| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
“Vüqar Səfərli, sən kimsən ki, Prezidentin xidmətlərini öz adına çıxırsan?!“ - Fəzail Ağamalı
Tarix 31.10.19, 13:31 |
|
Bir müddət öncə Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlər birmənalı qarşılanmadı. Bir neçə şəxs, o cümlədən KİVDF sədri Vüqar Səfərli deputatın dediklərini “Fonda qarşı qərəzli yanaşma”, o cümlədən “dövlətin media siyasətinin mahiyyətini gözdən salmağa xidmət edən məkrli kampaniya” adlandırdı.
Millət vəkili F.Ağamalı AYNA-ya müsahibəsində V.Səfərlinin, eləcə də digər şəxslərin onun haqqında səsləndirdiyi ittihamlara cavab verib.
- Fəzail bəy, KİVDF sədrinin barənizdə dediklərindən, yəqin ki, xəbərdarsınız. Necə qarşıladınız bu iddiaları?
- Əvvəla onu deyim ki, Vüqar Səfərlinin barəmdə dediklərindən xeyli təəccübləndim. Çünki Vüqar Səfərli mübtədanı, xəbəri, eləcə də digər cümlə üzvlərini yerində düzgün yaza biləcək bir insan deyil. Onun buna gücü çatmaz, yəqin ki, o deyib, kimlərsə də onun fikirlərini yazı formasına salıb.
- Konkret olaraq sizə qarşı səsləndirilən ittihamlar barədə nə deyirsiniz?
- Əvvəla onu deyim ki, yazının başlığına çıxarılan fikir çox yanlışdır. Böyük qərəzdən, hikkədən əmələ gəlmiş düşüncənin məhsuludur. Mən dövlətin media siyasətini müdafiə edəndə Vüqar Səfərli qəzet, jurnal çeşidləyirdi və satışı ilə məşğul olurdu. Onun tərcümeyi-halında bütün bunlar var. Əgər o, mənim tərcümeyi-halıma bu qədər böhtan atırsa, onun vicdan problemi də var. Mən müsahibəmdə Vüqar Səfərlinin adını çəkməmişəm. KİVDF-nin islahatlara ehtiyacı olduğunu dilə gətirmişəm və bu gün də o fikirdəyəm. KİVDF bütövlükdə media siyasəti deyil, media siyasətinin bir elementidir. Bunu isə bilmək o qədər də çətin deyil. Mən ölkə Prezidentinin media siyasətinin üzərində deyil, bu media siyasətində problem yaradan KİVDF-nin çatışmazlıqları üzərində dayanmışam.
- Vüqar Səfərli deyir ki, sizin irəli sürdüyünüz qərəzli iddialar dövlətimizin media siyasətini gözdən salmaq məqsədi daşıyır...
- Burada çox böyük yanlışlıqlar var. Mən 19 yaşından Azərbaycanın azadlığı uğrunda mübarizə aparan insanam. Ulu öndərimizin hakimiyyətə gəlməsi uğrunda ümumxalq mübarizəsində yer alan adamam. 2003-cü ildə cənab Prezidentimizin namizədliyini irəli sürən partiyanın sədriyəm. Səfərli istənilən mövzu ilə bağlı araşdırma aparsın, görsün, Fəzail Ağamalı dövlətimizin yanında olubmu və ya onun hər hansı bir fərdinə qarşı, eyni zamanda media siyasətini gözdən salmaq siyasəti güdübmü. Mən media siyasətini gözdən salanlara qarşı mübarizənin içindəyəm. Bununla da mütləq əksəriyyət təşkil edən jurnalistlərlə bərabərəm. Ona görə də burada hər hansı qərəzdən söhbət gedə bilməz.
Əgər doğrudan da, fikirlərimin əsası yox idisə, 5 gün bundan qabaq verdiyim müsahibəyə görə 5-6 ciddi adamların yazısı çıxmazdı. Niyə narahatsan, Vüqar Səfərli, nədən narahatsan? Əgər hər şey qaydasındadırsa, bu qədər narahatçılığa nə ehtiyac var? Özünə haqq qazandırmaq üçün ən müxtəlif variantlardan istifadə edirsən, ondan-bundan xahiş edib mənim əleyhimə yazı yazdırırsan, münasibətim olduğu çox hörmətli insanları məcbur edirsən ki, mənə qarşı çıxsınlar. Bu kampaniyaya nə ehtiyac var? Mən deyirəm ki, rəhbərlik etdiyin Fondun islahatlara ehtiyacı var, sən də sübut et ki, ehtiyacı yoxdur.
- Sizə qarşı, dediyiniz kimi, kampaniya başladılması nəylə bağlıydı? Dediyiniz fikirlər hansı səbəbdən bu qədər ciddi reaksiya doğurdu?
- Kampaniya aparılması onunla bağlıdır ki, bu adamın mətbuatın qarşısında duran vəzifələrdən, həmçinin demokratiya anlayışından xəbəri yoxdur. Tənqidi fikrə qarşı dözümsüzlüyü var, bir sözlə, o, ciddi problemlərin içərisindədir. Görün nə yazır, “bu, dövlətimizin media siyasətinin mahiyyətini gözdən salmağa xidmət edən məkirli kampaniyadır”. Mən hansısa kampaniyanın yox, ölkə Prezidentinin hər zaman olduğu kimi bu gün də çox böyük uğurla həyata keçirdiyi dövlətçilik siyasəti uğrunda mübarizənin içərisindəyəm. Məqsədim dövlətçiliyimizin güclənməsidir. Ancaq mübarizəmin içində bundan sonra Vüqar Səfərli də var, görüm, o, mənim hücumlarıma necə dözəcək. Dözə bilirsə, gəlsin, mətbuat konfransı keçirək, görək ard-arda 5 kəlmə deyə biləcəkmi mənim qabağımda.
- Vüqar Səfərli sizin fikirlərinizi, həmçinin “məsuliyyətsiz açıqlama” adlandırıb...
- Məsuliyyətsiz onun özüdür ki, layiq olduğu vəzifədə oturmur, mənim nə məsuliyyətsizliyim var?! Mən uzun illərdən bəri Azərbaycan mediasının qazandığı uğurlara sevinən insanam, çünki bizim mediamız çox çətin yollardan keçərək ciddi uğurlara imza atıb. Azərbaycan ictimai rəyinin formalaşmasında mühüm rol oynayıb. Ancaq Azərbaycan mediası bütövlükdə Vüqar Səfərli və onun rəhbərlik etdiyi Fonddan ibarət deyil.
- KİVDF sədri sizdən faktlarla danışmağı istəyir. Əlinizdə Fondun fəaliyyəti ilə bağlı tutarlı sübutlar varmı?
- Vüqar Səfərli deyir ki, “mənə elə bir qəzet göstərin ki, bu yardımdan kənarda qalıb”. Fakt: “Ayna” və “Zerkalo” qəzetləri! Azərbaycanda birinci beşlikdə duran qəzetlər idi və ictimai rəyin formalaşmasında çox önəmli rol oynayırdı. Nəyə görə o qəzetlərin fəaliyyəti üçün lazımi dəstək göstərilmədi? Digər fakt: qəzetləri kateqoriyalara ayırdılar. Hansı ki, bu, ən böyük səhv idi. Kateqoriyalara bölməklə ayrı-seçkilik saldılar. Azərbaycanın ictimai-siyasi həyatında heç bir rolu olmayan, ictimai rəyin formalaşmasında zərrə qədər xidmət göstəməyən, Vüqar Səfərlinin özünün “Mövqe” qəzeti hansı xidmətlərinə görə birinci kateqoriyaya salınıb və ayda 20 min manat yardım alır? Bu sualıma cavab versin. Hansı ki, “Şərq”, “525-ci qəzet”, “Həftə içi”, “Novoye Vremya”, “Olaylar”, “Palitra”, “Ədalət”, “Üç nöqtə” kimi uzun illərdir xidmətləri olmuş qəzetlər ikinci kateqoriyaya salınır. Burada ədalət, obyektivlik, doğru yanaşma haradadır? Faktlar istəyir, bu da faktlar, ehtiyac olsa, digər faktları da önə çəkəcəyəm. Bütün bunlara görə deyirəm ki, bəli, bu gün islahatlara ehtiyac var. Vüqar Səfərli bacarırsa, işləsin, bacarmırsa, ərizəsini yazsın və gedib yenə də qəzet satmaqla məşğul olsun.
- Qalmaqala səbəb olan müsahibənizdə jurnalistlərə verilən evlərlə bağlı da müəyyən fikirlər səsləndirmişdiniz...
- Bəli, evlərlə bağlı da demişəm. İndi məcburam ki, millət vəkili olaraq müvafiq qurumlara müraciət edim, orada ev alanları araşdırsanlar, görsünlər ki, orada ev alanlar nə dərəcədə jurnalistika ilə bağlıdırlar, o evlərə ehtiyacları var, yoxsa yoxdur. Ancaq bunu etmirəm, çünki həmin insanları zərbə altında qoymaq istəmirəm. Allah sağlıqlarına qismət eləsin, qoy yaşasınlar. Amma heç olmazsa, bundan sonra belə etməsinlər, illərdir jurnalistikada xidmətləri olan, əziyyət çəkən və həqiqətən də evə ehtiyacı olanlar barədə Prezident Administrasiyasına doğru təqdimat yazılsın. Çünki Prezident Administrasiyada həmin təqdimata inanırlar, əlavə araşdırma aparmırlar, həmin təqdimat əsasında razılıq verilir. Bütün məsuliyyət Prezident Administrasiyasının üzərinə atılır, halbuki məsuliyyət KİVDF-dədir. Öz məsuliyyətsizliklərini Prezident Administrasiyasının üzərinə qoymasınlar. Yenə də təkrar edirəm, bu sahədə ciddi islahatlar aparılmalıdır.
- Bəs hansı formada islahatlar təklif edirsiniz?
- Şəffaflıq, hesabatlılıq və atılan addımların hər birinin ictimailəşdirilməsi, cəmiyyətə təqdim olunması. Evlərin verilməsində də şəffaflıq olsun, mənzillərin kimə veriləcəyi araşdırılsın və siyahılar tərtib edilib dərc olunsun.
- Sizcə, ümumiyyətlə, KİVDF modeli dəyişdirilməlidirmi? Hər hansı bir qurum formasında yenidən yaradılması və ya Mətbuat Şurasına birləşdirilməsi məqsədəuyğun olarmı?
- KİVDF-nin yaradılması ölkə Prezidenti tərəfindən atılan çox unikal addım idi. Və təbii ki, KİVDF-nin fəaliyyəti kütləvi informasiya vasitələrinə dəstək, kömək etmək, fəaliyyətlərinin davamlı olmasını həyata keçirməkdən ibarət idi. Eyni zamanda Prezidentin daha bir unikal addımı ehtiyacı olan jurnalistlərin ödənişsiz mənzillə təmin olunması idi, hansı ki, bu, dünyanın heç bir yerində yoxdur. Vüqar Səfərli, bunları öz adına çıxma, bu, Prezidentin xidmətləridir. Yeri düşdü-düşmədi, “biz bu mənzili verdik, onu verdik, bunu verdik”, - demə. Sən kimsən ki, dövlət başçısının xidmətlərini öz adına çıxırsan?!
- Prezident son müşavirəsində səsləndirdi ki, bəzi məmurlar mediadan şantaj aləti kimi istifadə edirlər. Sizcə, Prezident kimləri nəzərdə tuturdu?
- Elə budur nümunə. Bir söz demişəm, məni müxtəlif yollarla şantaj edirlər. Onu-bunu öyrədib üzərimə böhtanlar atırlar. Qaldırdığım məsələ bir tərəfdə qalıb, şəxsiyyətimi ortalığa qoyublar, deputatlığımı müzakirə edirlər. Sosial şəbəkələrdə onun öyrətməsi ilə ayrı-ayrı adamlar mənim ünvanıma təhqiramiz fikirlər söyləyirlər. Ayıb deyilmi? Belə yanaşma olmaz.
- Sosial mediada müxtəlif adlar səsləndirildi ki, ölkə başçısı həmin şəxsləri nəzərdə tuturdu. Sizcə, hansı ehtimal ağlabatan idi?
- Onların konkret kimlər olması barədə dəqiq məlumatım yoxdur. Ancaq deyə bilərəm ki, hər bir məmur öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir, biri digərinə qarşı şər-böhtan, hücum kampaniyası aparmamalıdır, “qara PR” aparmaq uğrunda növbəyə dayanmamalıdır. Bir açıqlama vermişəm, günlərdir gündəmdən düşmür, səbəbi də bunlardır. Halbuki bir dəfə konkret cavab verə bilərdilər. Özü durub arxada, mətbuatı üzərimə göndərir. Bu, necə yanaşmadır, hansı dəyərlərə söykənən münasibətdir?
- Necə düşünürsünüz, Prezidentin başlatdığı kadr islahatları media sahəsində də davam etməlidirmi?
- Bütün bunlar cənab Prezidentin səlahiyyəti daxilindədir və düşünürəm ki, bütün situasiya Prezidentin diqqətindədir və o, ehtiyac görərsə, təbii ki, bu sahədə də dəyişikliklərin aparılması üçün iradəsini ortaya qoyacaq.
- Sizin məlum müsahibənizə ilk reaksiya verən, səhv etmirəmsə, Aydın Quliyev oldu...
- Çox təəssüf edirəm. Azərbaycan mətbuatında kifayət qədər dəsti-xətti, nüfuzu olan Aydın Quliyevin belə bir yazısına çox təəssüf etdim. Ondan bunu gözləmirdim, çünki onu istedadlı jurnalist kimi tanımışam və hörmət bəsləmişəm. Aydın Quliyev bunu etməməliydi, niyə etdiyini isə bilmirəm. Mənim adımı müxtəlif şəkillərdə hallandırdı, halbuki, bu, ona yaraşmazdı. Aydın Quliyev mənim haqqımda araşdırma aparırsa, aparsın, nə tapacaq barəmdə, ictimai-siyasi fəaliyyətim şəffafdır, hər kəsin gözü qarşısındadır və görmək üçün mətbuatı izləmək kifayətdir. Təəssüf edirəm ki, mən həm bu iqtidara düşmən kəsilənlər, həm də bu iqtidara, guya xidmət edənlər tərəfindən “qılınclanıram”. Bu, çox ağrıdıcıdır.
- Sizə qarşı aparılan bu kampaniyaya özünüz nə ad verirsiniz?
- Bu, dözümsüzlükdür, özündən razılıqdır, müştəbehlikdir, zəkanın aşağı olmasıdır. Zəkalı adam heç zaman belə addım atmaz. Hər birimizə qarşı tənqidlər olur, mən özüm nə qədər tənqid olunmuşam, amma tənqidə görə heç kimin üzərinə getməmişəm, əksinə, nəticə çıxarmışam. Hətta təhqirlər olub, ancaq məhkəməyə müraciət etməmişəm, vicdanlarının və Allahın ümidinə buraxmışam. Hər şeyin doğru və düzgün cavabını zaman verir, indi də zaman sübut edəcək ki, mən nə qədər haqlıyam, o nə qədər haqlıdır.
Xəbərin oxunma sayı : 685
Müsahibə
Xəbərlər
-
Moskva və Vaşinqton xəttində gizli diplomatiya: Putin və Tramp telefonla nələri danışıb?
-
Suraxanıda narkotik əməliyyatı keçirilib - VİDEO
-
Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı
-
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
-
Xəstəlik səbəbilə pul alanların DİQQƏTİNƏ - Bu qədər məbləğ çıxılacaq
-
SOCAR-ın satın aldığı bank niyə yığıncaq keçirə bilmir? - Yenə təxirə salındı
-
Avtobuslar “Avtovağzal”dan Bakı-Sumqayıt yoluna daha tez çıxacaqlar – Video
-
Nazirlik bu şəxslərin hesabına pul köçürdü - Məbləğ və say açıqlandı
-
Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq - Sabahın havası
-
Vəzir Həsənovun idarəsində yoxlama - Cəzalandırılanlar var
-
Prezident İlham Əliyev qəbullar keçirdi - FOTOLAR
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - Video
-
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
-
Prezident Tacikistan Baş nazirini qəbul etdi - FOTOLAR
-
Neft ixracı üçün əlimizdə boğazlardan kənar marşrutlar da var – Aramco rəhbəri
-
Bakıda qadın dişini çəkdirdiyinə görə vəfat edib? - VİDEO
-
“Azərpoçt“dan çıxdı, ASCO-da yeni vəzifəyə təyin olundu
-
Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib?
-
Beyləqanda əmək yarmarkası keçirildi - FOTOLAR
-
Azərbaycan nefti daha 4.5 dollar bahalaşdı - Qara qızılın son qiyməti
-
Trampın qadağasına hakim “yox” dedi - Ağ Evə qayıdırlar
-
Bayramov Nyu-Yordka Mirzoyanla görüşdü: Nələr müzakirə edildi? (FOTO)
-
Vətəndaşın əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - VİDEO
-
Binəqədidə bağçanın bağlanması valideynləri narahat edib - VİDEO
-
Zəngin resurslar iqtisadi gücə çevrilir
-
İqtisadiyyat üçün əlavə dəyər amili
-
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
-
“BI Group“ tikinti şirkəti işçilərin maaşlarını ödəmir - VİDEO
-
Ərdoğanla Paşinyan Nyu-Yorkda görüşdü - FOTO
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
-
Mənzil bazarında yeni mənzərə - ipoteka ilə bağlı açıqlama
-
Rubio Lavrovla görüşdü - Nəyi müzakirə etdilər?
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Su filtrləri biznesi necə 26 min manatlıq borca çevrildi? - Məhkəmə işi
-
“Putin Trampla yeni görüşə hazırdır” - Dmitri Peskov
-
Binəqədidə “Şəhərsalma və Memarlıq İli” - Damlar da tikintiyə qoşulub! - VİDEO
-
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir - QƏRAR
-
Qeyri-neft sektorunun inkişafı: strateji prioritetlər, nəticələr və hədəflər
-
Plastik cərrah kimi fəaliyyətinə məhdudiyyət qoyuldu - İnarə İsmayılovanın
-
Bu idarə AZCON-un idarəetməsinə verildi - FƏRMAN
-
Artıq müstəqilliyimizə qarşı tələbkarıq, Rusiya bunu nəzərə almalıdır - Araik Arutyunyan
-
Həcc ziyarətinə sənəd qəbulu sabah başlayır - Qiymət artımı ola bilər
-
DGK nazirə məxsus olduğu bildirilən şirkətdən baytarlıq avadanlığı alır - 119 minlik
-
ADU-da prorektor vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
-
Təbii sərvətlərin səmərəli istifadəsi yeni sənaye imkanları yaradır
-
Əfv edilənlər kimlərdir? - 5-i xarici ölkə vətəndaşıdır
-
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərdi - Fotolar
-
Anar Bayramov TƏBİB-də iki xanıma vəzifə verdi - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
-
Şirkətlərinin 13 milyondan çox borcu olan iş adamının Azərbaycandan çıxışına QADAĞA
-
“AzerGold“un Müşahidə Şurasının tərkibi yeniləndi - SƏRƏNCAM
-
Bakıda Təbriz küçəsi yenidən qurulur - 23 milyon manat xərclənəcək
-
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
-
Sumqayıtda kişi qayınatasının çəliyi ilə arvadını döydü - TƏFƏRRÜAT
-
Tramp 64 illik protokol qaydasını pozacaq - Si Cinpinə görə
-
Bakı Şəhər İcra Hakimiyyəti 7 şirkətlə 140 milyon manatlıq müqavilə imzaladı - Siyahı
-
Maaşlar artdıqca qiymətlər də bahalaşır - Gələcəkdə vətəndaşları nə gözləyir?
-
“Neftçi“ İK bəyanat yaydı: “Komandanın ləğvi ilə bağlı qərar qəbul edilməyib“
-
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
-
40 ilin həkimini işdən çıxarmışdı: Vəzifəsindən azad edildi - VİDEO
-
Masazırda ağır qəza: Ölü və yaralılar var - FOTOLAR
-
Hansı ölkədə insanlar nə qədər kitab oxuyurlar? – 102 ölkənin siyahısı
-
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlama
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşıb - FOTO
-
Məmməd Musayevə qarşı cinayət işi açılıb - TƏFƏRRÜAT
-
Prezident əfv Sərəncamı imzaladı - SİYAHI
-
Naxçıvanda tanınmış atlet həbs edildi - Dələduzluq ittihamı
-
İlham Əliyev Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi - FOTOLAR
-
Deputatın baha dərman satan şirkəti cəzalandırıldı - Dövlət Agentliyindən “Azəri Med“lə bağlı sərt qərar
-
Azərbaycan dövlət borcu üçün nə qədər faiz ödəyir? - Ölkələrin siyahısı
-
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
-
“Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyirəm” - Paşinyan
-
Prezident daha bir 3 illik dövlət proqramını təsdiqlədi:nələr olacaq?
-
Milli Məclisin pensiya yaşını çoxdan aşan deputatları: onlar kimlərdir?
-
Binəqədidə sakinləri evlərindən didərgin salan hadisə - VİDEO
-
Evdə hazırladıqlarını bazarda satanlar cərimələnəcək? - Açıqlama
-
Miqren riskini artıran səbəb üzə çıxdı - Qadınlarda 3 dəfə çoxdur
-
Tramp və Zelenski arasında görüş: Putinlə bağlı mühüm açıqlama
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - VİDEO
-
Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi - Kimlər gedə biləcək?
-
Prezident Qərb Sənaye Parkının yaradılmasının məqsədini açıqladı - VİDEO
-
Qızılı girov qoyub kredit götürmək üçün - Bankların ŞƏRTLƏRİ
-
Azərbaycanda tıxaclara görə iş saatları azaldılır? - Deputatdan açıqlama
-
Tramp istəyinə çatdı - Qrenlandiya ilə bağlı saziş imzalandı
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir və həyətə çıxmağa icazə vermir? - VİDEO
-
AQTA-nın yeni qaydası: “Əhalinin çörəyini kəsməkdir”
-
Maştağadakı psixiatriya xəstəxanası bağlanır? - İDDİA
-
Prezident azad edilmiş ərazilərdə yataqların işə salınması barədə danışdı - VİDEO
-
“Tramp Pezeşkianla görüşməyə hazırdır” - Marko Rubio
-
Abşeron təhsilində rüşvəti görmür, kollektor üstündə daxmanı görür...
-
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - Rəsmi
-
Vətən müharibəsi iştirakçısı 1 illik cəza aldı - Qaxda köşk qalmaqalı
-
ABŞ təzyiqi azaltsa, İran Hörmüz boğazını açmağa hazırdır - “Reuters“
-
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
-
100-dən çox ölkənin xüsusi xidmət rəhbərləri burada - Bakı dünyanı bir araya topladı
-
“Tsxinvalidə keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımırıq” – Rəsmi Bakı
-
“Birliyin Gücü - 2026” hərbi təliminin açılışı oldu - VİDEO/FOTO
-
İsfəndiyar Axundov və oğlu kredit borcunu gecikdirib - Məhkəmə qərarı
-
“Panda Baby” müştəriləri aldadır - Ucuz qiymət qoyub, baha hesablayır
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı - Siyahı
-
Sosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezidentdən xəbərdarlıq: “Əməl etməyənlər cəzalandırılacaq”
-
Şəmkirdə 13 il əvvəl törədilən cinayətin üstü açıldı: Nə baş verib?
-
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı (FOTO)
-
“Xocəsən“ və “Avtovağzal“ metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq - Sabahdan
-
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
-
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq” - Prezident
-
Satıcı aldatdı, telefon bloklandı... - “Mobifon” MMC-dən daha bir ŞİKAYƏT
-
Ehtiram Quliyev “Turan Tovuz“dan gedir? - Özündən açıqlama
-
“Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır“ - Prezident
-
“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi - Kosmetoloq qanunsuz işləyib
-
Polis çətin relyef şəraitində narkotik əməliyyatı keçirdi - VİDEO
-
Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir - İlham Əliyev
-
Angela Merkel qayıdır? - “Körpülər qurmalıyıq“...
TOP 10
ARXİV






