| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
“Prezidentə doğru informasiyalar verilmir“ - Qüdrət Həsənquliyev
Tarix 05.07.19, 23:36 |
|
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Redaktor.az-a müsahibəsinin ikinci hissəsini təqdim edirik:
- Hakimiyyətdə son kadr dəyişikliklərini necə qiymətləndirirsiniz? Yeni kadr dəyişikliklərini Bakının xaricdən yaranan təhlükələrə cavabı kimi anlamaq olarmı?
- Ölkə prezidenti zamanın sınağından çıxmış, iqtidar komandasına sadiq, cəsarətli və peşəkar insanları yüksək postlara gətirdi. Son kadr islahatlarını hərə bir cür qiymətləndirə bilər. Fikrimcə, islahatların aparılması üçün zəmin daha da genişləndirilir. Özünü qoruya bilməyən heç bir iqtidar nə dövləti qoruya, nə də islahatları həyata keçirə bilər. Zəif hökumətdə aparılan islahatlar isə xaosa gətirib çıxarar. Çünki bu zaman insanlar iqtidarın siyasi sistemin dəyişdirilməsi istiqamətində atdığı istənilən addımı zəiflik kimi qiymətləndirər, küçələrə axışar və daha çox tələblər səsləndirərlər. Bu da idarəetmənin itirilməsinə və ölkədə xaos və qarşıdurmanın yaranmasına gətirib çıxarar. Azərbaycanda xarici böyük dövlətlərin marağının olmasını unutmamalıyıq. Azərbaycan güclü erməni diasporası və lobbisi ilə üz-üzədir. Onlar Avropada çox böyük imkanlara, böyük dövlətlərin siyasətinə təsir etmək gücünə sahibdirlər. Bir faktı xatırladım. 1992-ci ilin dekabr ayında ermənilər bizə qarşı ərazi iddiası irəli sürmüşdü, müharibə edirdilər. Ancaq ABŞ-da həmin il ”Azadlığa dəstək" aktına 907-ci düzəlişi ləğv etdi və Azərbaycana dövlət yardımını qadağan etdilər. Bu faktın özü də göstərir ki, müharibə başlayanda işğala məruz qalan biz olsaq da, sanksiyalar da bizə tətbiq olunurdu. Özü də bu Elçibəyin dönəmində baş vermişdi. Elçibəy çox böyük demokrat idi. Yəni ABŞ bu zaman demokratiya haqqında düşünmədi. Sadəcə həmin vaxt onlar Fransada, ABŞ-da güclü lobbisi olan xristian Ermənistanın qalib gəlməsinin və müsəlman dövlətinin torpağını işğal etməsinin marağında idilər.
- Belə çıxır ki, hökumət ciddi proseslərə hazırlaşır?
- Keçirilən islahatlar Azərbaycanı gücləndirəcək. Ölkəmiz hazırda idxaldan asılı vəziyyətdədir. Azərbaycana idxal olunan məhsulların çox cüzi hissəsi ölkəmizin özündə istehsal olunur. İstehlak təlabatımızın çox hissəsi xaricdən idxal olunur. Ölkəmizdə çox az sayda məhsul istehsal olunur və bu məhsul ölkənin təlabatının çox cüzi hissəsini təmin edir. Ölkəmiz yalnız neft satır. İxracatın 98%-i neft və neft məhsullarıdır. Belə olan halda hansı qeyri-neft sektorunun sürətli inkişafından danışmaq olar?! Ona görə də, Azərbaycanda islahatları davam etdirmək lazımdır.
- İslahatlar daha da dərinləşəcəkmi?
- Kadr islahatlarının olması vacibdir. Yeni kadrlar nəzərdə tutulan islahatları həyata keçirməlidir. Bu o demək deyil ki, təcrübəli kadrlardan imtina edilməlidir. Təcrübəli kadrlar ölkədə iqtidara ictimai dəstəyi təmin etməklə neqativ təsirin qarşısını almalıdırlar.
Real olaraq, bank sistemi yenidən qurulmalıdır. Mərkəzi Bankın rəhbərliyi elə düşünür ki, onun işi yalnız manatın kursunu sabit saxlamaqdır. Yəni məsələlərə bu qədər dar prizmadan baxan bir adam bank sistemini yenidən qura bilməz və qura da bilmir. Dünyanın hər yerində bank sistemi ölkənin iqtisadiyyatının qan-damar sistemidir. Yəni bizim başımıza, qolumuza, ayağımıza qan getməsə, həmin hissə qanqrena olar, çürüyər və insan ölər. Dünyanın heç bir yerində şirkətlər öz puluyla işləmir. Şirkətlər ya özlərinə bankları şərik edirlər, ya da aşağı faizlərlə kredit götürürlər. Ancaq Azərbaycanda bunun üçün şərait yoxdur. Azərbaycanda faktiki olaraq bank sistemi çöküb. Ölkədə sahibkarlar üçün çox əlverişli şərait yaradılmalıdır. Sahibkarlar yerli icra hakimiyyəti başçılarına rüşvət vermədən heç bir iş görə bilmir. Hətta öz torpağında belə bir iş görmək üçün sahibkarlardan rüşvət istəyirlər. Adi bir sənədi rüşvətsiz almaq problemə çevrilib.
Digər tərəfdən, məhkəmə-hüquq sistemində islahatlar aparılmalıdır, hansı ki, bununla bağlı Prezident İlham Əliyevin sərəncamı var. eyni zamanda böyük özəlləşdirməyə gedilməlidir. Azərbaycanda səhmdar cəmiyyətlərin sayı həddən artıq çoxdur. Hesabalama Palatasının rəyində də qeyd olunmuşdu ki, onların cəmi 3 milyon yarım vergi verməsi nəzərdə tutulsa da, bu məbləğin sadəcə 50%-ni ödəyə biliblər. Bu səhmdar cəmiyyətlər faktiki olaraq dövlətə vergi ödəmir, dövlət bunları niyə saxlasın?!
İqtisadiyyatımız yenidən qurulandan, məhkəmə-hüquq sistemində ciddi islahatlar aparılandan sonra siyasi islahatlar dərinləşdirilməlidir. Bunun üçün ölkədə prezidentin inandığı, güvəndiyi Daxili İşlər naziri, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi olmalıdır ki, bu qədər böyük, qlobal proseslər baş verərkən xaos yaranmasın, sabitlik pozulmasın. Bu günə qədər görülən işlər islahatların dərinləşdirilməsinə zəmin yaradır.
- Yanvar ayından etibarən ölkədə çox ciddi struktur islahatları gedir. Bu islahatların davamı kimi gələcəkdə baş nazir postunun da ləğv edilib birbaşa prezidentə tabe olması ehtimalı varmı?
- Vaxtı ilə konstitusiyaya dəyişiklik ediləndə bu proses elə sürətlə həyata keçirildi ki, geniş ictimai müzakirələrdən keçmədi. Sonuncu konstitusiya dəyişiklikləri hətta heç parlamentdə də müzakirə edilmədi. Vitse-prezidentlik institutu yaradılanda mən dedim ki, əvvəla Azərbaycanda bir vitse-prezident olmalıdır. Bu konstitusiya layihəsi dərc olunandan sonra buna münasibət bildirmişdim.
Onun arxasınca söyləmişdim ki, əgər vitse-prezidentlik institutu yaradılırsa, baş nazir postu, ümumiyyətlə, Nazirlər Kabineti ləğv olunmalı və hökumət birbaşa prezidentə tabe olmalıdır. Baş nazir, onun müavinləri büdcə üçün artıq xərclərdir. Biz idarəetmə xərclərini azaltmağa çalışmalıyıq. Məmurların sayını azaltmaqla, onların maaşlarını digər işlərə yönəltmək lazımdır. Az məmur ordusu ilə daha çox iş görmək, həmin məmurları daha yaxşı maaşla təmin etmək lazımdır. Bu məsələni zamanında da demişdim. Bu gün də fikrimdə qalıram. Zaman da mənim haqlı olduğumu sübut etdi. Gördüyünüz kimi I vitse-prezident təyin olunandan sonra digər vitse-prezidentlər təyin olunmadı. Buna ehtiyac da yoxdur. Praktik həyat mənim nə dərəcədə haqlı olduğumu göstərdi. İkincisi, Azərbaycanda Baş nazirlik institutu bu gün formal qurumdur. Hamı bunun fərqindədir. Bu qurum heç nəyi həll etmir, heç bir səlahiyyəti və təsir imkanları yoxdur. Əlavə postdur və bu qurumun saxlanılması büdcə üçün əlavə xərcdir. Düşünürəm ki, zamanla bu qurum ləğv olunacaq.
Ümumiyyətlə, prezident üsul-idarəsi üçün söyləmişdim ki, vitse-prezidentlik instututu yaradılırsa, Nazirlər Kabineti ləğv olunmalıdır. Amma bizim kimi demokratik ənənələrin olmadığı və Şərq mentalitetinin daşıyıcısı olan, Şərq despotizmini yaşamış xalqlarda ən mütərəqqi idarəetmə üsulu parlamentli respublika modelidir. Biz uzun illərdir bunu təbliğ edirik və Azərbaycan da buna keçməlidir. Artıq qonşu – Gürcüstan, Ermənistan parlamentli respublikaya keçib. Çox təəssüflər olsun ki, Türkiyə geriyə bir addım ataraq parlamentli respublikadan prezident üsul-idarəsinə keçid etdi. Amma əminəm ki, zamanla onlar da yenidən parlamentli respublika modelinə geri dönəcək. Azərbaycanda da daha yaxşı olardı ki, bu modelə keçilsin.
Azərbaycanda yeni konstitusiyanın qəbuluna çox böyük ehtiyac var. Konstitusiyaya 3 dəfə dəyişikliklər edilib. Amma bu dəyişikliklərə baxmayaraq, yeni konstitusiya qəbul olunmalıdır.
- Məmurların gəlir deklarasiyası məsələsi uzun zamandır gündəmə gəlmir. Buna səbəb nədir?
- Bununla bağlı qanun qüvvədə var. Amma bu qanunun praktikada tətbiqi ilə bağlı müvafiq qərar qəbul edilməyib. Hüquqi islahatların gedişində iqtidar bu məsələni də gündəmə gətirəcək və problem həllini tapacaq.
- Bundan öncə bəzi keçmiş məmurlar çıxışlarında prezidentin ətrafında ona yalan məlumat ötürən şəxslərin varığına işarə vururdular. Siz bu fikirləri necə dəyərləndirirsiniz? Həqiqətən elə şəxslər varmı, varsa onlara qarşı necə mübarizə aparmaq lazımdır?
- İdarəetmə şəffaflaşdırılmalıdır. O zaman belə halların olma ehtimalı azalacaq və bu hal baş versə belə, dərhal ifşa olunacaq. Prezident daha çox mənbədən informasiya almalıdır. Bütün dövrlərdə prezidentin yaxın ətrafı çalışır ki, onun yanında olan dairəni məhdudlaşdırsınlar, qapatsınlar. Yəni bu halda prezident yalnız məhdud sayda insanlardan informasiya alır. Hətta həmin dairəyə yeni kimsə daxil olmaq istəyəndə belə həmin adamı ləkələyib uzaqlaşdırırlar. Bir çox hallarda həmin dairənin üzvləri öz aralarında razılaşıb yanlış informasiyanı prezidentə ötürə bilirlər. Prezident çox vaxt həmin şəxslərin arasında hansısa rəqabətin olduğunu düşünür. Ancaq reallıqda onlar bu formada özlərini göstərir, öz aralarında olan razılaşmaya əsasən informasiyaları ötürürlər. Sadəcə hansısa informasiyanın prezidentə yanlış verilməsi ilə bağlı əlimdə konkret fakt yoxdur. Amma sizi tam əmin edirəm ki, bir siyasətçi kimi prosesləri təhlil edəndə bəzi məsələlərlə bağlı prezidentə doğru informasiyaların verilmədiyi qənaətinə gəlirəm. Prezidentin sonradan qəbul etdiyi qərarlar da mənim düşüncələrimdə haqlı olduğumu dolayısı ilə təsdiq edir.
- İndiki məqamda hakimiyyətə müxalif olanlarla dövlətə müxalif olanları necə ayıraq? Dövlətə müxalif olanların fəaliyyəti ölkəmizi hansı təhlükələrlə üz-üzə qoyur?
- Heç kim dövlətə müxalif olduğunu deməz. Hamı hakimiyyətə müxalif olduğunu iddia edir. Hökumətə müxalif olduğunu iddia edən insanların fəaliyyətindən dövlət ziyan çəkirsə, həmin insanlar iqtidara yox, dövlətə qarşı müxalifdirlər. Məsələn, bu gün sosial şəbəkələrdə ağzı köpüklənə-köpüklənə inqilab çağırışı edən bəzi adamlar əslində iqtidara qarşı müxalifət deyil. Ona görə ki, onların bəziləri həqiqətən də gerizəkalı və şizofrenikdirlər. Çünki dərk etmirlər ki, inqilab nə deməkdir və baş verə biləcək inqilab hansı faciələrə yol aça bilər. Liviya bu gün göz önündədir. Orada bu gün vətəndaş müharibəsi gedir, bir çox ölkələr açıq və gizli şəkildə tərəflərə bir-birini qırması üçün hərbi yardım edirlər. Yəni Azərbaycanda da bu çağırışlar reallaşsa, çox ağır nəticələri ola bilər. Buna görə də haqlı olaraq, bu çağırışları edən qüvvələri dövlətə müxalif qüvvə adlandırmaq lazımdır. Çünki onların fəaliyyətindən dövlətimiz çox böyük ziyan görə bilər.
Mən özümü iqtidara müxalif qüvvə hesab edirəm. Xalqı narahat edən elə bir məsələ yoxdur ki, onu parlamentdə gündəmə gətirməyim. Sadəcə olaraq, çıxışlarımda reallıqları, xalqımızın inkişaf səviyyəsini, ölkədə siyasi mədəniyyətin durumunu nəzərə alıram. Azərbaycan xalqının xoşbəxt gələcəyinin təmini yuxarıdan edilən islahatlarla ola bilər. Partiyamız başqa partiyalarla birləşib, nə olur-olsun indiki iqtidarı yıxıb hakimiyyətə gəlməyə çalışsa, cəmiyyət böyük qarşıdurmaya gedər və bundan dövlətimiz ziyan çəkər. Buna görə də biz daim iqtidara nöqsanları göstərməklə, hökuməti islahatlara çağırırıq. Məsələn, islahatlar nəticəsində parlamentdə müxalif fraksiyalar yaranmalı, parlamentin imici dəyişməlidir. Parlament ölkədə problemlərin həll olunduğu ciddi bir məkana çevrilməlidir. Bu olan halda insnalar sosial şəbəkələrdə tərbiyəsiz elementlərə qulaq asmaz. Öz problemlərini qaldıran deputatlara qulaq asar, onların polemikalarını dinləyərlər. Bizim istəyimiz budur və bu istiqamətdə çalışırıq.
- Nəticə varmı?
- Onun üçün zaman lazımdır. Səbrsizlik edib ölkədə ciddi nəticələrə nail olmaq olmaz. Məsələn, bəzi partiyalar qeyri-adekvat, reallıqları nəzərə almadan qərarlar qəbul edirlər, öz tərəfdarlarının həbsə düşməsinə səbəb olurlar. Onların həbs olunması ilə Azərbaycan cəmiyyətində demokratiya bir az da olsa inkişaf etmiş olsaydı, onları haqlı saya bilərdim. Ancaq onların bu addımları ilə demokratiya inkişaf etmir, əksinə, qorxu mühiti bir az da güclənir və demokratik proses bundan ziyan çəkir. Həmin qüvvələr sadəcə xaricdən daha çox pul almağa hədəflənən addımlar atırlar. Xaricdəki ermənipərəst qüvvələr, ayrı-ayrı ölkələrdəki ermənilərin himayə etdikləri QHT-lər bu qüvvələrə daha çox vəsait ayırsın deyə, onlar öz tərəfdaşlarının həbsə düşməsinə çalışırlar. Siyasi məhbus sayı çox olan partiyalar xaricdəki qüvvələrdən daha çox dəstək ala bilir. Bu adamlar heç vaxt düşünmür ki, həbsdə olanların ailələrini məhrumiyyətlərlə üz-üzə qoyurlar. Bundan isə cəmiyyət heç nə qazanmır. Hesab edirəm ki, cəmiyyət bundan uduzur. Ona görə də həmin qüvvələr verdikləri radikal qərarları bir kənara qoymalıdır. Biz ümumiyyətlə, cəmiyyətdə elə ab-hava yaratmalıyıq ki, iqtidarın islahatları dərinləşdirməkdən başqa yolu qalmasın. Doğru yol budur. Bizim yolumuz fərqlidir.
- İslahatların dərinləşdirilməsinin vacibliyindən söz açdıq. Amma elə ölkələr var ki, orada islahatlar əks nəticə də verə bilir. Bu risk Azərbaycan üçün də varmı?
- Birmənalı şəkildə deyirəm ki, risk hər zaman var. İslahatların aparılması xaos riskini də hər zaman özündə saxlayacaq. Amma bu təhlükə var deyə biz islahatlardan imtina edə bilmərik. Bu zaman ölkə inkişafdan qalacaq və bu, cəmiyyətin gələcəyi üçün daha böyük təhlükələr yaradacaq. Yəni gələcəkdə Liviyanın gününə düşməyimiz üçün daha böyük perspektivlər açılacaq. Ona görə də islahatların aparılmaması aparılmasından daha təhlükəlidir. Buna həmin ermənipərəstlər, iqtidarın daxilindəki öz postlarını itirmək qorxusu keçirən məmurlar və xaricdə Azərbaycanın güclü dövlət olmasını istəməyən qüvvələr çalışacaq.
- Niyə onlar islahatların dərinləşdirilməsində maraqlı deyil?
- Onlar Azərbaycanın Ermənistanla müharibə şəraitində olmağından da istifadə edərək, burada Türkmənistan kimi dövlət formalaşdırmaq istəyirlər. Yəni bu baş versə, dövlətin başı daxili problemlərə qarışacaq. İslahatlar dərinləşsə, Azərbaycan güclü dövlət olacaq, güclü dövlət isə işğal faktı ilə heç vaxt barışmır. Çoxları fikirləşir ki, Qərb burada demokratiyanın inkişafında, Azərbaycan iqtisadiyyatının yüksəlməsində maraqlıdır, ancaq onlar yanılır.
Xəbərin oxunma sayı : 247
Müsahibə
Xəbərlər
-
DTX rəisi Çində - Təhlükəsizlik sahəsində yeni saziş imzalandı
-
Notariatda köhnə ənənələr geridə qaldı, yoxsa? - Daxil Kərimovun “misilsiz xidməti“
-
Prezident “SABAH.city”nin açılışında - FOTOLAR
-
KTN-də unikal təyinat: “Bakı Taksi Xidməti”nin baş direktoruna yüksək vəzifə verildi
-
Süni intellekt sürətlə əmək bazarına daxil olur - Hansı peşələr sıradan çıxacaq?
-
Dövlət Əmək Müfəttişliyi Xidməti Elgün Feyzullayevi niyə müdafiə edir? - FOTO
-
Avropada meşə yanğınlarına qarşı yeni üsul: “Yanğınsöndürən keçilər“ işə düşür
-
Kartdan-karta pul köçürənlərə vacib xəbər: Yeni limitlər nəyi dəyişəcək?
-
Əməliyyatsız sinə böyütmək istəyənlərin diqqətinə: Dolğularla bağlı mühüm xəbərdarlıq - VIDEO
-
ABŞ və İran arasındakı münaqişə Konqresə seçkilərdən sonra başa çatacaq - Tramp
-
2027-ci ildən fermerlərə böyük dəstək: Yeni subsidiya məbləğləri
-
Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb
-
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
-
Trampdan Zelenskiyə xəbərdarlıq - “Bu, dünyaya zərər verir”
-
Arıqlama iynələrinin bilinməyən tərəfi: Bədən arıqlayır, üz niyə çökür?
-
Bakıda sürücüləri narazı salan qayda: Giriş-çıxış artdıqca ödəniş də artır - VİDEO
-
İndoneziya sahillərində bərə aşdı: Ölənlər var, 130 nəfərdən xəbər yoxdur
-
Azərbaycanda 3 uşaqlı ailələrə güzəşt və müavinət verilə bilər - VİDEO
-
“Danışıqlar aparılsa belə, Ukraynada döyüşlər dayanmayacaq” - Lavrov
-
Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
İnfantino FIFA seçkilərində iştirak edəcək? - Açıqladı
-
Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?
-
Ərdoğanın Suriya səfərinə hazırlıq görülür - Hakan Fidan
-
Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə - VİDEO
-
Mingəçevirdə binada yanğın – Sakinlər təxliyə edildi + Video
-
Yuxululuq, halsızlıq, diqqət azalması: Gizli səbəblər bəlli oldu
-
Bakıdakı dəbdəbəli toyun sahibi bu məmur imiş - FOTO/VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
33 dərəcə isti, yağış, külək... - Sabahın havası
-
Ebola dəhşəti böyüyür - 7 022 yoluxma, 3 398 ölü
-
Milyardlıq sərvəti üzə çıxdı - 90 yaşlı anasının hesabında 750 milyon
-
Tiktoker Əhdiman Osmanov və tanışı saxlanıldı - Cinayət işi açıldı
-
Lənkəran-Astara zonasında leysan yağıb - FAKTİKİ HAVA
-
Milyonlarla sürücüyə pul paylanacaq - Macarıstanda
-
Hörmüzdə İran gəmisinə hücum edildi - Ölən və yaralananlar var
-
Səudiyyə neftinin Asiyaya tədarük müddəti 2,5 dəfə arta bilər - Asahi
-
Azərbaycanda ən çox satılan saç markası məhkəməyə verildi - Təhlükəli xəstəlik
-
Qarışqa dərmanından zəhərləndi - Xəstəxanalıq oldu
-
“Miqrantları silah gücü ilə deportasiya edəcəyik” - Almaniyada qalmaqal
-
Kaşif Kozinoğlunun ölümü ilə bağlı araşdırma - 3 nəfər həbs edildi
-
Qanlı göldə ekoloji təhlükə: Onlarla ölü balıq sahilə çıxır (VİDEO)
-
Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR
-
“Yaxın Şərqdə vəziyyət tezliklə sabitləşəcək” - Putin
-
Zığ bağlarında yol problemi - VİDEO
-
Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!
-
“Formula 1” öncəsi yollarda hərəkət dəyişikliklərinə başlandı - VİDEO
-
Gürcüstanın sabiq müdafiə nazirinə həbs qərarı - Dövlətə xəyanət ittihamı
-
Yeni yaradılacaq “rəqabət xəritəsi“nin məqsədi nədir? - VİDEO
-
Husilər strateji adanı ələ keçirdi - ABŞ qarşısında yeni problem
-
Prezidentin xüsusi nümayəndəsi müjdəni verdi: Yaxın zamanda...
-
Qusarda polis əməkdaşlarına müqavimət göstərildi: Saxlanılan var
-
Payızın 5 ən yaxşı qidası - Xərçəngin qarşısını alır
-
Azərbaycanda nəqliyyatın fəaliyyətindən məsul olan şəxs - Rəhman Hümmətov kimdir?
-
“Kölgə donanması”na dron hücumu - Helikopter də tankeri xilas edə bilmədi
-
Bakıda İngiltərə vətəndaşının evindən oğurluq - Hadisəni bağban törədib
-
“Arsenal“dan sürpriz transfer: Gürcüstanlı gənc istedad London klubunda
-
Bu ölkələr beynəlxalq münasibətlər sistemini çökdürür - Putin
-
Vüsal Aslanov yeni rəis müavini təyin etdi - FOTO
-
Azərbaycanda 31 milyon manat cərimə olunan şəxslə bağlı YENİ QƏRAR
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
-
“İran münaqişəni mümkün qədər uzatmağa çalışır” - Donald Tramp
-
Prezidentlərin “İstisu“ ənənəsini Hikmət Hacıyev İran səfiri ilə davam etdirdi - VİDEO
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşəcək - Bu tarixdə
-
Kredit borcunu ödəyə bilməyənlərə şad xəbər - Yeni qayda
-
Azərbaycanda gənclər arasında bu xəstəlik sürətlə yayılır - Həkim çağırış etdi
-
“Sabah“ və “Qarabağ“ Çempionlar Liqasında tarixə düşdülər - SİYAHI
-
Hikmət Hacıyev həmin kitabı vərəqləyərək erməni saxtakarlığını ifşa etdi - Video
-
Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - VİDEO
-
Husilər 36 saata Səudiyyənin dəstəklədiyi qüvvələri darmadağın etdi: Yəməndə nə baş verib?
-
Sinin casusları bizi izləyir, biz də onları izləyirik - Tramp
-
Ermənistan MDB-dən də uzaqlaşır - İqtisadi Şuraya İrəvandan heç kim getmədi
-
Bakıda skuterlər təhlükəyə çevrilir: Nəzarət yetərlidirmi?
-
Şahmar İbadovun həyat yoldaşı binanı 1,3 milyon manata icarəyə verdi - DETALLAR
-
Xətai rayonu Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət - VİDEO
-
Azərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb? - Hər il sayları azalır...
-
Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
-
“Putin gələrsə, G20 sammitində onunla görüşməyə hazıram“ - Zelenski
-
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - VİDEO
-
Diplomatlar Ağdərədəki Gəncəsər monastırını ziyarət etdi - FOTOLAR
-
“Şəfiqənin seçilməsi ilə kinoittifaq da “öldü”... - Həmidəni danışmağa qoymadılar, kinomuz “can verirdi”“
-
“Toyota Bakı Mərkəzi“nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
-
“Bu, Rusiya ilə müharibə deməkdir” - Putindən Avropa ölkələrinə xəbərdarlıq
-
Azərbaycan neftinin qiyməti heyrətləndirdi -120 dolları keçdi
-
1200 manatdan 36 min dollaradək - Azərbaycanda əcnəbi tələbələrə təhsil haqqı
-
Şəkinin mərkəzində çaqqal insanlara hücum etdi - VİDEO
-
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
-
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
-
Bu yay dənizdə batan tanınmış azərbaycanlılar - SİYAHI
-
Azərbaycanda qida məhsullarının vahid izlənmə sistemi yaradılır - VİDEO
-
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
-
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb - “Yonhap“
-
Şəhər yollarında kiçikölçülü avtomobillərdən istifadə təhlükəlidir? - VİDEO
-
Hollivud ulduzundan çılpaq pozlar - FOTOLAR
-
“Fənərbaxça”da nə baş verir? - İsmail Kartal qalmaqalı
-
“ABŞ İran xalqını təslim olmağa məcbur etmək istəyir“ - Pezeşkian
-
Şahbaz Şərif Azərbaycana səfər edəcək - Bu tarixdə
-
Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş
-
Metronun “Əcəmi“ stansiyasının qarşısında yağışdan sonra yaranan gölməçə - VİDEO
-
Trampın xüsusi nümayəndəsi Minskə gedəcək - SƏBƏB
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir”
-
Metro sərnişinləri üçün yenilik: M9 ekspres marşrutu fəaliyyətə başlayır
-
Husilər Qırmızı dəniz sahilini nəzarətə aldı - “Al Jazeera”
-
Qırğızıstan öz pulunu özü çap etməyə başladı - İLK DƏFƏDİR
-
“Rusiya qazına alternativ axtarırıq” - Paşinyan
-
Sabah bu ərazilərdə yol bağlı olacaq - XƏBƏRDARLIQ
-
Pensiyaçılara kredit qapıları bağlana bilər? - AÇIQLAMA
-
“Bənövşə“ şadlıq sarayında toyda qanlı dava - Əmioğluna bıçaqla xəsarət yetirildi
-
30 mindən çox şəxsin maaşı 35 faiz artacaq - RƏSMİ
-
Fərid Şəfiyevə 3 müavin də təyin edildi - SƏRƏNCAM
-
Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı - Şirkətlərin siyahısı
-
Vladimir Putin Hindistanda BRİKS sammitində isti qarşılanıb - Financial Times
-
Prezident Fərid Şəfiyevi yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Süni intellekt hamımızı öldürə bilər - Silikon Vadisində panika
-
Azərbaycan klublarının ən bahalı yay transferləri - SİYAHI
-
“Bravo”-ya daha bir protokol yazıldı - Məhsulları çox baha satır
-
Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri - Açıqlandı
-
Paytaxtda kirayə bahalaşdı: Qiymətlərin ən çox artdığı ərazilər
-
Aqrar Sığorta Fondunda yoxlama: nöqsanlar üzə çıxarılıb
TOP 10
ARXİV






