Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Rüşvət istəyən məmurları güllələyin!” – Prezident xalqa müraciət etdi

Tarix 14.09.19, 23:00

Font ölçüsü : - / +
bitmap-img6


Öz qeyri-adi və sərt qərarları ilə tanınan Filipin prezidenti Rodriqo Duterte vətəndaşları onlardan rüşvət tələb edən məmurları güllələməyə çağırıb.

“AzPolitika.info” xarici mətbuata istinadla xəbər verir ki, prezident özü şəxsən buna icazə verdiyini deyərək, belə məmurları yalnız ayaqlarından güllələməyi məsləhət görüb.

Duterte rüşvət istəyən məmuru ayağından güllələyənləri həbs cəzası gözləmədiyini, uzağı müəyyən fiziki cəza alacaqlarını deyib: “Əgər siz vergi və sair müəyyən edilən ödənişləri edirsinizsə və bu axmaqlar sizdən rüşvəti tələb edirlərsə, onları vurun. Əgər sizdə silah varsa, onlara atəş aça bilərsiniz. Amma onları öldürməyin, çünki əks halda siz təhqiqatlar nəticəsində əfv olunmaya bilərsiniz”.

Prezidentin fikrincə, korrupsiya Filipinin çox ciddi probleminə çevrilib. “Bu, demək olar ki, hökumətdə təmsil olunan hər kəsin daxilində olan bir qurddur” deyən ölkə başçısı, vətəndaşları öz hüquqlarını müdafiə etməyə, korrupsiya əməli haqqında məlumat verməyə çağırıb.

R.Duterte hətta deyib ki, əgər bu haqda ona məlumat verilsə, şəxsən özü həmin məmuru yanına çağıracaq və vətəndaşa rüşvət tələb edən məmurun üzünə sillə vurmağa icazə verəcək.

2016-cı ilin mayında prezident postunu tutan və ixtisasca hüquqşünas olan, uzun müddət vəkil işləmiş R.Duterte qanunu pozanlarla, xüsusilə də narkotik ticarətilə məşğul olanlarla mübarizədə çox sərt və qəddar üsullardan istifadə etməsilə tanınıb. Hətta çoxlu sayda qanun pozucusunun məhkəməsiz, sorğu-sualsız güllələnməsinə dair məlumatlar mövcuddur. BMT ekspertləri və hüquq-müdafiə təşkilatlarının çoxsaylı müraciətlərinə və tənqidlərinə bvaxmayaraq, Filipin prezidenti öz metodlarından imtina etmək niyyətində deyil.



Xəbərin oxunma sayı : 649




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap