“Qızlar evdə qalıb, məni kim alacaq?“ - Azərbaycanlı rəqqasə Xalq artisti Röyadan yarıçılpaq paylaşım - VİDEO Aygün Kazımovanın qızı göbəyini və sinəsini nümayiş etdirdi - FOTOLAR “İçirəm, içki içmək günah deyil“ - Azərbaycanlı müğənni
Axtar
 
  • / Maqazin / — 30 İyun 2020

    “Qızlar evdə qalıb, məni kim alacaq?“ - Azərbaycanlı rəqqasə

  • / Maqazin / — 16 İyun 2020

    Xalq artisti Röyadan yarıçılpaq paylaşım - VİDEO

  • / Maqazin / — 16 İyun 2020

    Aygün Kazımovanın qızı göbəyini və sinəsini nümayiş etdirdi - FOTOLAR

  • / Maqazin / — 10 İyun 2020

    “İçirəm, içki içmək günah deyil“ - Azərbaycanlı müğənni

  • / Maqazin / — 08 İyun 2020

    “Qarınlı kişilər üçün ürəyim gedir“ - Mina Hüseyn

  • / Maqazin / — 06 İyun 2020

    “Ürəyimdə problemlər yaranıb” - Məleykə Əsədova

“Hələ sağam, qarşıda döyüşlər var“ - Siyavuş Novruzov

Tarix 26.06.20, 18:41

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Azərbaycan Silahlı Qüvvələrinin 102 yaşı tamam olur.

Milli Məclisin hərbi xidmət keçmiş bəzi deputatları Modern.az-a özlərinin əsgərlik dövünü xatırlayıb, indki gənclərin daha şanslı olduğunu qeyd ediblər.

Deputat Məşhur Məmmədov əsgərlik dövrünün hər bir kişinin həyatında xüsusi rol oynadığını qeyd edib:

“Rusiyanın Kirov vilayətində hərbi xidmət keçmişəm. Qeyd edim ki, əsgərliyə yeniyetmə kimi gedib kişi olaraq qayıdırıq. Əsgərlik müddətinin içərisində hər şey var. Boşuna “kişilik məktəbi” demirlər. İnsana hər şeyi öyrədir. Nə qədər çətin olsa da, hərbi xidmət dövrü hər bir kişinin həyatında xüsusi rol oynayır. Çox sevinirəm ki, bu gün müstəqil Azərbaycanın güclü ordusu var. Düşünürəm ki, bu gün Azərbaycan ordusunda xidmət etmək daha qürurludur. Çünki öz vətənimizi, torpağımızı qoruyuruq. Mənə elə gəlir ki, indiki gənclərimiz daha şanslıdırlar. Çünki müstəqil Azərbaycan ordusunda hərbi xidmət keçirlər. Bütün gənclərimizə ordumuzda fəxrlə xidmət etməyi və qalib ordunun əsgəri olmağı arzulayıram”.

Deputat Vüqar İsgəndərov da Rusiya ərazisində hərbi xidmət keçmiş deputatlardandır:

“Mən də əsgərlikdə olmuşam. Moskvada hərbi xidmət keçmişəm. Kişi həyatında hərbi xidmət unudulmur. Çox şükürlər olsun ki, bu gün öz ordumuz var. 26 iyun Azərbaycan Silahlı Qüvvələr günü münasibətlə başda Ali Baş Komandan olmaqla, bütün şəxsi heyəti təbrik edirəm. İnşallah gün gələcək, bugünkü ordumuz torpaqlarımızı da işğaldan azad edəcək. Hesab edirəm ki, hər bir kişinin hərbi xidmət keçməsi vacib məsələdir. Hərbi xidmətdən qayıdan insan özünü tam olaraq həyatda tapa bilir. Hərbi xidmət keçən gəncin xarakterini anlamaq daha asan olur. O, artıq formalaşmış gənc kimi geri qayıdır. 102 yaşlı ordumuzu ürəkdən təbrik edirəm. Hər zaman ordumuza zirvələrdə olmağı arzulayıram”.

Deputat Tural Gəncəliyev ehtiyatda olan zabit kimi fikirlərini bu cür ifadə edib:

“Bakı Dövlət Universitetini bitirəndən sonra ehtiyatda olan zabitlər üçün kurs təşkil edildi. Həmin kursların toplantılarında iştirak etmişəm. O da hərbi xidməti əvəz edir. 26 iyun tarixi ilə bağlı onu deyə bilərəm ki, ordumuz bizim qürur yerimizdir. Bu gün Dağlıq Qarabağın işğaldan azad edilməsi istiqamətində diplomatik çözüm yolları axtarılır. Konstruktiv mühitə uyğun olaraq danışıqlar davam etdirilir. Müstəqil ordumuz arxamızda enerji və gücdür. Ordumuz 1918-1920-ci illərdə öz gücünü göstərərək, Dağlıq Qarabağdakı terrorçu və daşnak qüvvələrini təmizlədi. Vaxt gələcək bugünkü ordumuz da öz gücünü göstərəcək. Biz buna əminik”.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov daha əvvəllər Modern.az-a müsahibəsində keçmiş SSRİ ordusunun tərkibində Əfqanıstan müharibəsində iştirak etdiyini deyib. Həmçinin bildirib ki, Qarabağ müharibəsinin də veteranıdır:


“Bu haqda geniş danışmayacağam. Bilirsiniz, bəzi adamlar var ki, eləmədiyi hərəkətlərə görə öyünürlər. Özlərini millətə o cür təqdim edirlər. Mən indi danışmaq istəmirəm. Gələcəkdə yazarlar, o başqa məsələ. Hələ sağam, qarşıda döyüşlər var. Bircə onu deyə bilərəm ki bugünkü gündə də sabah deputat mandatını yerə qoyub döyüş bölgəsinə birbaşa getməyə hazıram”.



Xəbərin oxunma sayı : 4705

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda