| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
“Oliqarxiya asanlıqla getməyəcək…” – “Azərbaycanda yeni mərhələ başlayıb”
Tarix 18.11.19, 15:29 |
|
“İslahatların tərəfdarları, imitasiya edənlər və islahatlara açıq-gizli formada qarşı çıxanlar varâ€
“AzPolitika.info†Baş Nazirin sabiq müavini, Milli Məclisin deputatı Əli Məsimli ilə kadr islahatları, monopoliya, islahatlara mane olan qüvvələr mövzusunda söhbətləşib.
Müsahibəni təqdim edirik:
- Əli bəy, son aylarda ölkədə baş verənləri çox vaxt “yeni mərhələnin başlanğıcı†kimi qiymətləndirirlər. Bu qiymətləndirmə ilə razısınızmı?
– Bəli, Azərbaycan öz inkişafının yeni mərhələsinə daxil olub. Baş verənləri müxtəlif cür adlandırmaq olar. Mənə görə, bunu şərti olaraq “postneft mərhələsi†adlandırmaq lazımdır. Bu da o anlamı verir ki, artıq neft amilinə əsaslanan iqtisadi modeldən insan amilinə əsaslanan innovasiyalı inkişaf modelinə keçid başlanır. Keçid isə hər şeydən öncə ciddi islahatları tələb edir. Prezidentin çıxışında da xüsusi olaraq vurğulanır ki, islahatların alternativi yoxdur. İslahatlar deyəndə ilk növbədə yeniləşmədən söhbət gedir. Müxtəlif istiqamətlərdə yeniləşmə ola bilər, amma çoxcəhətli yeniləşməni həyata keçirmək üçün ilk olaraq təfəkkür və düşüncə tərzində yeniləşmə olmalıdır. Yaşadığımız dövrün proseslərinə baxışda yeniləşmə olmalıdır. Bunu da müxtəlif vasitələrlə həyata keçirmək olar. Birincisi, bu, sistemin yeniləşməsi istiqamətində atılan addımları da özündə ehtiva etməlidir. Prosesi sürətləndirmək üçün isə yeni təfəkkürə malik, müasir dövrdə gedən proseslərdən baş çıxaran, bu prosesləri analiz edib qərar qəbul etmə səviyyəsində təkliflər irəli sürə bilən insanların idarəetmə prosesində çəkisinin çox olması tələb edilir. Bu baxımdan indi həyata keçirilən islahatlar kadr dəyişikliyi ilə müşayiət olunur. Burada diskusiya xarakteri “kadr dəyişikliyi islahat deyil və ya islahatdır†mövzusu da müzakirə oluna bilər. Əgər kadr ölkədə gedən proseslərə müəyyən dərəcədə təsir göstərə biləcəksə, bu islahatdır. Fikrimcə, əgər yeni kadr təsir göstərə bilməyəcəksə və köhnə labirintin içərisində əvvəlki kimi fırlanmaqda davam edəcəksə, bu, təbii ki, islahat olmayacaq. Mən ad çəkmədən hesab edirəm ki, kadr dəyişiklikləri zamanı irəli çəkilən bir sıra insanlar var ki, onlar yeni təfəkkürə sahibdirlər, proseslərə baxışları əvvəlki kadrlarla müqayisədə fərqlidir. Gerçəkdən müasir dövrdə gedən proseslərin məntiqini tutub, o məcrada işlərin aparılmasına potensialı çatan insanlardır. Bu mənada, belə tipdə olan kadrların irəli çəkilməsini müsbət qiymətləndirirəm.
- Ramiz Mehdiyev, Hacıbala Abutalıbov, Əli Həsənov kimi yüksək çinli məmurların vəzifələrindən uzaqlaşdırılması həm də Azərbaycanın SSRİ-dən qalma idarəçilik təfəkküründən imtina etməsi kimi yozulur…
– Baltikyanı üç ölkəni çıxmaq şərti ilə, postsovet ölkələrinin çoxunda idarəetmə sistemində bir balaca dəyişilmiş sovet idarəetmə sisteminin elementləri özünü göstərir. Burada da qeyri-adi bir şey yoxdur. Çünki köhnə sistemdən yeni sistemə keçilən zaman onun bir sıra mənfi və müsbət cəhətlərinin daşınması obyektiv labudlükdür. Yəni məsələnin obyektiv tərəfi bundadır.
Digər tərəfdən isə, sovet sisteminə xas olan kadrlar daha çox proseslərin idarəolunmasında mütləq mərkəzləşdirilmiş modelə üstünlük verirlər. Hər şey mərkəzləşdirilmiş formada idarə edilir, hətta bölgü də elə mərkəzləşdirilmiş formada olur. Bu, müəyyən vaxt kəsiyində effektiv olsa da, bir müddətdən sonra faydalı iş əmsalı aşağı düşür. Effekt aşağı düşən zaman hər bir ölkənin analitikləri göstərir ki, proseslər institusional dalana dirənir və dalandan çıxmaqdan ötrü mütləq islahatlar lazımdır. İslahatları aparmaq üçün islahatlar proqramı, siyasi iradə, bu islahatları aparmağa qadir olan islahatçı kadrlar və maliyyə resursları lazımdır. Bu dörd komponentə baxanda görürük ki, bizdə 2025-ci ilə qədər və ondan sonrakı dövrü əhatə edən və proqram sayılacaq sənəd var. Bu sənədin pis və yaxşı olmasından asılı olmayaraq, onu proqram adlandırmaq olar. Azərbaycan Prezidentinin xüsusən son dövrlərdəki çıxışlarında hər şeyi öz adı ilə adlandırıb, açıq mətnlə korrupsiya, monopoliya haqqında danışması, habelə şəffaflığın artırılmasının zəruriliyi, gənc və müasir dövrə uyğun kadrların irəli çəkilməsi kimi məsələləri qeyd etməsi göstərir ki, siyasi iradə var. Kadr məsələsinə gəldikdə, bir müddətdən sonra aparılan kadr islahatlarının gözləntiləri nə dərəcədə doğrultduğu aydın olacaq. Amma indidən demək olar ki, önə çəkilən kadrların bir hissəsi həm Qərbdə yüksək səviyyəli təhsil aldıqları, həm də özünün intellektual keyfiyyətlərinə görə tapşırlan işləri yüksək səviyyədə yerinə yetirə bilərlər. Məsələyə bu prizmadan yanaşanda müasir çağırışlara cavab verən, təmiz, tapşırılan işləri keyfiyyətli şəkildə həyata keçirməyə qadir olan kadrların sayı artmalıdır ki, onlar aparıcı qüvvə olsun. Amma burada mütləq kadr məsələsində gənc, orta və yaşlı nəslin kombinasiyası alınmalıdır. Aparıcı qüvvə orta nəslin nümayəndələri olmalıdır, çünki onların azı 20 il təcrübəsi var, yaşlı nəslin kifayət qədər kreativlik qabiliyyəti olan hissəsi var ki, onlar ideya generatoru kimi çıxış edir və onların sanbalından istifadə oluna bilər. Gənclik isə təcrübəsiz olsa da, qafası aydındırsa, düşüncə tərzi sağlamdırsa, təmiz kadrdırsa, uzağı bir il ərzində ona tapşırılan sahəni öyrənəcək, ağırlığı üzərinə götürərək dövlət və cəmiyyət üçün müsbət işlər görə biləcək.
- İndi cəmiyyəti daha çox narahat edən məsələ monopoliya və oliqarxiyadır. Kadr islahatlarının davamı olaraq bu iki problem aradan qaldırıla bilərmi?
– Burada iki məqam var. Məsələn, Azərbaycanda oliqarxiya deyəndə hansı qüvvələrin nəzərdə tutulması, monopoliya deyəndə kimlərin bunun arxasında dayanması aydındır. Bunun da aradan qaldırılmasının bir yolu var. Oliqarxik və monopoliya daşıyıcıları və ya bunun arxasında duran qüvvələr görəvdən alınır. Bu istiqamətdə addımlar atılır. İkincisi, islahatları dərinləşdirmək yolu ilə elə vəziyyət yaranır ki, artıq oliqarxik münasibətlərə və monopoliyalara yer daralır. Beləliklə də oliqarxlar və monopolistlər öz-özünə ləğv edilir. Postsovet ölkələrində monopoliya və oliqarxiyanın asanlıqla aradan qalxacağı ehtimalı yoxdur, amma onların təsir dairəsinin daraldılması, proseslərə mənfi yüklü təsirlərinin qarşısının alınması üçün kifayət qədər imkanlar var. Bu proseslər gedir. Bir də mühitin sağlamlaşdırılması istiqamətində addımlar atılmalıdır. O mənada ki, kimsə öz vəzifəsindən sui-istifadə etmək istəyirsə, elə etmək lazımdır ki, bunu köhnə sistem çərçivəsində etdiyi miqyasda həyata keçirə bilməsin.
- Yəni demək istəyirsiniz ki, monopoliya və oliqarxiya hələ uzun müddət Azərbaycanın reallıqlarından biri olaraq qalmaqda davam edəcək?…
– Mən bu məsələyə münasibətdə nə optimist, nə də pessimistəm. Sovet məkanının təcrübəsindən çıxış edərək deyirəm ki, sovet sistemindən çıxan ölkələr demokratiya və bazar iqtisadiyyatına keçid yolunda müəyyən işlər görüb. Amma hələlik köhnənin dağıdılması və yeninin qurulmasını müqayisə edəndə, xüsusilə, sosial ədalət istiqamətində xeyli ədalətsizliklər var. Bu ədalətsizliyin çox hissəsi oliqarxiya, monopoliyadan və korrupsiya kimi neqativlərdən qaynaqlanır. Sadaladığım neqativlərin aradan qaldırılması istiqamətində ilk növbədə davamlı işlər görmək lazımdır. İkincisi, baxanda görürsən ki, postsovet ölkələrinin hamısında belə proseslər var. Ancaq bir var proseslərdə cəmiyyətin və idarəetmənin inkişafı o səvyyəyə çatıb ki, orada “tutulmayan oğru deyil†prinsipi işləyir. Hansısa prosesdə dövlət vəsaitindən sui-istifadə edib tutuldusa, mütləq istefa verməli və prosesdən kənarlaşmalıdır. Hətta ola bilsin ki, bu adam öz sahəsində bir nömrəli mütəxəssisdir. Amma faktlar açılan kimi kənarlaşdırılır. Bu “tutulmayan oğru deyil†prinsipindən doğur.
Bir də var ki, insanlar iri miqyasda korrupsiya, monopoliya ilə məşğuldur, hətta QHT-lər, media bu haqda danışır, lakin heç bir tədbir görülmür. Odur ki, məncə, indi müasir dövrün əsas tələblərindən biri də aşkarlığın artırılması, hesabatlılığın və şəffaflığın gücləndirilməsidir. Dövlət səviyyəsində götürdükdə, Hesablama Palatası xeyli dərəcədə işlər görür. QHT-lər və medianın bu məsələdə rolu həddən artıq böyükdür.
- Demək yeni mərhələ şəffaflıq və aşkarlıq prinsiplərini də özü ilə gətirəcək?…
– Biz indi o mərhələdə yaşayırıq və hamımız deyirik ki, islahatların alternativi yoxdur. Əgər biz iqtisadi artım templərini qaldırmaq, dövlət maliyyəsinin səmərəliliyini, əhalinin güzəranının yaxşılaşdırılmasını istəyiriksə, mütləq islahatları dərinləşdirmək, şəffaflığı və hesabatlılığın artırılması lazımdır. Başqa yol yoxdur.
- Əvvəl bəyan edirdiniz ki, Azərbaycanda islahatlara mane olan qüvvələr var. Sizcə, bu qüvvələr təmizlənib, yoxsa hələ də mövcuddur?
– Təkcə Azərbaycan deyil, bütövlükdə dünya təcrübəsindən çıxış edəndə görərik ki, islahatların tərəfdarları var, imitasiya edənlər var, açıq və ya gizli formada islahatlara qarşı çıxanlar var. Əslində burada qeyri-adi bir şey də yoxdur. Amma çalışmaq lazımdır ki, fikirdə, sözdə və işdə islahatların tərəfdarı olan insanların sayı çoxalsın. Əgər indi yuxarıdan islahatlara start verilibsə, əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində addımlar atmaqla, əslində əhalinin islahatlarda iştirakçılığını, islahat kursuna dəstəyini artırmaq olar. Əhalinin daha geniş təbəqələri bu islahatlara qoşulanda artıq açıq və gizli formada islahatlara mane olmaq istəyində olanlar, arzulasalar da, prosesə ciddi miqyasda xələl gətirə bilməzlər.
Xəbərin oxunma sayı : 1006
Müsahibə
Xəbərlər
-
Oğluna qız qaçıran anaya 10 il cəza kəsdilər - İki oğlu isə...
-
Kamran Əliyev argentinalı həmkarları ilə görüşdü - Fotolar
-
Novxanıdakı “milyonluq saray”ın sahibi həbsdə qaldı - Məhkəmə qərarı
-
Salahdan yeni rekord - Ən çox qol vuran oyunçu oldu
-
Bayram Səfərovun bacısı baş direktor vəzifəsindən çıxarıldı - Şöbə müdiri olacaq
-
“Aylıq xərclərimizin 53-55%-i ərzağa və dərmana gedir“ - İqtisadçıdan AÇIQLAMA
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Borcu olan sakinlər istiliksiz qalacaq - RƏSMİ
-
Tramp Rusiya və Çin liderləri ilə üçtərəfli görüş keçirəcək - İlk dəfə…
-
“Villa Badam“ın arxasında dayanan şirkət: Milyonluq vergi borcu üzə çıxdı (FOTO)
-
Qazaxıstanda rüşvət qalmaqalları - Tokayev vaxt qoydu
-
“Mercedes - Benz“ nədən İflas astanasındadır? - ŞOK RƏQƏMLƏR
-
Azərbaycanda bir nəfərin aylıq orta xərci açıqlandı - Pulun yarısı yeməyə gedir
-
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
-
Paşinyan Türkiyə ilə sərhədlərin açılacağı vaxtdan danışdı: “Son addıma yaxınıq”
-
Nabranda 100 milyonluq “Atlant” hərraca çıxarıla bilər - HÖKM OXUNACAQ
-
Bakı aeroportunda sursatla saxlanılan Samit Bəşirov kimdir? - FOTO
-
Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb - MƏHKƏMƏDƏ QALMAQAL
-
Mətin Eynullayev onunla bağlı əmr imzaladı - Tərlan Əliyev kimdir? - DOSYE
-
Rusiya NATO-dan nə istəyir? - Qafqaz da Moskvanın tələbləri arasındadır rusiya-nato-dan-ne-isteyir
-
Azərbaycan Lixtenşteynə belə qalib gəlib - VİDEO
-
Təhvil verdikləri pambığın ödənişini ala bilmirlər - VİDEO
-
Füzulidə qəza: 3 nəfər öldü, 4-ü xəsarət aldı (FOTO)
-
Saxta etiketlər, antisanitar şərait - Bakıdakı su sexində nələr aşkarlandı?
-
Ordubadda ağır qəza - Deputat xəsarət aldı, qazi öldü
-
Ev təsərrüfatlarının uçotu hansı qərarlarin qəbuluna kömək edəcək? - VİDEO
-
DOST Agentliyinin müdir müavini vəzifədən buna görə çıxarılıb - İşdə məhəbbət macərası
-
Tələbələrə 6 aylıq vaxt verildi - Bu halda ləğv ediləcək!
-
Azərbaycanda 100 məktəblə bağlı yeni qərar - Nələr nəzərdə tutulub?
-
Yeni Yasamalda narazılıq - Yaşıllıq və uşaq meydançasının yerində tikinti aparılır - VİDEO
-
Sabiq deputat işdən çıxarıldı - Milyonluq mülkləri ilə gündəm olmuşdu
-
“Azərbaycan tərəfi sözügedən sənədlərə qoşulmayıb” – Rəsmi Bakı
-
“Elə məsələlər var ki, açıqlaya bilmirəm” - Volodimir Zelenski
-
Təhsilə 5 milyard ayrılır: Hansı sahələrə yönəldiləcək?
-
Starlink-dən Ukraynaya yeni məhdudiyyət: İşğal olunmuş ərazilərdəki əməliyyatlar dayandı
-
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi: “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO
-
Bağça müəllimlərinin sertifikasiya imtahanları başlayır - Tarix açıqlandı
-
Etibar Pirverdiyevin milyonları: 17 illik “AZƏRENERJİ” dövrünün qaranlıq sirləri açılır!
-
Nazirin icraçı direktor təyin etdiyi Nigar Kərimova kimdir? - Dosye
-
Deputatın oğlunun şirkəti eyni mənzilə görə iki ayrı ödəniş tələb edir? - FOTO
-
Vaxtı keçmiş mal satan mağazalar cərimələnəcək - 6 min manat
-
Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı
-
Əhalinin nəzərinə: Bu şəxslərə pulsuz ərzaq veriləcək
-
“Britaniya-Azərbaycan münasibətləri daha da möhkəmlənib“ - Səfir
-
MİDA güzəştli mənzilləri satışa çıxarır - Qiymətlər açıqlandı
-
Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - VİDEO
-
“TikTok“da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var
-
Avropanın iştirakı olmadan Ukrayna ilə bağlı razılığa gəlmək mümkün deyil - Kuşner
-
Prezident Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - FOTOLAR
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
“Millimizin futbolçuları hazırda...“ - Ayxan Abbasovdan oyun öncəsi açıqlaması
-
Xırdalanda sakinlərin istirahət yerində obyekt tikilir? - VİDEO
-
Bakıda avtobuslar üçün yeni mübadilə mərkəzi tikilir - VİDEO
-
Zelenski Avropaya xəbərdarlıq etdi: Rusiya və ABŞ nəyi müzakirə edir?
-
300 min manatlıq dələduzluq - Onlarla şikayətçi və həbs edilənlər var
-
Prezident Dublində onlarla görüşdü - FOTOLAR
-
Sükan arxasında ağıllı saat işlədənlər də cərimə olunsun - TƏKLİF
-
Ebola ilə mübarizə aparan 55 tibb işçisi həyatını itirib - Konqoda
-
Türkiyədə hərbi helikopter qəzaya uğradı - 4 nəfər həlak oldu
-
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirildi - FOTO
-
Məşhur icra başçısının oğlu məhkəmədə DİNDİRİLDİ - Siqaret qaçaqmalçılarının İŞİ
-
Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək
-
Bakı təhsilinin şefinin rəfiqə və qohum şəbəkəsi - BŞTİ-dəa nə baş verir?!
-
“Nvidia” rəhbəri Yensen Huanq istefa verdi - Çin kəşfiyyatı qalmaqalına görə
-
Məhkəmə general qızı ilə bağlı qərar verdi - Ev dustaqlığına buraxıldı
-
Hakim ərini baltalayan qadını qəfəsdən çıxardı - BAKIDA
-
Azərbaycanda bu məhsullar bahalaşıb - Siyahı
-
Yüksək vəzifəyə təyin olunmuşdu - 23 gün sonra işsiz qaldı
-
Qarabağa görə KTMT-dən kömək istəməmişik! - İrəvan Moskvaya cavab verdi
-
ADSEA-da ikinci maaş iddiası: Zaur Mikayılov idarə rəislərinə əlavə 5000 manat paket verir?
-
“İranla razılaşmaya ehtiyacımız yoxdur” - Donald Tramp
-
Yükdaşıma sektorunda vergi qaydaları dəyişir - Yeni güzəşt təklif olunur
-
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı - Personal çıxarıldı
-
ABŞ Ukrayna üçün “Starshield“in sürətini yenidən azaltdı - Zelenskidən etiraz
-
Sabiq komitə sədrinin otelini alan olmadı - Qiyməti 1,3 milyon endirildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezident İlham Əliyev Maya Sandu ilə görüşüb - FOTO
-
Teymur Musayevə yeni vəzifə verildi - Əsədov qərar imzaladı
-
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video
-
Prezident “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak edir - Fotolar
-
Bakının mərkəzində “yaşıl soyqırım“ - yenə Əsabil Qasımovun adı...
-
Matviyenko İrəvana xəbərdarlıq etdi: “KTMT-dən çıxarsa...“
-
İlham Əliyev Dublində Zelenski ilə görüşdü - FOTOLAR
-
Bu şəxslər üçün şad xəbər: Elektrik xərcinin yarısını dövlət ödəyəcək
-
Zabratda sənədsiz toyuq əti satan müəssisə bağlandı - Fotolar
-
İşlənmiş maşınlar ucuzlaşa bilər - yeni qaydalar gəlir
-
“Qaya” restoranı sahəsini qanunsuz artırdı - VİDEO
-
Son 76 ildə ömür uzunluğu hansı ölkədə nə qədər artıb? – Siyahı
-
Ardadan “Real”a rədd cavabı: 22 milyon maaşla bu kluba keçir
-
DİN və ETSN birgə əməliyyat keçirdi: 150 illik ağacları kəsən 6 nəfər tutuldu (VİDEO)
-
Keçmiş nazir aeroportda saxlanıldı – Korrupsiyada ittiham olunur
-
Mədəniyyət, idman və gənclər siyasətinə 643 milyon manat ayrılacaq - Xərclərin bölgüsü
-
Bakı Hərbi Məhkəməsində səs-küylü iş - 7 nəfər hakim qarşısında
-
“Putin NATO”su belə güclənməyə qərar verdi - yeni hərbi plan
-
Tanışının övladını həbsdən azad edəcəyi vədi verdi, özü həbsdə qaldı - TƏFƏRRÜAT
-
Məmməd Musayevin qardaşı oğlu şirkətinin əmlakını satır - DETALLAR
-
Sankt-Peterburqda avtomobil partladıldı - Hərbçi həlak oldu
-
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO
-
Kartof sahələrində xəstəliklərin əsas səbəbi dərmanların təsirsiz olmasıdır? - VİDEO
-
Azərbaycanda ən çox və ən az maaş verilən sahələr - Statistika
-
Bakıda vətəndaşların mənzilləri bir neçə dəfə satışa necə çıxarılıb? - VİDEO
-
İran ayda 50 ballistik raket istehsal edə bilər - “Bloomberg“
-
Pekindən Vaşinqtona mühüm zəng: Çin ABŞ-la nələri müzakirə etmək istəyir?
-
Millətlər Liqasında V tur başlayır: Türkiyə Belçika, İtaliya Fransaya qarşı
-
General Natiq Əliyevin qızı saxlanıldı - Dələduzluğa görə
-
Sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var
-
Avtomobil icarəsi ilə məşğul olan şəxslərə xəbərdarlıq - VİDEO
-
“Rusiya ilə ilin sonunadək razılaşma əldə etmək mümkündür“ - Zelenski
-
Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - FOTO
-
12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür
-
Tehran şərtlərini irəli sürüb, indi növbə Vaşinqtondadır - Qalibaf
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - VİDEO
-
“İrəvandakı Göy məsciddə şou düzənlədilər“ - QMİ-dən sərt etiraz
-
Prezidentin sosial şəbəkə hesablarında COP31-lə bağlı paylaşım edildi - VİDEO
-
Azərbaycan bank sektorunu silkələyən sensasion faktlar - Rauf Kazımovun offşor izi
-
KTMT-də Ermənistan bağlı qərar verildi - Bu hüquqdan məhrum edildi
-
Bakıda istilik mövsümü başlayır - Bu halda ödəniş etməyə bilərsiz!
-
“AzParking”dən sürücülərə xəbərdarlıq: “Digərləri etibarsızdır”
-
Mehriban Əliyeva ilə Əminə Ərdoğan bir arada - FOTOLAR
TOP 10
ARXİV






