Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Sığorta haqqı almağın şərtləri nələrdir? – Nazir Sahil Babayev açıqladı

Tarix 13.11.19, 18:54

Font ölçüsü : - / +
bitmap-img6


“Vətəndaş işsizlikdən sığorta haqqı almaq üçün öz ərizəsi əsasında işdən çıxmamalıdır. Vətəndaş istəyindən və iradəsindən kənar işsiz qalmalıdır. Bu sığortanın ümumi prinsipidir. Vətəndaş əgər ixtisara düşürək və digər şərtlərlə işdən azad olunursa, o, müvafiq məşğulluq orqanında qeydiyyata durmaqla işsizlikdən sığorta haqqı ala bilər”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Nazir bildirib ki, işsiz qalan şəxsə 6 aylıq işsizlikdən sığorta haqqı təyin olunur: “Bu rəqəm 3 ay da artırıla bilər. Sığorta ödənişinin orta məbləği 300 manatın üzərindədir. Əsas problem ondan ibarətdir ki, bir çox hallarda işdən çıxan şəxs öz ərizəsi ilə işdən ayrılır, yaxud işsiz statusu almaq üçün məşğulluq mərkəzlərində qeydiyyata düşmür. Bu gün məşğulluq mərkəzlərində cəmi 201 min insan qeydiyyata durub ki, bunun da yalnız 70 mini işsiz şəxs statusundadır. Yerdə qalanı isə iş axtaran şəxs statusundadır”.

S.Babayev qeyd edib ki, işsizlikdən sığorta ilə bağlı dəyişiklikləri növbəti illərdə parlamentə təqdim edəcəyik.  /Report




Xəbərin oxunma sayı : 286




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap