![]() |
|














“Azərbaycan demokratiya baxımından azad ölkə deyil” – İsa Qəmbər
Tarix 29.05.19, 9:43 |
|

AzFakt.com Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin Amerikanın Səsi-nə müsahibəsini təqdim edir:
- 101 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin əsas şüarı “İnsanlara azadlıq, Millətlərə istiqlal!” olub. Hazırda Azərbaycanda bu şüar nə qədər aktualdır?
- Böyük Məhəmməd Əmin Rəsulzadə şüarı elə bir dahiliklə, elə bir uzaqgörənliklə müəyyənləşdirib ki, bu şüar hələ 100 illər də öz aktuallığını qoruyub saxlaya bilər. Çünki insan azadlığını hər şeydən üstün sayıbdır Rəsulzadə və millətlərə istiqlal şüarını da qoyubdur. Bu gün də millətlərin azadlığı, istiqlalı dünya miqyasında həlledici məsələlərdən biridir. Eyni zamanda onu da bilirsiniz ki, Məhəmməd Əmin Rəsulzadə qeyd edib ki, biz təkcə Azərbaycanın istiqlalını deyil, bütün xalqların, millətlərin istiqlalına tərəfdarıq. Yəni bu dəyəri hələ o zaman Rəsulzadə cəmiyyətə, bəşəriyyətə təqdim edibdir. Ona görə şüar öz aktuallığını saxlayır. Bugünki Azərbaycanda Əliyev rejimi dönəmində insanlara azadlıq şüarı tamamilə tapdanılır. Çünki Azərbaycan insanının, vətəndaşının bütün azadlıqları tapdanır. Azərbaycanın istiqlalı prinsip etibarı ilə mövcuddur. Amma xeyli dərəcədə Azərbaycanın suverenliyi məhdudlaşdırılıbdır. Ona görə də bu şüar da aktuallığını qoruyub saxlayır.
- O zaman, 101 il əvvəl Azərbaycanın müstəqilliyini tanıyan Avropa ölkələri və ABŞ-la hazırki anda Azərbaycan Respublikasının münasibətlərini necə dəyərləndirərdiniz?
- Əslində, əgər bu gün Azərbaycan müstəqil dövlət olaraq mövcuddursa, bu, ilk növbədə Azərbaycan xalqının istiqlala münasibətinin göstəricisidirsə, eyni zamanda Qərbin, azad dünyanın, xüsusilə, ABŞ-ın mövcudiyyəti Azərbaycanın və digər yeni müstəqil dövlətlərinin müstəqilliyini təmin edir. Bu baxımdan biz bunu yüksək qiymətlənidiririk. Amma, biz hesab edirik ki, ABŞ və Avropa ölkələri özlərinin bəyan etdiyi dəyərlərə daha ardıcıl, daha prinsipial münasibət bildirsələr, bu, Azərbaycan kimi yeni müstəqil dövlətlərin də xeyrinə olar. Azad dünyanın da, qərb dünyasının maraqlarına uyğun olar.
- 1920-ci ildə Azərbaycanı Rusiya işğal edib. Ölkənin müstəqilliyinə yenidən təhdidlər ola bilərmi?
- Təhdidlər var. Təhdidlərin əsas ünvanı eynidir, - Moskvadır, Rusiyadır. 1920-ci ildə Rusiya Azərbaycanı və bütün Cənubi Qafqazı bütövlükdə yenidən işğal etdi. İndi tam işğal edə bilmir. Bunun da səbəbini bir neçə dəqiqə əvvəl mən dedim. Bu, əsasən beynəlxalq birliyin mövqeyidir, ABŞ-ın mövcudluğudur. Amma elə 1993-cü ilin iyun qiyamı Moskvanın Azərbaycanın suverenliyini məhdudlaşdırmaq cəhdi idi. Təəssüf ki, bu cəhd xeyli dərəcədə alındı. Hakimiyyətə gətirilmiş qüvvə 1993-cü ildən bu günə qədər Rusiyanın maraqlarına uyğun fəaliyyət göstərir. Eyni zamanda, tutaq ki, 1993-cü ilin iyun hadisələri Azərbaycanın suverenliyini məhdudlaşdırdısa, 2003-cü ilin prezident seçkilərindən sonra Moskvanın Azərbaycan hakimiyyəti rejimi ilə birlikdə Azərbaycanda törətdiyi qanunsuzluqlar Azərbaycan xalqının azadlıqlarını məhdudlaşdırdı. Azərbaycanda demokratiyanın sərhədlərini müəyyənləşdirdi ki, Azərbaycan gerçək demokratiyaya nail ola bilməsin. Bu baxımdan, həmin təhlükə bu gün də qalır. Həmin təhlükəni biz 2008-ci ildə Gürcüstana münasibətlərdə, 2014 –cü ildə Ukraynaya münasibətdə açıq şəkildə gördük. Bu təhdid davam edir. Bu təhdidi Azərbaycan dövləti ciddi şəkildə nəzərə alaraq, bu təhdiddən qurtarmaq üçün gerçək azadlıqları bərqərar etmək üçün daha ciddi, əzmlə çalışmalıdır.
- Azərbaycan Respublikasının hazırki idaretmə fəlsəfəsi ilə Xalq Cümhuriyyətinin idarəetmə fəlsəfəsi arasında oxşar və fərqli cəhətlər nədir?
- Yəni biz 1991-ci ildə müstəqilliyimizi bərpa edərkən orada müstəqillik aktında bəyan etdik ki, 1918-1920 ci illərdə mövcud olmuş cümhuriyyəti bərpa edirik. Xüsusuilə Əbülfəz Elçibəy dönəmində, milli demokratik hakimiyyəti dönəmində Azərbaycanın gerçəklərinin 1918-1920-ci illərdə müəyyənləşdirilmiş dəyərlərə uyğun şəkildə olması üçün mümkün olan hər şeyi etməyə çalşdıq. Amma 4 iyun qiyamından sonra vəziyyət dəyişdikdən sonra bugünkü Azərbaycanla 100 il əvvəlki Azərbaycan arasındakı oxşarlıqlar getdikcə aradan qaldırılmağa başladı. İndi demək olar ki, oxşar heç nə qalmayıb. Artıq Azərbaycan nə demokratiya baxımından azad ölkə deyil. Nə müstəqilliyi tam gerçək müstəqillik deyil. Nə o şəffaflıq, dəqiqlik, iqtisadi bərabərlik, siyasi bərabərlik bunların heç birinə əməl olunmur. Azərbaycan korrupsioner rejim tərəfindən idarə olunan avtoritar rejimli bir ölkəyə çevrilibdir. Parlamentli respublika idealımızdısa, indi az qala monarxiya istiqamətində addımlar atılan bir dövlətə çevrilibdir Azərbaycan. Oxşar heç nə qalmayıb. Amma bu oxşarlıqlar, bu dəyərlər Azərbaycan xalqının vətəndaşının, gəncinin şüurundadı, təfəkküründədi. Azərbaycan xalqının bu dəyərlərə münasibəti gündən-günə açıq-aydın daha aydın şəkildə görünür. Ona görə də mən inanıram ki, həmin dəyərlərə uyğun şəkildə inkişaf etməyə başlayacağımız gün o qədər də uzaqda deyil. Bir daha bu bayram münasibəti ilə hər kəsi, bütün xalqımızı təbrik etmək istəyirəm.
Xəbərin oxunma sayı : 319
Müsahibə
Xəbərlər
-
Ebru Gündeş xəyanətə görə boşanıb - Murat Özdemir müğənni Elif Buse ilə mesajlaşırmış
-
“Atletik“ə qarşı layiqli mübarizə aparmaq istəyirik - Kevin Medina
-
Sertifikasiyası olmayan 45 nəfər bu cərrahlardır - VİDEO
-
“Euronews” Əliyevaların Vatikan səfərindən reportaj hazırladı - VİDEO
-
Bakıda 1000 şagirdi olan məktəbin işığı yanmır, suyu da gəlmir - VİDEO
-
Tramp Ukrayna müharibəsinin həlli üçün öz prioritetini açıqladı: Söhbət raket tədarükündən getmir
-
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib - VİDEO
-
Deputatdan Ramiz Mehdiyevlə əlaqəsi haqda suala maraqlı cavab: “İkimiz də sovet adamlarıyıq“
-
“Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzindən “möcüzəli dərd”lər artıb - Nazirin, yoxsa icra başçısının bəlası
-
Azərbaycan Ali Məhkəməsinə hakimlər təyin ediləcək - ADLAR
-
“Yaxın gələcəkdə Tramp və Putin arasında görüş nəzərdə tutulmayıb” - Ağ Ev
-
Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatıb - VİDEO/FOTO
-
Zakir Həsənov “Birlik - 2025“ təliminin heyəti ilə görüşüb - VİDEO
-
Həcc ziyarətinin qiyməti açıqlandı - 150 dollar artdı
-
Güzəştlər ləğv olunur - Bu avtomobillər bahalaşacaq
-
Firdovsi Əliyev hər il eyni şirkətə yol təmir etdirir - 615 min manatlıq tenderin izi ilə
-
Mühafizəkar Yaponiyanın ilk qadın baş naziri - “Taliban Takaiçi” kimdir?
-
Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər - Prezident
-
“1:0 hesabı ilə də qalib gəlsək, yaxşıdır“ - “Atletik“in baş məşqçisi
-
Azərbaycanda bir qrup müəllimə maaşdan əlavə pul veriləcək? - Rəsmi açıqlama
-
“Mənim Bakıda obyektim yoxdur” - Ramiz Mehdiyevin kürəkəni
-
“Pro Construction Company“ yenə nazirliyin tenderini qazandı - Bu dəfə 9,6 milyon...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Apellyasiya Məhkəmələrinə yeni hakimlər təyin olunacaq - SİYAHI
-
Nazirlikdəki işindən ayrıldı - Muxtar Babayev yeni vəzifə verdi
-
Ruben Vardanyan vəkildən imtina etdi - FOTOLAR
-
Paytaxtın bu prospektində hərəkət məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
“Avropa NATO müttəfiqləri Rusiya ilə müharibəyə hazırlaşır“ - Narışkin
-
İlham Əliyev Qazaxıstanın milli geyimində - VİDEO
-
Bakıda nazirlik əməkdaşı küçədə sərxoş olub yatdı - Məxfi sənədlər oğurlandı
-
Azərbaycanda bankların aktivləri öhdəliklərindən nə qədər çoxdur? - Tam siyahı
-
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək - Sabahın havası
-
“Space TV”yə xəbərdarlıq olundu - Efirdə qohum evliliyi göstərilib
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - FOTOLAR
-
Nazir müavininin “sürücüsünə“ hökm oxundu - O, İdris İsayevin adından necə istifadə edilib?
-
Sahibə Qafarova Alen Simonyanla görüşdü - Fotolar
-
Ramiz Mehdiyevin cinayət işi üzrə - Yeni detallar məlum oldu
-
Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb - İlham Əliyev
-
Taksi sürücüləri üçün olan imtahanla bağlı hansı dəyişikliklər olacaq? - Açıqlama
-
Yaponiya tarixində ilk - Qadın baş nazir oldu
-
Astanada “Orta Dəhlizin inkişafı” birgə layihəsi təqdim edilib - FOTO
-
“Qızımın çoxlu qızılları və şəxsi əşyaları oğurlanıb“ - İsa Həbibbəyli
-
Maşın skuter idarə edən şəxsi vurdu - VİDEO
-
Prezidentlər təkbətək görüşdü - FOTOLAR
-
Təkər emalı zavodunun fəaliyyəti dayandırıldı - VİDEO
-
Büdcənin pensiya yükü artır, gəlir xərci bağlamır - “Hökumətin 2 yolu var...”
-
Prezident İlham Əliyev Astanada belə qarşılandı - VİDEO
-
Avropa İttifaqı Ukrayna ilə bağlı xüsusi tribunal yaradır – 26 ölkə öhdəlik götürüb
-
İcra başçısından şikayət: 3 ildir vətəndaşların pulunu vermir (VİDEO)
-
Ən bahalı heyətə malik futbol klubları - SİYAHI
-
Tikintidə istifadə olunan bu materiallar insan sağlamlığı üçün zərərlidir - VİDEO
-
Bayıl qəsəbəsində yerləşən poliklinikada rentgen aparatı işləmir - VİDEO
-
ABŞ-ın maliyyə naziri: G7-dən Rusiyaya təzyiqi artırmasını gözləyirik
-
Evlərə qaz sayğacı quraşdırmaq adı ilə külli miqdarda pul mənimsənilib - VİDEO
-
Təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə salan dabaq xəstəliyi - Ət bazarlarında son vəziyyət
-
Azərbaycan və Qazaxıstan arasında humanitar sahələrdəki əməkdaşlıq genişlənir
-
Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslər uğurla inkişaf edir
-
Bu gün instaqramda bunlar paylaşıldı - FOTOLAR
-
“10 nömrəli formanı geyinmək hər uşağın arzusudur” - Kenan Yıldız
-
Hacıqabul rayonunda erkən nikahın qarşısı alınıb - VİDEO
-
Dabaq xəstəliyi süd məshulları bazarına təsir edib - VİDEO
-
“Azərbaycana qayıtmaq niyyətim yoxdur“ - Rəsul Quliyev
-
Xələf Xələfov Tehranda - İran rəsmiləri ilə görüş olub + FOTO
-
Bakıda məktəbliyə qeyri-etik davranan taksi sürücüsü saxlanıldı - FOTO
-
Azərbaycanlılara verilən işgəncələr elan edildi - Arayik və dəstəsinin məhkəməsi
-
İlqar Mustafayevin məhkəmə işi: Nə qədər pul mənimsəyib?
-
Sabah güclü külək əsəcək -XƏBƏRDARLIQ
-
Bakıda kirayə qiymətləri: Ən ucuz və ən bahalı mənzillər
-
“Zənn elə ki, nüvə sənayemizi məhv etmisən“ - Xamənei Trampa
-
Şəhər əhalisi azalıb, kənd sakinləri artıb - Rəqəmlər
-
5 ildə 76 milyonluq tender: Nazirliyin “sevimli şirkəti“ “Element YT“ kimindir?
-
Heyvan bazarları bu tarixdən müvəqqəti bağlanır - AQTA-dan AÇIQLAMA
-
Qarşılıqlı hörmət və strateji tərəfdaşlıq
-
Bakıda oğurluq edən iki nəfər saxlanıldı - Biri 66 yaşlı qadındır
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
“Appro Hospital“da əməliyyat faciəsi - Pasiyent reanimasiya şöbəsində unuduldu
-
“İsrail Qəzzaya 153 ton bomba atıb“ - Netanyahyu
-
Bu malların idxalına qadağa qoyuldu - Sahibkarların nəzərinə!
-
Azərbaycanda yeni şəxsiyyət vəsiqələrinin verilməsinə başlanıldı - FOTO
-
Eldar Əzizov binanın bütün mərtəbəsini Mehdiyevə HƏDİYYƏ EDİB
-
Bu müəllimlərə maaşdan əlavə pul veriləcək - ADLAR
-
“Siz kimsiniz ki...?“ - Xameneidən Trampa sərt cavab
-
İlham Haqverdiyev kimlərdən rüşvət almaqda ittiham olunur? - TƏFƏRRÜAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Trampın iddiası yalan çıxdı - Hindistana neft ixracı davam edir
-
Prezident İlham Əliyevin Qazaxıstana səfəri başladı - FOTOLAR
-
Nazir müavini vəzifədən azad olunub - Xəyalə Dadaşova yola salındı
-
Ziya Məmmədovun qardaşı: “Məni istintaqa cəlb etməyiblər“
-
Azərbaycan-Qazaxıstan münasibətləri dostluq və qardaşlıq prinsiplərinə, zəngin tarixi ənənəyə söykənir
-
Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Veysəloğlu Şirkətlər Qrupunda olub - FOTO
-
Şəkidə Universitet yaradılacaq - Rəsmi müraciət edilib
-
Mehdiyevin kürəkəni “obyektlərindən” pulları özü toplayır - Fotosu yayıldı
-
“Biz müharibənin mümkün sonuna yaxınlaşmışıq“ - Zelenski
-
Nazirlə direktor “Kaspi“ni 36 milyon manata alıblar? - Ekspertdən iddia
-
“İsrailə qarşı sanksiyalar nəzərdən keçirilə bilər“ - Kallas
-
Bakıda baş verən qəzaların yarıdan çoxu piyadavurmadır - RƏSMİ
-
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb - Ayağı amputasiya edilib
-
Məndən 400 min manat, 2 mənzil istədilər - Azər Maqsudov
-
“Barselona“ Avropa Superliqasından çıxdığını açıqladı - RƏSMİ
-
Xaricdə təhsil almış daha 108 nəfərin diplomu tanınmadı - Səbəb + AÇIQLAMA
-
SOCAR-da dəyişiklik gözlənilir - Fərhan Əliyev vitse-prezident olacaq?
-
Hansı bankda nə qədər depozit yerləşdirilib? - ABB-də kəskin azalma var
-
Eldar Mahmudovun vəkilindən yayılan xəbərə reaksiya: “O, dindirilsə...“
-
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
-
Generaldan sonra polkovnik də azadlığa çıxdı - Ağır cinayətlərdə təqsirli bilinmişdi
-
Türkiyənin ən zəngin şəxsi dəyişdi - Siyahıya Hamdi Ulukayaya başçılıq edir
-
Bir qrup müəllimə maaşdan əlavə pul veriləcək - SİYAHI
-
Mehdiyevlər ailəsindəki polkovnik Levon kimdir? - Yüksək vəzifədə işləyib
-
Avtomobilini kasko sığorta etdirən şəxs aylardır ödənişi ala bilmir - VİDEO
-
“ŞKTR Türkiyənin tərkibinə daxil edilməlidir” - Baxçalı
-
“Mağazalara girmək mümkün deyil“ - Qubanın mərkəzi prospekti bərbad vəziyyətdə
-
Rusiya və Ukrayna mövcud təmas xəttində dayanmalıdır - Tramp
-
Sosial şəbəkələrdə növbəti “kredit“ dələduzluğu - VİDEO
-
Müəllimlikdən prezidentliyə - Tufan Erhürman kimdir?
-
Bölgələrdə heyvan bazarları bağlandı - Ət bahalaşacaq? - VİDEO
-
Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi
-
Bu gün Zəngilanda da Azərbaycan bayrağı qürurla dalğalanır
-
Prezident Zəngilanın azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO
-
Zəngilanın azad edilməsindən 5 il ötür - Bu gün Zəngilan Şəhər Günüdür
-
Türkyəli məşhurların reklam qiymətləri dodaq uçuqlatdı - SİYAHI
TOP 10
ARXİV