“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Türkiyə millisinin baş məşqçisi:“İki oyunumuzun Bakıda olması bizim üçün üstünlükdür“

Tarix 13.02.20, 23:39

Font ölçüsü : - / +
bitmap-img6


“Təlim-məşq toplanışı keçəcəyimiz yeri müəyyənləşdirmişik. Oyun proqramı da hazırlamışıq. Martda Sloveniya və Avstriya ilə yoldaşlıq matçları keçirəcəyik. Ardınca Azərbaycan, Şimali İrlandiya, Xorvatiya və İrlandiya ilə oyunlarımız olacaq”.

Bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Güneş “Haber Global” telekanalında qatıldığı verilişdə deyib.

Avro-2020-yə hazırlıq barədə danışan təcrübəli mütəxəssis Bakıdakı matçlarda özlərini ev sahibi kimi hiss edəcəklərini bildirib: “İtaliya ilə açılış oyununundan sonra Bakıya gedəcəyik və orada iki görüş keçirəcəyik. Bakıda özümüzü ev sahibi kimi görürük. Turniri Türkiyəyə verməsələr də, iki oyunumuzun Bakıda olması bizim üçün üstünlükdür”.

Ş.Güneş bəzi zədəli futbolçuların artıq sıraya dönmək üzrə olduğunu da qeyd edib: “Merih Demiral bizə xeyir verən futbolçudur. Turnirə qatılmasını istəyirəm. Amma ona qədər sıraya dönüb-dönməyəcəyini bilmirəm. Yusuf Yazıcı yaxşılaşır. Abdulkadir Ömür iki həftəyə qayıdacaq. Dorukan Toköz də zədəsini sağaltmaq üzrədir”.

Xatırladaq ki, Türkiyə millisi Bakıda iyunun 17-si Uels, iyunun 21-də isə İsveçrə ilə qarşılaşacaq/Qol.az.



Xəbərin oxunma sayı : 277




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap