Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Məcburi köçkünlər üçün yeni binalar tikiləcək” – Komitə sədrindən açıqlama

Tarix 26.02.20, 11:41

Font ölçüsü : - / +
bitmap-img6


“Abşeron ərazisində Stansiya Sumqayıt adlanan yerdə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən tikinti işləri davam edir”.

Bunu Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ilin sonuna qədər tapşırıqları yerinə yetirilməsinə çalışılacaq:

“Cənab Prezidentin 7 000-dən çox ailə üçün nəzərdə tutulmuş qəsəbənin salınması göstərişi verilib. Hazırda tikinti davam edir. Biz də maraqlıyıq ki, mənzilləri vaxtında və keyfiyyətli tamamlayaq.

Məqsədimiz ilk növbədə ən ağır şəraitdə olan ailələrin köçürülməsinə nail olmaqdır. Bunlar hamısı mərhələli şəkildə olacaq”.

Komitə sədri əlavə edib ki, Samuxda yeni qəsəbənin salınması da gözlənilir:

“50 mənzildən ibarət bir binamız Ağdamda nəzərdə tutulur. 45 ailəlik bina Lənkəranda, 30 fərdi ev Füzuli rayonunda, işğaldan azad olunan zonada tikilir. Bu binaları tamamlayandan sonra Bakıda məskunlaşan 30 ailəni Füzuliyə, öz doğma kəndlərinə köçürəcəyik”. /Report



Xəbərin oxunma sayı : 445




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap