| |
|
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
“Mehdiyevin getməsi yaxşı oldu; Əli Kərimli öldürülə bilər...” – Rauf Arifoğlu
Tarix 30.10.19, 11:37 |
|
“Yeni Müsavat’’ Media qrupunun rəhbəri Rauf Arifoğlu BakuPost.az-a gündəmlə bağlı maraqlı müsahibə verib.
AzFakt.com həmin müsahibəni oxucularına təqdim edir:
– Rauf bəy, bu il “Yeni Musavat” qəzetinin 30 yaşı tamam olacaq. Müstəqilliyimiz ilə həmyaşıd olan “Yeni Musavat” bu 30 ildə nələri itirdi, nələri qazandı?
– Qəzetimiz əslində, Azərbaycanın müstəqilliyindən iki yaş böyükdür, müstəqilliyə aparan xalq hərəkatı ilə yaşıddır. Bu 30 il ərzində qəzetimiz Azərbaycan xalqının, oxucusunun etimadını, tarixdə yerini qazandı. Azərbaycanın ikinci dəfə dövlət olma prosesində bilavasitə iştirak elədi və mümkün qədər dəstəyini verdi. Nəticələr də ortadadır…
İtirdiklərimiz də var. Bu yolda və bu müddətdə bir neçə əməkdaşımız, yaxın dostlarımız dünyasını dəyişdi. O cümlədən, qəzetimizin yaradılışının ilk illərində əlində silah, könüllü kimi Azərbaycan uğrunda şəhid olan yoldaşlarımız, dostlarımız, “Yeni Musavat”çılar da oldu. Çünki “Yeni Müsavat” yalnız qəzet deyil, milli azadlıq hərəkatının içindən və tələblərindən doğan, onun bir parçası olan mübarizə platforması kimi qurulub…
Biz milli hərəkatın yaşayan ən uğurlu layihələrindən biri kimi, bu 30 il ərzində adımızı həm ölkə, həm də media tarixinə yazdıra bildik. Möhürümüzü tarixə basdıq da deyə bilərik. Üstəlik, son 10 ilimiz media platformasına keçid baxımından çox önəmlidir. Müstəqil ofisimizi qurduq, saytlar, sosial media səhifələri, “Minval” adlı ikinci media brendinin yaradılması, internet televiziya qurulması, print media auditoruyasını böyüdüb, nyu-mediaya tam keçidin təmin olunması məhz son 10 ilin nəticələridir.
– Amma əvvəlki dövrlərdə xalq sizi, həm də aktiv siyasətçi olaraq radikal mövqeyinizlə tanıyıb, sevdi. Hətta deyərdim ki, sizin bu radikallığınızın “Yeni Musavat”ın yaxşı mənada nüfuzuna çox ciddi təsiri olmuşdu. Amma artıq bir xeyli vaxtdır ki, Rauf Arifoğlu siyasi proseslərdə bir qədər susqunluğunu qoruyub saxlayır. Sizcə, cəmiyyətə o dövrdəki Rauf Arifoğlu lazımdır, yoxsa məsələlərə hamı kimi üzdən yanaşan Rauf Arifoğlu?
– Özüm haqqında susqun tərifi işlətməzdim. Çox fəalam və özümü siyasətin tam mərkəzində hiss edirəm, üstəlik, əvvəlki zamanlardan da çox danışıram. Televiziyalarda, sosial media, saytlarda mənim çıxış, müsahibə və yazılarım sıraya düzülüb. Böyük siyasətə təsirlərim də heç zaman indiki kimi yüksək olmayıb…
Bu sualı ünvanladığınız Rauf Arifoğlu son 30 ildə bir neçə formasiya yola salıb, 5 dövlət rəhbəri, iki prezident səlahiyyətlərinin icraçısı, çox sayda baş nazir və nazirlər, dövlət katibləri, bir neçə çağırış parlament və nələr-nələr yola salıb. Həm də onları yalnız müşahidəçi kimi yola salmamışam. Meydanlarda olmuşam, tarixi həm yaşayıb, həm də yazmaq şansını reallaşdırmışam…
İndi də belədir. Siz məndən bu müsahibəni alan gün daha bir tarixi hadisənin, dövr-təslim prosesinin içindəyik. Yenə fəalıq, yenə mərkəzdəyik, yenə əsas tribunayıq, yenə proseslərə yön və rəng verməyə çalışırıq. Yəni son 30 ildə mənim işim ancaq bu olub.
– Ancaq qəzetiniz əvvəlki gücdə və populyarlıqda deyil, bunu inkar edirsiniz?
– İddia edirəm ki, hazırda şərti adı ”Yeni Müsavat” qəzeti olan media qrupumuzun nüfuzu və populyarlığı 90-cı illərlə müqayisədə çox üstündür, güclüdür. “Yeni Müsavat” Media Qrupuna aid olan istənilən bir elektron KİV-in imkanları və əhatə dairəsi 90-cı illərdəki kağız qəzetlə müqayisədə dəfələrlə üstündür. O dövrdə biz cəmi 25-30 min nüsxə kağız qəzet buraxırdıq. Başqa heç nə! Bu gün təkcə musavat.com saytının əhatə dairəsi gün yüzminlərlə ölçülən auditoriyadır. Qəzetə bağlı 140 min təqibçisi olan Facebook səhifəmiz var, 60 minlik rus dilində “Minval” adlı Facebook səhifəmiz, rusdilli arealda yayın yapan minval.az adlı saytımız, 75 min abunəçisi olan online televiziyamız var. Əvvəl bir qəzetimiz vardı, indi onun üzərində 4 saytımız, sosial mediada özəl seqmentimiz, televiziyamız var. Bunların hamısı da aktiv, populyar platformalardır. Hesab edirəm ki, hazırkı işim daha effektlidir.
Rəhbərlik etdiyim qəzetsə zaman- zaman mənim iradəmlə, mənim istəyimlə, eyni zamanda kollektivin maraqları ilə müxtəlif pozisiyalarda oldu. Bir zamanlar biz Sovet hakimiyyətinə qarşı mübarizə aparırdıq. O mübarizədə ön cərgədə idik. Hətta, həm silahlı müharibənin içərisində iştirak edirdik, həm də yazılı – informasiya savaşının. Sonra biz dövlətin qurulma prosesində iştirak etdik. Daha sonra iqtidarın, Elçibəy komandasının yanında olduq. Sonra Elçibəy komandası ilə birlikdə biz də müxalifətə keçdik. Uzun müddət müxalifətdə qaldıq. Çoxsaylı və təkidli dəvətlərə baxmayaraq, müxalifətdə lider dediyimiz şəxsin bütün siyasi teatrlarında, kampaniyalarında yanında olduq. O meydandan qəflətən çəkiləndən sonra isə bizim dəstəkləməyə adamımız olmadı. Mən İsa Qəmbərdən boşalmış meydanı “sulayan” Əli Kərimlini dəstəkləyə bilməzdim. Çünki o, məni, mən də onu özümüzə düşmən bilirik. Kim öz düşməninini dəstəkləyər ki? Siz dəstəkləyərsiz?
– Söhbət Əli Kərimlini dəstəkləməkdən getmir. Söhbət sizin siyasi mövqeyinizin istiqamət dəyişməsindən gedir…
– Ortada mövqe deyilən bir şey qalmamışdı və mən qəzetimi də götürüb, özümə mövqe qurmağa başladım. Mövqe dediyiniz yerdə bir Arif Hacılı vardı, bir də Əli Kərimli. Bir də “Yeni Müsavat” vardı, ortada qalmışdı. Seçimimi qəzetdən yana etdim, hər kəslə yeni münasibətlər sistemi yaratdım, bunun sayəsində gücləndim, indi sizinlə öz mövqeyimdə – özümün qurduğum ofis və platformamda danışıram. O qərarı verməsəydim, sizinlə ən yaxşı halda, Müsavat Partiyasının miz iyi verən ofisində danışacaqdım. Ən pis halda isə, Arifin yaxın ətrafı günün birində əllərinə ağac alıb, bizim jurnalistləri oradan qovub, küçəyə tökəcəkdilər və sizlər də gəlib “Yeni Müsavat”ın bu acınacaqlı, küçədə qalmış durumunu çəkib, göstərəcəkdiniz. Yox, bu ssenari məni qane etməzdi. O cür şikayətçi olmağımdansa, məndən şikayətçi olsunlar. Necə ki, indi elədir.
– Arif Hacılını, Əli Kərimlini niyə dəstəkləmədiniz ki? Onların hansı cəhətləri sizi qane etmədi?
– Əli Kərimli ilə düşmən kimiyik. Bayaq dedim, bunu. Siyasətdə öz düşmənini dəstəkləmək axmaqlıq nümunəsi olardı. Onu 29 ildir tanıyıram, bu müddətin ən azı, 22-23 ilini düşmən kimi olmuşuq. Elçibəyin Kələkiyə getməsindən bir müddət sonra Əli Kərimli qəfil fəallaşdı və təşkilatı ələ keçirtdi. Mən də Elçibəyin mövqelərini müdafiə edirdim və bəzən də ondan təlimat alırdım. “Yeni Müsavat” 1997-ci ilə qədər Kələkinin səsi, yayın orqanı olub. Yəni, Elçibəyin. Bax, bu konteksdə toqquşmalar başladı. Arada 1-2 il dost olmuşuq, sonra yenə dalaşmışıq. Qarşılıqlı ittihamların məzmunu dəyişir, amma mahiyyət dəyişmir.
Mənimki Əli Kərimli ilə tutmur. Amma onu yaxşı tanıyıram. Belə bir siyasət manyakının iqtidara iddia etməsi belə Azərbaycanı qarışdırır, gərginlik yaradır, mühüm, açar xarakterli proseslərə mane olur. Onun iqtidar olması, böyük fəlakət olardı. Bu baxımdan, Əli Kərimliyə ən kiçik dəstək vermək belə, Azərbaycanın gələcəyini təhdid altında qoymaqdır. Arif Hacılıya gəlincə… onu da yaxşı tanıyıram və buna görə də ona dəstək verə bilməz, yanında qalmağı da özümə sığışdırmazdım. Heç Arifə də mənim və “Yeni Müsavat”ın böyük dəstəyi lazım deyildi. O, öz mahiyyətinə uyğun balaca bir təsərrüfat qurmaq istəyirdi və buna görə də bütün böyük fiqurları Müsavatdan uzaqlaşdırdı. Arzusuna çatıb, təsərrüfatında oturub, özünü və yaxın ətrafını dolandırır…
– Yəni deyirsiniz ki, əslində, siyasi mövqeyinizi dəyişməmisiniz. İsa Qəmbərin mövqeyi dəyişdi?
– Məncə, siyasi mövqe məsələsini izah elədim. Sadəcə, onu deyim ki, siyasi mövqe bəzən elə dəyişmək üçündür. İsa Qəmbərə dair suala gəlincə…
Əgər İsa Qəmbər meydanda və təşkilatda ən azı, 2015-ci ilin parlament seçkilərinə qədər qalsaydı, hər şey tamamilə başqa cür olacaqdı. Bunu dəqiq məlumatlar əsasında və əminliklə deyirəm. Mən də təbii ki, Müsavatda qalacaqdım. Lakin təəssüf ki, İsa Qəmbər, həm Müsavatdakı missiyasından, həm də hakimiyyət uğurundakı iddialarından tam halda geri çəkildi. Mən özümə tək siyasi lider hesab etdiyim İsa Qəmbərin bu çəkilişindən sonra, qərarımı verdim.
– Bir zamanlar hamınız eyni ideya ətrafında birləşmişdiniz. Cəbhəçilərin sonradan sizə qarşı bu aqressiyasını formalaşdıran amil nə oldu?
– Məncə bunu bayaq dedim. Mənim cəbhəçilər və ya özümünkü olan müsavatçılarla heç bir problemim yoxdur. Problem də, “amil” də Əli Kərimlidə və Arif Hacılıdadır. Mənə qarşı sosial mediada qarayaxma kampaniyasını da şəxsən onlar körükləyirlər. Məni cümlə xəyanətlərdə ittiham edirlər. Amma əslində əməllərinə, Azərbaycana, Cəbhə və Müsavat simvollarına vurduqları zərbələrə görə xain də, xəyanətkar da onlardır. Belə birilərinin, ölkə siyasətinə nifrət leksikonunu gətirənlərin iqtidar ola bilmə ehtimalını düşünün. Onlar Azərbaycanın yarısını öz kin və nifrətlərində boğarlar.
– Bayaq da dediniz ki, cəbhəçilər sosial şəbəkələrdə sizi söylədiyiniz fikirlərə görə təhqir edirlər. Çox qəribədir ki, siz bu söyüş və təhqirlərə rəğmən yenə, hətta bəzən çox da vacib olmadığı təqdirdə belə onların hiddətinə səbəb ola biləcək çıxışlar edirsiniz. Bəzən adama elə gəlir, bunu planlı şəkildə edirsiniz.
– Mən onlara sadəcə, əhəmiyyət vermirəm. Nə də onlara istinad edib işləmirəm, tarixə və Allaha istinad edib işləyirəm. Düz yolda olduğumu da bilirəm. 100-200, lap elə, 1000 adamın ağız-ağıza verib mənim haqqımda nə isə yazmasının əhəmiyyəti nədir ki? Mən 30 illik keçmişi olan bir qəzetin qurucusu və fəaliyyətdə olan baş yazarıyam. Bu 30 il ərzində mənim haqımda bilirsiniz nə qədər adam danışıb və yazıb? İstər iqtidardan, istər müxalifətdən… Onların çoxu həyatda yoxdur artıq, amma mən yaşayıb-yaradıram, fəaliyyətimə davam edirəm. İndi danışanlara da Allah ömür versin, onların sayəsində biz bilirik sağda-solda nə var və qiymətimiz də bəzən onların mənə qarşı fəallığı ilə ölçülür… Yəni, ölümlü bir bəndənin dediklərinə əhəmiyyət verməyə dəyməz. Doğru bildiyin nədirsə, onun arxasınca gedəcəksən. Allahın qarşısında hesabat verəcəksən. Sən doğrusanmı? Dürüstsənmi? Sən adilsənmi? Bu suallar qarşısında mənim alnım açıqdır – heç narahat deyiləm .
– Müsavat Partiyasının yaranmasında xidmətləriniz olub. Uzun illər qəzetiniz partiyanın maraqlarına xidmət edib. Belə bir müstəvidə partiyanın liderliyinə iddianız olmadımı?
– Arif Hacılının indiki vitrinindən fərqli olaraq İsa Qəmbərin vitrini çox parlaq idi. Heç olmasa onun ətrafında ən azı, on nəfər ikinci ola biləcək siyasətçi var idi. Arif də onlardan biri idi. Bizim içərimizdə ən çətin, ən konfliktli, ən kindar adam da Arif Hacılı idi. Lakin İsa Qəmbər onu seçdi – Arifi hələ də İsa Qəmbər seçir, qurultay-filan ikinci dərəcəlidir. Buna görə də orda bizim qalmağımızın mənası yox idi və heç kim də qalmadı. Çünki əvvəldən proqnozlaşdırılmışdı ki, idarəçilik Arif Hacılıya keçərsə, o ilk növbədə öz təsərrüfatını yaratmağa çalışacaq və bütün güclü adamları oradan uzaqlaşdıracaq. Elə bu cür də oldu.
– Siz çox idiniz əslində. Arif Hacılıya qarşı çıxa bilmədiniz?
– İsa Qəmbərə qarşı çıxmadıq. Niyə də qarşı çıxaydıq ki? Mən öz yaratdığım qəzeti və siyasətçinin ən böyük var-dövləti olan ‘siyasi mövqeyimi’ götürüb aralanmağı ən yaxşı yol bildim. Bu gün də əslində, onlara qarşı çıxmıram, Əli Kərimlini “vurduğum” kimi onları amansızca “vurmuram”. İstəsəm, partiyaya da, qərargaha da qarşı iddialar qaldıraram və bunları hüquqən nəticələndirərəm. Lakin bunları etməyə nə həvəs var, nə də vaxt. Baxmayaraq ki, bəzi fraqmentlərdə tək qalaraq, bəzi fraqmentlərdə döyüşərək qurduğum, 25 ilimi həsr etdiyim partiyanı darmadağın etdilər. Amma daha kritik məqamlar üçün mənim hər zaman bir ehtiyat variantım vardır…
– Partiyadan ayrılandan sonra qəzetin də, sizin də siyasi mövqeyiniz nəzərə çarpacaq dərəcədə dəyişdi. Müxalifətçilərin sizə qarşı aqressiyasının səbəbi həm də bu ola bilərmi?
– Bu siyasi mövqe məsələsinin üstünə yenə gəldik. Bundan əvvəlki müsahibələrimdə də bu barədə demişəm. Siyasi mövqe siyasi platforma deməkdir, iqtidara gəlmək üçün nəzəri və əməli üsulların toplusudur, yol xəritəsidir. Onun zamana və şərtlərə görə dəyişməsi normaldır, hətta lazımdır. Siyasi mövqeni əqidə, doğma bilib, müqəddəsləşdirib, illərlə onu yeniləməmək, dəyişməmək “Məğlubiyyət Partiyası” formalaşdırır və minlərlə fəal insanı, tərəfdarları bədbəxt edir. Biz siyasətdəyiksə, iqtidar uğrunda mübarizə aparırıqsa, vətən müharibəsi və milli azadlıq mübarizəsi modellərini yığışdırmaq lazımdır! Bu model 90-cı illərdə qaldı. İndi yeni, çevik və bir qədər yumşaq modellər lazımdır. Hər bir siyasətçi öz partiyasını və mübarizəsini modelləşdirəndə, gərək nəticələri də hesablasın. Və həmin nəticələr insan amilinə – tərəfdarların maraqlarına hesablansın. Daha onların içsiz qalmasına, döyülüb, həbsxanalara salınmasına, vətəndən və dövlətdən küsdürülməsinə səbəb olmasın.
Məsələn, Əli Kərimli iqtidar uğrunda mübarizəsini vətən müharibəsi kimi modelləşdirib, hakimiyyətə gəlməyə “ana vətən” kimi baxır və tərəfdarlarını da bu prosesə, daha doğrusu, müharibəyə bu cür qoşub. Kənarda qalanları, onlar kimi düşünməyib, onların “vətən müharibəsinə” dəstək verməyənləri də xain hesab edirlər. Mənə münasibətin bir kökü də buradadır. Mən onları nəinki təqdir etmirəm, əksinə, təftiş edirəm, səhv etdiklərini məntiq və detallarla yazıram. Əli və tərəfdarları bundan təbii ki, qəzəblənirlər. Mənim təsvir və təftişlərim Əli Kərimlinin ilğım və söz dekorlarını dağıdır. Ona görə də davam edəcəm. İnanıram ki, gələcək politoloqlar mənim həyatımı öyrənəndə, son siyasi manevrlərimi daha dərindən araşdıracaq və öyrənəcəklər…
– Hazırda özünüzü rahat hiss edirsinizmi?
– Mənim ruhum hər zaman rahat olub, indi də elədir. Ağlım və xarakterim isə rahatlıq tanımadan daim hərəkətdədir. 30 ildir, artan templə işləyirəm. Qarşıdan qəzetimizin yubiley günü gəlir. Çalışıram, yaddaşlara və tarixə yazılacaq bir törən edək. Bizim tərcümeyi-halımız və evalyusiyamız Azərbaycan mediasının tərcümeyi-halı, onun simasıdır. Gizli dərc olunan bir anti-kommunist dərgidən, kağız qəzetdən müasir media ofisinə qədər inkişaf etmək varsa, bu nailiyyət Azərbaycanındır.
– Oktyabrın 19 da 28 may ərazisində icazəsiz aksiya keçirildi. Bildiyim qədərilə heç bir münasibət bildirmədiniz. Sizə də elə gəlirmi ki, cəmiyyətdə, xüsusilə də mediada əhəmiyyətli hesab olunan şəxslərin münasibətləri gözləniləndir?
– Mənim fikirlərim, münasibətlərim rəhbərlik etdiyim qəzet və saytlardakı çoxsaylı yazılarda əksini tapıb. Lazımdısa, bir daha deyim. 19 oktyabr aksiyası bir siyasətçi kimi Əli Kərimlinin böyük səhvi idi. Ölkənin prezidenti bir gün öncə sensasion sayılacaq bəyanatla çıxış edib, öz komandasını islahatlara mane olmaqda suçlayıb, heç zaman olmadığı kimi, xalqa açıq məlumatlar və mesajlar verib, köhnə təfəkkürlü kadrları yeniləyəcəyini bəyan edib.
Əli Kərimli bu “pası” tuta bilərdi və hətta hakimiyyətə minnət qoyaraq, sabahkı qanunsuz aksiyasını təxirə sala bilərdi. Onun siyasi dividenti o aksiyadan əldə etdiyi nəticələrdən dəfələrlə çox olardı. Çünki Prezident əslində, özünü demokrat sayan və demokratiya platformasında dayanan hər kəsin maraq və istəklərini dilə gətirmişdi. Üstəlik, 19 oktyabr aksiyası öncəsi mesaj verirdi – mənim apardığım və aparacağım islahatlara mane olan məmurlar var! Yəni siyasi tərcüməsi bu idi ki, ey Milli Şura və 19 oktyabr provokasiyasına hazırlaşanlar, siz mənim o komandamdakı sabotajçılarla olmayın! Onların mövqelərini gücləndirməyin. Onların lazımlılıq əmsalını süni olaraq, artırmayın… Lakin Kərimli ya qəsdən, ya da bilərəkdən, bu təxribata getdi və iqtidar daxilində Azərbaycanın yenilənməsinə qarşı sabotaj edənlərlə eyni cərgədə dayandı. Mən əminəm ki, 14 il aradan sonra Əli Kərimlinin birdən-birə küçələrə çıxması, özündə bu qədər cəsarət tapması yalnız özünün qərarı deyil…
Bu baxımdan, 19 oktyabrda polis dövlət adından Əli Kərimlinin yox, onunla bərabər bu prosesin arxasında dayanan saraydaxili müxalifətin təxribatlarının qarşısını alırdı. Online medianın kameraları qarşısında dövlət öz gücünü məhz hakimiyyətdəki sabotjçılarla Əli Kərimlinin qurduğu gizli ittifaqa göstərirdi. Əslində, 19 oktyabr Əli Kərimlinin bir siyasi lider kimi iflası da sayıla bilərdi – minlərlə tərəfdarı ortada yox idi, onu “Facebook”dakı kimi “like” etməyə gəlməmişdilər; lider davamlı sola baxırdı, küçənin o başından çoxsaylı tərəfdarlarının sel kimi ona tərəf axacağını gözləyirdi; lakin küçədə 4-5 fəaldan, jurnalistlərdən və polislərdən başqa kimsə yox idi. Bəlkə də iqtidar daxilindəki dirənişçilər 1 gün öncədən xəbərdarlıq paylarını almışdılar, 19 oktyabr aksiyasının öncə zəif olmasının bir səbəbi də yəqin ki, bu idi. İqtidardakı anti-islahat mafiyası ifşa olunduğunu anlamış və Əli Kərimliyə küçə dəstəyi verməkdən vaz keçmişdi. Yəni Prezident İlham Əliyevin 18 oktyabr müşavirəsinin əsas mahiyyəti haqda daha fərqli bir fikir yürütmək mümkündür…
– Əli Kərimlinin döyülməsinə reaksiyanız necə oldu?
– Onun özünün döyülməsi hekayəsi ilə bağlı danışdıqlarında ziddiyyətlər var. Lakin dediklərinin az qismi də doğrudursa, Əli Kərimlinin o meydanda döyülməsini təxribat hesab edirəm. Bu, Azərbaycan Respublikasına qarşı çox ciddi bir təxribatdır. Əgər Əli Kərimlinin iddiaları doğrudursa, onu doğurdan da avtobusda amansızcasına döyüblərsə, bu məsələ ciddi araşdırılmalıdır, günahkarlar cəzalandırılmalıdır. Çünki onu orada öldürə də bilərdilər… Təsəvvür edirsiz, bunun nəticələrini? Əli Kərimlini öldürürlər və suçu da atırlar dövlətə! Belə olan halda, islahat kursu başlatmış və həm müxalifətdən, həm də iqtidardan müqavimətlə rastlaşan prezident İlham Əliyevin düşdüyü vəziyyət necə olardı? Şantaj və ittihamlar, təxribatlar daha da böyüyər, sabitajçılara revanş imkanları yaranardı. Bundan sonra hesab edirəm ki, xüsusi xidmət orqanları və polis yenidən küçəyə çıxacağı təqdirdə Əli Kərimlini ən mədəni üsulla dərhal alıb, təhlükəsiz bir yerdə qorumalıdır.
– Müsahibələrinizin birində belə bir fikir bildirmisiniz ki “Bunlar prezidenti yaxşı qoruya bilmirlər, bizə də imkan vermirlər”. Kimdi onlar?
– O, uzun bir təhlilin son cümlələridir. İndiki siyasi mənzərəyə baxın və mənim verdiyim o müsahibəni bir daha oxuyun. Görəcəksiniz ki, mən həm siyasi fəhmlə, həm də məlumat olaraq necə bilmişəm ki, ciddi dəyişikliklər olacaq. Sözlərimin üstündə qalıram – hesab edirəm ki, dövlət informasiya siyasətinə də baxmalı və çox ciddi dəyişiklilər etməlidir. İndiki informasiya siyasəti gerçəkdən də Azərbaycanı və Prezidenti qoruya bilmir.
– Son günlər mediada səs yazılarının yayılması gündəm olub. Mətbuatda bu cür halların baş verməsi doğrudurmu?
– Artıq yeni standartlar yaranıb. Yeni media, ancaq səs və görüntülərlə işləyir. Düzdür, vətəndaşın şəxsi razılığı olmadan onun səsinin yayılması etika cəhətdən doğru deyil. Amma biz artıq sosial şəbəkələrlə yarışırıq. Orda bir informasiya çıxırsa, onu biz də daxil olmaqla, bütün media orqanları onları verməyə məcburdur. Əks halda məlumat elə bir məhsuldur ki, o yeyinti məhsullarından da tez xarab olur. Zamanında verməsən, əhəmiyyəti olmayacaq.
– Saytınız hər nə qədər hökumətyönümlü görünsə də, kifayət qədər radikal fikirlərin səsləndirildiyi debatlar yayımlanır. Bu, sizə problem yaratmır?
– İradlar da olur, təhlükə də yaradır. Alışmışıq artıq bu kimi ekstrimlərə.
– Bu gün sosial şəbəkələrdə kifayət qədər özfəaliyyət media var ki, onlar hər hansı bir təxribat xarakterli informasiyanı müəyyən məbləğ ödəməklə bütün kütləyə yaya və təxribat yarada bilər. Bunun qarşısını almaq üçün ənənəvi media hansı addımları atmalıdır?
– Bunu edənlər kifayət qədərdir. Qarşısını almaq isə mümkün deyil. Media da artıq buna uyğunlaşmalıdır. Sosial şəbəkə deyilən bir anlayış da yoxdur artıq. İndi sosial media var və hamımızdan daha güclüdür. Biz indi ondan daha böyük olmaq üçün yarışmırıq, sosial medianın daha böyük hissəsi olmaq üçün yarışırıq… Dünya dəyişib, biz də o tempə uyunlaşmalıyıq.
– Ramiz Mehdiyevin tutduğu vəzifədən azad edilməsinə münasibətinizi də bilmək istəyərdik.
– Ramiz Mehdiyev getməli idi və getdi. Onunla birlikdə böyük bir dönəm də tarix oldu. Ramiz Ənvəroviç artıq siyasətdə və dövlət idarəçiliyində yoxdur. Mənə qalırsa, yaxşı ki, belə oldu. Prezident böyük, miqyaslı, həm də riskli bir islahatlara başlayıb. Uğur qazanmaq üçün ilk öncə həmin islahatlara sahə açılmalı, daha sonra isə etibarlı və yeni tələblərə uyğun gələn kadrlar irəli çəkilməlidir.
Xəbərin oxunma sayı : 1012
Müsahibə
Xəbərlər
-
Yağış şimal rayonlarında fəsad törətdi: Xudat və Şabranı su basdı
-
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olmalıyıq?“ - Tramp
-
Əhməd İsmayılov Burhanettin Duranla Anlaşma Memorandumu imzalayıb - Fotolar
-
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür - VİDEO/FOTO
-
Yağıntılı hava davam edir, qar yağır - FAKTİKİ HAVA
-
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər
-
Hava ilə əlaqədar qatarlar gecikə bilər - XƏBƏRDARLIQ
-
ABŞ-ın növbəti hədəfi Kuba olacaq - Tramp
-
“Sədərək” ticarət mərkəzini su basdı - VİDEO
-
İran Əbu-Dabiyə raket zərbəsi endirdi - 5 nəfər yaralandı
-
At və uzunqulaqların sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
-
“Böyük Britaniya İrana qarşı müharibəyə qoşulmayacaq“ - Starmer
-
Su basmış ərazilərdən onlarla insan belə təxliyə edildi - VİDEO
-
“ABŞ İrana qoşun yeridə bilər“ - Hakan Fidan
-
Bakıda iki əsrə yaxın yaşı olan bina qəzalı vəziyyətə düşüb - VİDEO
-
İnstaqramda bu gün bunlar paylaşıldı - FOTOLAR
-
ABŞ Ukrayna üçün nəzərdə tutulan silahları Yaxın Şərqə yönəldə bilər - Marko Rubio
-
Gəncədə küləyin fəsadı bir aydır ki, aradan qaldırılmır - VİDEO
-
İran-ABŞ danışıqları Pakistan vasitəsilə aparılır - Hakan Fidan
-
Azərbaycana təhlükəli arılar gətirilib - VİDEO
-
Bakıda və Abşeron yarımadasında güclü yağış davam edir - FAKTİKİ HAVA
-
“Zelenskinin ABŞ ilə bağlı iddiaları həqiqəti əks etdirmir“ - Rubio
-
Xameneinin son görüntüsü yayımlandı - Ölümündən 23 dəqiqə əvvəlin FOTOSU
-
Azərbaycan millisi Sent Lüsiyanı 6:1 hesabı ilə məğlub etdi - VİDEO
-
Bakı və Dərbənddəki teatrlar mədəniyyətlər arasında körpüdür - Putin
-
“İran SAXAL-ın ən böyük nəqliyyat mərkəzini vurub“ - SEPAH
-
Ağsuda qadını öldürüb əkin sahəsinə atdılar: Polis iki nəfəri saxladı
-
Evləri və həyətləri subasmaya məruz qalan 9 nəfər təxliyə olunub - VİDEO
-
Hikmət Hacıyev TDT ölkələri rəhbərlərinin köməkçilərinin görüşündə - FOTOLAR
-
Çexiya səfiri Rusiya XİN-ə çağırıldı - “Rus Evi”nə görə
-
Yağış Sabunçu vağzalının qarşısını iflic günə saldı - VİDEO
-
Azərbaycanda istehlak bazarı böyüyüb - 5 %-ə yaxın
-
İran Suriyanın Prezident Sarayını vura bilər - “Qanuni hədəf” sayılacaq?
-
500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
-
Sabunçu keçidi bağlandı - Güclü yağışa görə (VİDEO)
-
“Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin prioritet istiqamətlərindəndir“ - Əhməd İsmayılov
-
Prezident Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik etdi - MƏTN
-
Yağışlı hava ilə bağlı polis zəruri təhlükəsizlik tədbirlərini davam etdirir - VİDEO
-
“Rusiya-Avropa münasibətlərində böhran hökm sürür“ - Vladimir Putin
-
Avropadakı miqrantların çətin günləri başlayır - Qanun qəbul edildi...
-
Sulutəpəni yağış suları basdı - Yollar keçilməz vəziyyətə düşdü + VİDEO
-
Ceyhun Bayramov Mirzoyanla danışdı - Nəyi müzakirə ediblər?
-
Azərbaycanda dələduzluq epidemiyası - bir gündə 6 dələduz tutulub
-
Medvedyevin olduğu ərazi pua ilə vuruldu - Smolenskə hücum
-
İnsanlarda quş qripinin bu növünə yoluxma oldu - İlk İtaliyada
-
Arıçılıq üçün təhlükə: Tropilaelaps gənəsi ölkəyə necə daxil olun?
-
Bu ərazilərdə mənzillərin qiyməti 25 faizədək bahalaşa bilər - VİDEO
-
Fitso vətənə xəyanətdə ittiham olunur - İstintaq başlayıb
-
Sabunçuda 6300 dollarlıq oğurluq - Saxlanılan var
-
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - Faktiki hava
-
“Azərbaycandan tranzit yeni imkanlar açır” - Paşinyanın müavini
-
“İranda 600-dən çox məktəb dağılıb və maddi ziyana məruz qalıb“ - İran XİN rəhbəri
-
Son zamanlar məhşurlaşan sublimasiya olunmuş məhsulları təhlükəlidir? - VİDEO
-
Güclü yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Husilərdən Səudiyyə Ərəbistanına xəbərdarlıq: “Müharibəyə qoşula bilərik“
-
Azkvadratlı mənzillərə tələbat artıb - Səbəb nədir? (VİDEO)
-
Göyərti bazarında gizli manipulyasiya iddiası - VİDEO
-
Prezident Gürcüstan səfirliyinə gedib başsağlığı verdi - Fotolar
-
Buzovnada restorandakı qanlı davanın detalları açıqlandı - Cinayət işi açıldı
-
“NATO Azərbaycanla dialoqu və əməkdaşlığı dərinləşdirməyə hazırdır“ - Mark Rütte
-
Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşüb - Türk dünyasının birliyi müzakirə olunub
-
Toy bazarında durğunluq - Qiymətlər isə dəyişməyib (VİDEO)
-
Elektromobillərin batareyaları ilə bağlı daha bir xəbərdarlıq - VİDEO
-
Niyə evlənənlər azalıb? - “Gənc qızlar evi olmayan oğlanlara şans vermirlər“
-
“Yaxın Şərqdə döyüş əməliyyatlarına qoşulmağa hazırıq“ - Husilərin lideri
-
Əksər yerlərdə yağıntılı hava müşahidə edilir - FAKTİKİ HAVA
-
Azərbaycan nefti daha 7.5 dollar qalxdı - Qara qızıl 121 dollara satılır
-
“Biz İrana müəyyən növ hərbi təyinatlı məhsullar tədarük etmişik“ - Lavrov
-
Əvvəl yüngül keçən qrip viruslarını indi niyə daha ağır keçirdirik? - VİDEO
-
Tramp hücumu daha 10 gün müddətinə təxirə salıb - “Danışıqlar çox yaxşı gedir“
-
Regionlarda evlərə çıxarış verilməsi niyə müşkülə çevrilib? - VİDEO
-
“Müharibə mayın 14-dək bitməlidir...“ - “Çin lideri Trampı qalib kimi qarşılamaq istəmir“
-
Ov silahı ilə atəş açdı, oğul yox, atası öldü -Şübhəlini polis saxladı
-
Atəşkəs bitdi, müharibə yenidən başladı: Pakistan Əfqanıstanda əməliyyata start verdi
-
Hörmüz boğazından keçid ödənişli olacaq? - İran parlamentindən qərar
-
Minaya düşən Ceyhun Abbasovun hadisədən sonrakı fotosu yayılıb - FOTO
-
Azərbaycan çempionatında hakimi təhqir edən futbolçu cəzalandırıldı - 4 oyunluq
-
“Yaxın Şərqdəki münaqişənin nəticələri koronavirus pandemiyası ilə müqayisə oluna bilər“ - Putin
-
Bakının cəsarəti, İrəvanın xəlvətə çəkilməsi - Hərbi böhran İranı qonşularla da sınadı
-
Niyə təyyarələr Tibet üzərindən uçmur? - Pilotların sərnişinlərə demədiyi səbəblər
-
Yaponiya məktəblərində kütləvi zəhərlənmə: Yüzlərlə uşaq və müəllim zərər çəkib
-
Paytaxtda polis əməliyyatı:İki minə yaxın narkotik tərkibli həb aşkarlandı
-
“ABŞ və İran Pakistan vasitəsilə dolayı yolla danışıqlar aparır“ - İshaq Dar
-
Bakının ən rahat iş tapılan rayonları - SİYAHI
-
“Mayda son illər əldə edilən hərbi texnikalar nümayiş olunacaq“ - Paşinyan
-
“İranlılar bizimlə razılıq əldə etmək üçün yalvarır“ - TRAMP
-
Bakıda və bəzi bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
-
“NATO-nun İranla müharibədə bizə kömək etməməsini heç vaxt unutmayacağıq“ - Tramp
-
Fransa millisinin sabiq üzvü “Qarabağ“ın yolunda: Keçid an məsələsidir
-
“Bildirərik ki, pilləkəndən yıxılıb ölüb…” - 6 yaşlı uşağa işgəncə verən ögey ata məhkəmədə
-
“Xarq adası amerikalılar üçün qəbristanlıq olacaq” - İrandan hədələr
-
Ağdam rayonunda mina partladı: Kənd sakini xəsarət aldı
-
Gürcüstan 41 miqrantı deportasiya edir: aralarnda azərbaycanlılar da var
-
Sabahdan havanın temperaturu 5 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
“İran münaqişəyə öz şərtləri ilə son qoyacaq“ - Abbas Əraqçi
-
“Ermənistan 2016-cı ilə qədər bütün resurslarını müharibəni təxirə salmağa sərf etmişdi“ - Paşinyan
-
Avropada ən populyar avtomobillər bunlardır - SİYAHI
-
İran 5 ölkəyə Hörmüzdən keçməyə icazə verdi - “Dost ölkələr” hansılardır?
-
“Qarabağ”ın penaltisi niyə verilmədi? - Çempionluq yarışına ləkə salınır
-
Azərbaycanda hərbi toplanış elan olundu - SƏBƏB
-
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər - Birtərəfli qaydada
-
Bu universitetin məzunları əsasən marketlərdə işləyirlər - Rəsmi
-
Moped idarə edənlərin diqqətinə: Yeni qaydalar qüvvəyə mindi
-
Şərur icra hakimiyyətində xonça qalmaqalı - “Əsgərə pay” bayram sovqatları mənimsənilib
-
Gündə 8 saat yatmaq həqiqətən vacibdirmi? - Alimlər cavab verdi
-
“Rusiya İrana PUA ötürür” - Xəzərdə vurulan hədəflərə aydınlıq gəlir
-
Azərbaycan neftinin qiyməti aşağı düşüb - 114 dollara
-
Siqaret qaçaqmalçılığı cinayəti - Kapitan həbsdə qaldı
-
Tikinti şirkəti vətəndaşın evini təhvil vermir?-VİDEO
-
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
-
“Azəraqrar”-da “ezamiyyə” Həsən kimdir? - Direktoru o idarə edir?
-
Bakıda kirayə qiymətləri son bir ildə niyə çox artıb? - VİDEO
-
“İranın rəqibləri adalarımızdan birini işğal etməyə hazırlaşır“ - Qalibaf
-
Nizami rayonunda binanın 1 mərtəbəsi hansı şərtlərlə obyektə çevrilir? - VİDEO
-
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
-
“Neftçi”nin baş məşqçisi futbolçulara xəbərdarlıq etdi: “Yayda başqalarını gətirəcəm”
-
Bakıda 9-cu sinif şagirdi əxlaqsız hərəkətlərə məruz qalıb - Dayısı tərəfindən
-
AQC sədri Belarusda - CED rəhbəri Svetlana Petrovna ilə görüşüb
-
ABŞ “Buşehr” AES-lə bağlı heç bir zəmanət vermir - Dmitri Peskov
-
Küçəni zəbt edən nömrəsiz maşınların sahibləri cərimələndilər - VİDEO
TOP 10
ARXİV






