tərəfindən araşdırıldığı bildirilir.

Direktor Zaur Ələkbərov bildirib ki, şagirdin döyülməsi böhtandır. Onun sözlərinə görə, döyüldüyü iddia olunan İbrahim Abdıyev nevroloji xəstəxanada soyuqlaması nəticəsində onurğa beynində iltihab ocaqlarının yaranması diaqnozu ilə müalicə alıb: "Uşaqlıdan xəstədir. Xəstəliyinin ana qaynağı soyuqlamağıdır. Həmin şagirdin evində də olmuşuq. Tarix müəllimi Vaqif müəllimi də evlərinə göndərmişəm. Şagird deyib ki, anlaqsız vəziyyətində olub, videoda ona deyilən sözləri təkrar edib. Şagird qəti döyülməyib. Əgər belə hal olsaydı, qanun mənə daha əzizdir, birinci döyən müəllimə töhmət verərdim. Şagirdlərlə söhbət aparmışam, onlar da döyülmə faktını təkzib ediblər. Ailənin məqsədi pul almaqdır. Həddindən artıq kasıb ailədir. Vaqif müəlimin ailəsindən şagirdin evinə gediblər. Ailə şəraiti o qədər ağırdı ki, biz onlara pul da vermişik. Deyiblər ki dərmana gücümüz çatmır, ona görə köməklik edilib". 

Direktor deyir ki, məktəbdə şagird döyülməsi ona qarşı təxribatdır: "Əslən Xocalı məcburi köçkünüyəm. İmtahan verib direktor olmuşam. Kimlərinsə bu vəzifə üçün verdiyi vəsait batıb. Mikayıl Cabbarovun ölənlərinə Allah rəhmət eləsin. Kifayət qədər düşmənim var, nə alıram, nə də kiməsə verirəm. Heç kimə sərf etmirəm. Hər günümü son günüm kimi işləyirəm". 

Criminal.az





Xəbərin oxunma sayı : 538




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap