Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Gülxanıma şəxsiyyət vəsiqəsi veriləcək - DİN

Tarix 18.10.25, 12:31

Font ölçüsü : - / +
bitmap-img6


24 ildir sənədsiz yaşayan Gülxanım Kərimovaya şəxsiyyət vəsiqəsi veriləcək. 

Bu barədə DİN-in Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib.

O qeyd edib ki, sənədi olmayan G. Kərimovanın müraciətləri əsasında aidiyyəti polis şöbəsində araşdırma aparılıb: "Müəyyən olunub ki, həmin şəxsin doğum haqqında şəhadətnaməsi yoxdur. Buna görə də müvafiq qaydada məhkəməyə verilməklə məhkəmə qərarı əsasında həmin şəxsin aidiyyəti dövlət qurumu tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin olunması üçün müvafiq qərar çıxarılıb. Həmin qərara uyğun olaraq və qərarın icra müddəti qüvvəyə mindikdən sonra həmin şəxs şəxsiyyət vəsiqəsi ilə təmin olunacaq. Hazırda məsələ aidiyyəti üzrə icraatdadır”.

Qeyd edək ki, 2001-ci ildə Yevlaxda dünyaya gələn qadının şəxsiyyət vəsiqəsi olmayıb və Gülxanım adı ilə yaşayıb. Hazırda isə qeyri-rəsmi şəkildə ailə həyatı qurub və ana olmaq ərəfəsindədir, bu səbəbdən onun bir vətəndaş kimi mövcudluğunun rəsmiləşdirilməsinə ehtiyac yaranıb.

Yevlax Rayon Məhkəməsi ərizənin təmin edilməsi barədə qətnamə çıxarıb. Bu sənəd doğum aktı qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsas kimi təqdim olunub.



Xəbərin oxunma sayı : 175




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap