Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Yollardakı elektron tərəzilər yükü artıq hesablayır? - VİDEO

Tarix 18.10.25, 22:50

Font ölçüsü : - / +
bitmap-img6


Yük maşınlarının sürücüləri yenə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nəzarət etdiyi yollardakı tərəzilərdən şikayət edirlər. İddialara görə, yük təhvil alınanda və veriləndə eyni çəki olur, amma yoldakı tərəzi artıq göstərir. Nəticədə cərimə yazılır. Bəs yollardakı tərəzilərin problemi niyə həll edilmir?

Xezerxeber.az-ın məlumatına görə, Ağcabədidə olan yük avtomobillərinin sürücüləri – Elnur Rüstəmov və Xəqani Quliyev yollarda qurulan elektron tərəzilərun yükü artıq hesabladığını iddia edirlər.

Sürücülər hətta tələb olunandan 500 kiloqram az yük vurur, amma, buna baxmayaraq, yükün 3-4 ton artıq olması səbəbilə 600 manat cərimə edilirlər. 

Onlar deyirlər ki, bu halla ilk dəfə deyil rastlaşırlar. Əvvəllər də eyni vəziyyətlə üzləşdikləri üçün hər dəfə yük daşıyanda avtomobilin qanuni yük tutumundan aşağı yük vururlar. Amma buna baxmayaraq, yenə də daşıdıqları yük elektron tərəzilərdə artıq göstərilir.

Məsələ ilə bağlı AYNA-nın mətbuat xidmətinin rəhbəri Tural Orucovla əlaqə saxladıq. O bildirdi ki, ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən yük nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi nəqliyyat vasitələrinin oxlarının sayından asılı olaraq müəyyən olunur. Bu məsələ Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə tənzimlənir.  Nəqliyyat vasitəsinin icazə verilən ümumi çəkisi sözgedən qərara əlavə olunmuş 2 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır.

Qərarda təsbit olunan meyarların hamısı, yəni bütün parametrlər elektron tərəzilərin alqoritmində əks olunub. Nəqliyyat vasitələri elektron tərəzilərdən keçərkən həmin alqoritmlər əsasında ölçmə aparılır. Müvafiq parametrləri aşan yük nəqliyyat vasitələrinin sürücüləri barəsində hər hansı bir fiziki təmas olmadan, real vaxt rejimində inzibati tənbeh tədbirlərinin görülməsi təmin edilir.





Xəbərin oxunma sayı : 286




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap