Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Qurban Qurbanov: “Bunu ispanlar bağışlamayacaq“

Tarix 16.09.19, 10:50

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində evdə "Neftçi”nin 2:0 məğlub edən "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

- Futbolçularımı təbrik edirəm. Sevindiricidir ki, uzun fasilədən sonra da formalarını qoruyublar. İstəkli idilər.

-"Sevilya” ilə oyun öncəsi komandanızdan nə dərəcədə razı qaldınız?
-Vaxt keçdikcə, futbolçularımız bir qədər ritmdən düşürdülər. "Neftçi” bunu bağışlasa da, ispanlar bağışlamayacaq. Top itkisinə o futbolçular yol verirdilər ki, buna yol verməməlidilər. Düzdü, "Neftçi” də pis pressinq etmirdi.

-Beqoviçin durumundan razısınızmı?

-Bu gün yaxşı idi. Ancaq 3-4 aydı oyun praktikasından məhrum olub. Hər bir halda belə oyunlarda bizə fayda verəcək.

- Çempionatda ən xoş sözlərə layiq İsmayıl İbrahimlinin Avropa Liqasında debüt etmə şansları nə dərəcədədi?

-İndidən proqnoz vermək çətindi. Ancaq birdən-birə belə oyunlara atmaq onu "yandıra” bilər.

-Ayltonun aqressiyası nə ilə bağlı idi?

-Bu, məni də narahat edir. Bu aqressiya komandaya da, özünə də mane ola bilər.



Xəbərin oxunma sayı : 190




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap