Model Səmradan yarı-çılpaq paylaşım - FOTO Aktrisa Çimnaz Sultanovanın erotik görüntüsü yayıldı - VİDEO ARB-nin keçmiş aparıcısından yarıçılpaq paylaşım - FOTO “Ancaq layiq olana...” – Afaq İnstaqramı “partlatdı”
Axtar
 
  • / Maqazin / — 19 Sentyabr 2019

    Model Səmradan yarı-çılpaq paylaşım - FOTO

  • / Maqazin / — 19 Sentyabr 2019

    Aktrisa Çimnaz Sultanovanın erotik görüntüsü yayıldı - VİDEO

  • / Maqazin / — 19 Sentyabr 2019

    ARB-nin keçmiş aparıcısından yarıçılpaq paylaşım - FOTO

  • / Maqazin / — 18 Sentyabr 2019

    “Ancaq layiq olana...” – Afaq İnstaqramı “partlatdı”

  • / Maqazin / — 02 Sentyabr 2019

    Dekoltesi ilə gecəyə damğa vurdu - Fotolar

  • / Maqazin / — 23 Avqust 2019

    “Məni bitirdin...” – Nəsrin hamamda

Ağcabədidə 14 yaşlı qızın müəmmalı intiharı - “Özünü niyə öldürüb bilən yoxdur“

Tarix 10.06.19, 15:40

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verildiyi kimi Azərbaycanda daha bir yeniyetmə intiharı qeydə alınıb. Bu dəfə Ağcabədi rayonunda 14 yaşlı A. Şirinova canına qıyıb. Faciə rayonun Qaradolaq kəndində baş verib. Yeniyetmə qız özünü yaşadığı evin həyətində asaraq intihar edib.

Ağcabədi Rayon İcra Hakimiyyətinin Qaradolaq kəndi üzrə icra nümayəndəsi Mehman Cəfərov virtualaz.org-a intihar hadisəsinin hansı səbəbdən baş verməsinin məlum olmadığını deyib.

“Uşaq çox normal, sağlam uşaq idi, heç bir psixoloji problemi yox idi. Nədən belə etdiyini heç kim bilmir”, - icra nümayəndəsi deyib.



Qaradolaq kənd bələdiyyəsinin sədri Rüstəm Namazov da azyaşlının məktəbdə və ya ailədə hər hansı problem yaşamadığını deyib: “Hadisə ötən gün hamamda baş verib, inanmıram ki, ailənin xəbəri olsun. Dünən axşam A. Şirinovanın oxuduğu məktəbin direktoru, rayonun Təhsil Şöbəsinin müdiri məktəbdə oxuduğu müddətdə onunla bağlı heç bir problem olmadığını dedilər. Özü də, çox intizamlı şagird olub. Elə yaxından əlaqəmiz olan ailə olmadığına görə, dəqiq deyə bilmirəm, amma mənim bildiyimə görə, uşağın ailədə də hər hansı problemi olmayıb”.

R. Namazov həmçinin bildirib ki, artıq faktla bağlı cinayət işi açılıb, polis və prokurorluq orqanları hadisəni araşdırır.





Xəbərin oxunma sayı : 133

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda