Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Büdcə xərclərinin təyinatını prioritetlər üzrə dəyişdirmişik“ - Samir Şərifov

Tarix 02.06.20, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


"Son aylar həm Dövlət Gömrük Komitəsi, həm də Dövlət Vergi Xidməti öz proqnozlarını artıqlaması ilə yerinə yetirib".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, I rübdə neftin orta çəkili qiymətinin yüksək olduğu üçün, bu qurumlarda bəzi artıq ehtiyatlar yaranıb. Yəni həmin qurumlar proqnozdan artıq vəsait toplayıb, büdcəyə köçürüblər.

"Belə hallar müsbət olsa da, nəzərə almalıyıq ki, pandemiya dünya iqtisadiyyatına çox böyük zərbələr vurub və iqtisadi fəallığı zəiflədib, dünya miqyasında istehlak daralıb və bir çox sahələr ümumiyyətlə iflic olub. Bunun nəticəsi olaraq beynəlxalq qurumlar tərəfindən müəyyən təhlillər aparılır", - deyə S.Şərifov bildirib.

O vurğulayıb ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında hələlik müsbət artım var. Belə ki, ilk 5 ayda dövlət büdcəsində 500 mln manatlıq profisit yaranıb. Buraya Dövlət Neft Fondunun vaxtından tez ödənilmiş köçürmələri daxil deyil: "Bu bizim üçün kifayət qədər yaxşı yastıq yaradır. Prinsip etibarı ilə bütün sosial xərclərimiz və sair hamısı icra olunub. Ölkə başçısının tapşırığına əsasən bir sıra xərclərə yenidən baxmışıq, yəni prioritetlər üzrə bu xərclərin təyinatını dəyişdirmişik.

Əsas xərclər səhiyyə sahəsinə yönəldilib ki, bu da başa düşüləndir. Hazırda bu sahədə dövlət tərəfindən böyük addımlar atılır. Belə ki, karantin rejimin həyata keçirilməsi, həkimlərin bu məsələlərə hazırlanması, xəstələrin müalicəsi, müvafiq dərmanların, ləvazimatların alınması, o cümlədən karantinə camaatın yerləşdirilməsi və onların karantində saxlanılması xərc tələb edir. Bu xərclər heç şübhəsiz dövlət büdcəsində nəzərə alınmamışdı. Amma xərclərin prioritetliyinə yenidən baxaraq biz bu xərclərin maliyyə təminatını artıq təmin etmişik.

Digər tərəfdən ölkə Prezidentinin imzaladığı sərəncama əsasən 1 milyard manat məbləğində vəsait pandemiyanın iqtisadiyyata göstərdiyi mənfi təsirin aradan qaldırılmasına yönəldilib. O cümlədən, bu yaxınlarda 533 milyon manat vəsait iqtisadiyyatın müxtəlif sektorlarına verilib. Bu vəsaitlər ilk növbədə kiçik, orta və mikro sahibkarlara təmənnasız yardıma yönəldilib. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də yardımların həyata keçirilməsi üçün müəyyən vəsait köçürülüb".



Xəbərin oxunma sayı : 598




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap