| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
“Prezidentin dediklərini eşitmədilər...” – “İcra başçıları var ki, məmnuniyyətlə vəzifəsindən gedərdi”
Tarix 25.05.20, 22:45 |
|
“Hakimiyyətin bu addımlarla əhalinin rəğbətini qazanmaq niyyəti var...â€
Ölkədə başlayan iqtisadi, sosial və siyasi islahatlar, kadr və struktur dəyişikliklərinin haraya qədər davam edəcəyi və hansı nəticələr verəcəyi cəmiyyətdə ən çox səslənən suallar sırasındadır.
“AzPolitika.info†bu mövzuyla bağlı “Turan†İnformasiya Agentliyinin rəhbəri, politoloq Mehman Əliyevin fikirlərini öyrənib:
- Mehman bəy, son zamanlar hakimiyyətin apardığı kadr islahatları və korrupsiyaya qarşı atılan sərt addımlar cəmiyyət tərəfindən əsasən təqdir edilir. Bəs Siz bu addımları necə qiymətləndirirsiniz?
- Mən hesab edirəm ki, bu prosesdə bir neçə məsələ var. Onlardan biri kadr dəyişiklikləri çərçivəsində baş verən hadisələrdir. Burada kadr dəyişikliyi başqa formatda baş verir. Adətən, vəzifəli şəxs sərəncamla işdən çıxarılıb yola salınır, ona medal da verilir və o, hörmətli şəxs kimi qalmaqda davam edir. Bizdə də son zamanlar kadr dəyişikliyi daha çox bu istiqamətdə gedirdi. Ancaq indi bu proses həbs edilən məmurlar nəzərə alındıqda, bir qədər fərqlənir. Beləcə hamıya göstərilir ki, əslində hər kəs haqqında dolğun informasiya var, kimin nə işlə məşğul olduğu “yuxarılara†məlumdur. Burada nümayiş etdirirlər ki, artıq köhnə qayda və prinsiplərlə işləmək olmaz. Yəni bu prinsiplər dəyişir.
- Sizcə, bu proses sonda hansı nəticəni doğuracaq?
- Prezident İlham Əliyev ötən il yeni təyin edilən icra başçıları ilə görüşdə qeyd edirdi ki, gedin, camaatla işləyin, insanları incitməyin, onlara müəyyən şərait yaradın. Ancaq bir çox icra başçıları Prezidentin bu dediklərini eşitmədi. Odur ki, nəticədə belə “nümunəvi†həbslər aparıldı. Artıq bu gün çoxlu sayda icra başçısı var ki, məmnuniyyətlə vəzifəsindən gedərdi.
Fikrimcə, bu addımlarda məqsəd hamını eyni çərçivəyə salmaq və yeni qaydalarla işləmələrinə nail olmaqdır. Əvvəllər kifayət qədər oğurluqlar var idi, bunu edənlərin milyonlarla ölçülən mal-mülkü var. Əslində, oyun qaydaları belə idi. Sadəcə olaraq, indi bu sistemin və münasibətlərin dəyişdirilməsi ən yüksək səviyyədən elan edilib. Ancaq bir çoxları bunu başa düşmək istəmədi. Fikrimcə, bundan sonra başa düşməyə, anlamağa başlayacaqlar. Proses bu formada davam edəcək. Mən demirəm ki, həbslər hər gün aparılacaq, amma dəqiqdir ki, kadr dəyişiklikləri yenə olacaq. Yəni icra başçıları dəyişdiriləcək və bu proses sürətlə aparılacaq. Beləcə idarəçilikdə xeyli tərkib dəyişikliyi baş verəcək. Həm də nəzərə almaq lazımdır ki, cəmiyyət, insanlar icra başçılarından narazıdır. İcra başçıları indiyə qədər rayonlarda insanların torpaqlarını əlindən alıb, sahibkarları, iş adamlarını incidib, dövlət tərəfindən ayrılan vəsaitləri amansızlıqla talayıblar. Əhali də haqlı olaraq narazıdır. Odur ki, yerlərdə əhalinin könlünü almaq istəyirlər və insanlara göstərirlər ki, belə məmurlara qarşı ciddi mübarizə aparılır.
Hakimiyyətin bu addımlarla əhalinin rəğbətini qazanmaq və həm də onun dəstəyini almaq niyyəti var. Çünki bütün dünya kimi biz də iqtisadi böhran mərhələsinə daxil oluruq.
Aparılan bu proseslə paralel olaraq, Azərbaycan hakimiyyəti Avropa Yenidənqurma və İnkişaf Bankı ilə danışıqlar aparır. Ola bilsin ki, danışıqlarda bir sıra layihələrin həyata keçirilməsi, kreditlərin alınması, islahatların aparılması, yeni özəlləşdirmə proqramının həyata keçirilməsi müzakirə edilir. Məlum həbslərlə eyni zamanda beynəlxalq institutlara göstərilir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə gedir, həbs edilənlər var. Bununla paralel olaraq, “Dost†Mərkəzləri açılır, dövlət xidmətlərinin vətəndaşlar tərəfindən asanlıqla istifadə edilməsinə imkan yaradılır, bu sahədə olan korrupsiya halları sıradan çıxarılır.
- Bu, o deməkdirmi ki, məlum tədbirlər sayəsində yeni dünya reytinqlərində Azərbaycan anti-korrupsiya addımlarına görə ön yerləri tutacaq?
- Bəlli məsələdir ki, 2020-ci il üçün təşkil ediləcək reytinqlərdə Azərbaycan müsbət şəkildə irəliləyəcək. Çünki ölkədə bu istiqamətdə nə baş veribsə, hamısı reytinqlərdə öz əksini tapacaq. Yəni həbslər, korrupsiyaya qarşı addımlar, görülən tədbirlər...
- Biraz əvvəl sistem dəyişikliyi ifadəsini işlətdiniz. Sizcə, indi idarəçilik sahəsində sistem dəyişikliyi baş verirmi?
- Yox, biz sistem dəyişikliyini müşahidə etmirik. Əslində, hakimiyyət başa düşür ki, qarşıdan böhran gəlir. Biz neft ölkəsiyik və neft-qaz qiymətlərindən daha çox asılıyıq. Hazırda neft dünya bazarında aşağı qiymətə satılır. Neftin Ümum Daxili Məhsulda payı olduqca böyükdür, büdcə payı da 60 faizdən az deyil. Odur ki, yaranan durum Azərbaycan iqtisadiyyatına zərbədir. Bu, sosial duruma da istər-istəməz təsir edəcək. Bunun üçün lazımı tədbirlərin görülməsi, anti-böhran proqramının ortaya qoyulması vacibdir. Ancaq 4-5 aydır ki, problemin olmasına baxmayaraq, hakimiyyət ortaya plan və ya proqram qoymur. Bu da onu göstərir ki, hakimiyyət ləngiyir və hansısa dəyişikliklərə getmək istəmir. Və ya mümkündür ki, bundan sonra nəsə hazırlaya bilərlər. Hər halda, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər maliyyə institutları ilə danışıqlar aparılır.
Digər tərəfdən də repressiv tədbirlər gücləndirilir. Həbslər aparılır, bloklanma, saytlara hücumlar müşahidə edilir. Bu da onu göstərir ki, hakimiyyət hələlik daha çox təzyiq, məhdudlaşdırma istiqamətində hərəkətlər edir. Başqa sözlə, hakimiyyət cəmiyyətlə dialoq qurmaq və çıxış yolları axtarmaq platformasına deyil, güc tətbiq etmək, həbslər aparmaq metoduna üstünlük verir. Bu hal göstərir ki, hakimiyyət sistemli dəyişikliklərə hələlik hazır deyil.
- Ancaq hakimiyyət siyasi partiyalarla dialoq qurur, onlarla görüşlər keçirir, bəzi partiyaları dövlət qeydiyyatına alır. Bu prosesi nəzərə almırsınız?
- Hansı partiyalar qeydiyyata alınıb, hansı siyasi qüvvələrlə təmaslar qurulub? Mən özümüzü aldatmağın tərəfdarı deyiləm. Azərbaycanda real olaraq iki müxalifət partiyası var. Birincisi AXCP, ikincisi Müsavat Partiyasıdır. Hakimiyyətlə bu partiyalar arasında işbirliyi yoxdur, onlar parlamentdə təmsil olunmurlar, təzyiqlə üzləşirlər və hakimiyyətin onlarla münasibətləri gərgindir. Qalan partiyaların ümumiyyətlə tərəfdarları varmı? Çoxlarının görürsən ki, 50-100 nəfər tərəfdarı, üzvləri, qohumları var. Əlbəttə, məndən kimlərsə inciyə bilər, amma reallıq budur.
- Söhbət reallıqdan düşmüşkən... Siz Real Partiyasının da bu prosesdə iştirakını az qala nəzərə almırsınız...
- Mən, sizin nə dediyinizi anlayıram. Və deyirəm ki, dünəndən danışmırıq, demirik ki, dünən kim necə olub. Bu gündən danışırıq. Məsələn, Real Partiyasının üzvü Erkin Qədirli parlamentə gedib. Hakimiyyət istəməsə seçki yoluyla heç kəs parlamentə düşə bilməz. Kimsə bəyan edə bilər ki, parlamentə getdim, orada sözümü deyəcəyəm, xalqa xeyrim dəyəcək və s. Bu, həmin şəxsin mövqeyidir, özünə görə doğru da görünə bilər. Amma mən deyirəm ki, belə şəxs qeyri-demokratik prosesdə hansısa formada iştirak edib.
- Yəni Siz siyasi qüvvələr arasında dialoqun olmadığını iddia edirsiniz...
- Söhbət hansı siyasi qüvvələrdən gedir? Əgər müxalifətlə hakimiyyət arasında dialoqdan gedirsə, nəzərə alın ki, müxalifətin öz daxilində dialoq mühiti yoxdur. O halda hakimiyyətlə müxalifət arasında dialoq necə ola bilər?
Partiyalarla görüşə gəldikdə isə, fikrimcə, daha çox vətəndaş cəmiyyəti ilə görüş və dialoq əhəmiyyətlidir. Mən hesab edirəm ki, hakimiyyət daha çox vətəndaş cəmiyyəti ilə dialoqa getməlidir. Amma bunu müşahidə etmirik. Eləcə də mediaya müstəqillik vermək haqqında düşünmürlər. Bu halda hansı dialoq haqqında danışa bilərik? Əlbəttə, bu mövzuda fərqli fikirlər işlədə bilərik. Ancaq sonda bu dialoqun hansı nəticəyə gətirib çıxaracağı vacibdir.
- Sizcə, hansı nəticələr ortaya çıxa bilər?
- Mən bilmirəm hansı məsələləri müzakirə edirlər və nəyə hazırdırlar. Şəxsən mənim hakimiyyət nümayəndələri ilə xeyli danışığım olub. Təkliflər vermişəm. Amma təkliflərin əksəriyyəti heç yaxına da buraxılmır. Biz buna dialoq deyə bilərikmi? Məncə, yox. Biz sadəcə danışırıq, müzakirə aparırıq, amma son nəticədə heç nə dəyişmir. Zamanında biz deyirdik ki, böhran olacaq, bunun işartıları var, ehtiyatlı olmaq lazımdır. Amma o zaman da cavab verirdilər ki, heç bir problem yoxdur, böhran gözlənilmir və s. Amma sonda devalvasiya baş verdi.
- İndi də hakimiyyət nümayəndələri ilə görüşüb müzakirələr aparırsınızmı?
- Yox, artıq belə təmas yoxdur. Çünki bir-birimizi başa düşə bilmirik. Onların məsələyə baxışları ilə mənim baxışlarım arasında fərqlər var. Mən səmimi təkliflər verirəm. Hər hansı məqsəd güdmürəm. Mən də onları başa düşmək istəyirəm. O mənada ki, niyə narahatdırlar, nə üçün təklifləri qəbul etmirlər. Açığı, özüm üçün də bu maraqlıdır. Bildiyim doğru təklifləri onsuz da səsləndirirəm. Ona görə yox ki, şəxsi marağım var, nəsə qazanmaq istəyirəm. Mənə bunlar maraqlı deyil. İstəyirəm faydalı iş olsun, qarşı tərəf müsbət qərarlar qəbul etsin və cəmiyyət də bunun faydasını görsün.
Xəbərin oxunma sayı : 400
Müsahibə
Xəbərlər
-
Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir?
-
Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
-
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
-
“Bu ikisi bütün cinayətlərdə əlbirdirlər“ - Ziyan 5 milyon manata çatdı
-
“Hamının pulunu verəcəm, onun yox...“ - Zal Yusifovun oğlu DANIŞDI
-
Saxta bilet satış səhifələri ilə bağlı - XƏBƏRDARLIQ
-
Böyük Britaniya Ukraynaya 10 milyard funt ayırdı - Zelenski açıqladı
-
Prezidentin qızları “Cənnətin ariyası”nın konsertində - FOTOLAR
-
“Nə maaşımı verdilər, nə də təzminatımı...” - “Lux Residence” şirkətindən ŞİKAYƏT
-
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzaladı - FOTO
-
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər - 5000 AZN
-
15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi - Məhkəmə cəzalandırdı
-
Prezident Fərman imzaladı - Daşınmaz əmlakın reyestri sistemi ilə bağlı
-
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu - FƏRMAN
-
Putinlə Mozambik Prezidentinin boy fərqi diqqət çəkdi - VİDEO+FOTO
-
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi - FOTO
-
Azərbaycanda kişilər qadınlardan çox maaş alırlar - Ən böyük fərq hansı sahələrdədir?
-
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
-
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı - Dələduzluğa görə
-
“Onu paraşütlə Kubaya atacağıq” - Tramp Rubionu ələ saldı
-
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır - Elnur Əliyev
-
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi - 482 min manatlıq tender
-
“Sabunçu Emin”, “Xırdalanlı filankəs”, “Qızıl barmaq Fatma”... - Gənclər niyə bu adlara həvəslidir?
-
Azərbaycanda minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
-
Əli Nağıyev BMT rəsmisi ilə terrorizmlə mübarizəni müzakirə etdi - FOTO
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Azərbaycanın dövlət borcu azalıb - Rəsmi rəqəmlər açıqlandı
-
“Dindarlar hər zaman dövlətimizin yanındadırlar“ - Allahşükür Paşazadə
-
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi həyatını itirdi
-
Azərbaycanda ən uzun ömürlü insanlar bu rayonlarda yaşayırlar - Tam siyahı
-
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu
-
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirəcək - Bu tarixdə
-
Binəqədi şosesindəki məşhur əmlak kompleksi 25,5 milyona satışa çıxarıldı - Fotolar
-
Azərbaycan Kubokunda hakim biabırçılığı - Qırmızı vərəqə verməyi unutdu
-
Məqsədimizə çatırıq, 15 km-dan çox irəlilədik - Zelenski
-
Elçin Yusubovun daha bir adamından şikayət var - Elxan Musayev sahibkarları incidib?
-
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
-
Fermer və sahibkara qarşı dələduzluq edən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
-
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır - Bu tarixdən
-
Tramp Putin və Zelenski ilə görüş keçirmək istəyir - TASS
-
Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA
-
Vərəm xəstələri evlərində müayinə edilirlər - VİDEO
-
“Starlink“ böhranı Avropa İttifaqını hərəkətə gətirib - Bloomberg
-
ABŞ zərurət yaranarsa, İrana yenidən zərbə endirəcək - Tramp
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
-
Sakinlər “Osmanlı hamam“ istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - VİDEO
-
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
-
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu, cəzasını isə...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda daha 3 MMC ləğv olunur - Adları açıqlandı
-
Mirsaleh Seyidov niyə “vuruldu”? - Həbsxana qalmaqalları, kadr təmizləmələri…
-
İki Avropa lideri Putinə zəng etdi - “Birbaşa danışıqlar lazımdır”
-
Prezident və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl“ sərgisi ilə tanış oldu (FOTO)
-
Gələn ilin büdcə xərcləri necə dəyişəcək? - Təfərrüat
-
Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxarıla bilər - Ararat Mirzoyan
-
İş icazəsi ilə bağlı qaydalar dəyişir: Bu şəxslərə şamil olunacaq
-
Salyanda bir ailənin üç üzvü bıçaqlanıb - Ölən var
-
Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? - Deputatdan təklif
-
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi - DETALLAR
-
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
-
Ermənistan parlamentində gərginlik: Mühafizəçilər çağırıldı + VİDEO
-
Daha bir vəzifəli şəxs həbs edildi - Mənimsəmədə ittiham olunur
-
Mirsaleh Seyidov vəzifəsindən azad edildi - Penitensiar xidmətə yeni rəis təyin olundu + DOSYE
-
“Yol Tikintiservis“ MMC ilə bağlı məhkəmə qərarı: 210 min manatlıq borc ödənilməlidir
-
Borcunu ödəməyənləri yeni aqibət gözləyir - Milli Məclisdən qərar
-
Prezident İlham Əliyev qonaqlarla görüşdü - VİDEO
-
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dövlət hər şagirdə ildə ən azı 2000 manat ayıracaq - Rəsmi
-
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
“Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident
-
Tramp Nikkini təriflədi - Ağ Ev onu mətbuat katibi “təyin etdi”
-
Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - VİDEO
-
“Həzi Aslanov”dakı təmir başa çatdı - Qatarlar birbaşa gedəcək
-
“Azərbaycan sabitlik adasıdır“ - İlham Əliyev
-
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Prezident Forumda iştirak edir - VIDEO - FOTOLAR
-
Təhlükəsizlik torlarının olmaması piyadalara təhlükə yaradır - VİDEO
-
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - “Reuters”
-
Deputatın oğlunun da iştirak etdiyi ölümlə nəticələnən davanın - Təfərrüatı
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - VİDEO
-
Tramp Obamanı tənqid etdi: O, bərbad prezident idi
-
Zirzəminin özəlləşdirilməsinə hansı əsaslarla icazə verilib? - VİDEO
-
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
-
Mbappe “El Klasiko”da qol vurdu, Ronaldo kimi sevindi - Fotolar
-
Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi - FOTO
-
İrana qarşı yeni əməliyyata başlaya bilərlər - Trampın əmrini gözləyirlər
-
Oktay Saraldan postunu tərk etməsi barədə - Açıqlama
-
Azərbaycanla Özbəkistan arasında sazişlər təsdiqləndi - FƏRMAN
-
Paşinyan yeni müxalifət axtarır - “Onlar məhv edilib”
-
Yeni Komissiya yaradıldı - Sədri Şahin Mustafayevdir
-
Bir şəhərə görə atəşkəs - dünyanın danışdığı Aleşki...
-
Azərbaycan “Aİ-95” markalı benzini Türkiyədən 1,9 manata alır - Siyahı
-
Prezident Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
-
İranlı nazirin dediklərinə rəsmi reaksiya: “Öz problemlərinizlə məşğul olun”
-
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
-
“Piter Elçin“in qardaşını öldürən şəxslə bağlı qərar - Cəzası artırıldı
-
Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Rəsmi statistika
-
İnfantinodan “Sabah” - “Qarabağ” oyunu ilə bağlı paylaşım - Fotolar
-
Avropanı məhvə aparan rəsmi təbliğat - Nənə və baba nəvəsini...
-
Paytaxtın bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır - Xəbərdarlıq
-
İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm - Tramp
-
Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı: 11 nəfər həbs edilib (VİDEO)
-
Sabirabadda tibb məntəqəsinin fəaliyyətsiz qalması sakinlər üçün çətinlik yaradır - VİDEO
-
ABŞ Viktor Orbanı BMT-nin Baş katibi vəzifəsinə namizəd kimi görür - “The Wall Street Journal”
-
Vuçiç məğlubiyyəti etiraf etdi - “Tələbə siyahısı“ qalib gəldi
-
Tibb işçilərinə 25 faizədək əlavə maaş: Kimlər ala biləcək?
-
Avtomobil bazarında durğunluq yaşanır - Bəs qiymətlər necədir?/VİDEO
-
Balığın qiyməti od tutub yanır: Kütüm 35 manata qalxdı
-
Media və Yayım Şurasından Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara - Cavab
-
Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi
-
“Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb“ - Vens
-
Almaniyada gizlənirdi, yeri tapıldı: Azərbaycana gətiriləcək
-
Ət bazarı üçün bədbin proqnoz - Daha böyük bahalaşma...
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir - Hərəkət alternativ küçələrlə təşkil ediləcək
-
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
İxtisas seçimi yalnız universitetə qəbul olmaq üçün verilən qərar deyil - Məleykə Abbaszadə
-
“Gələcəkdə süni intellekt özünü idarə edəcək” - İlon Mask
-
Azərbaycanda satılan mebellər burada hazırlanır - ŞOK statistika
TOP 10
ARXİV






