Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

“ABŞ-ın daxili məsələlərinə müdaxilə etmək fikrimiz yoxdur” – İran XİN

Tarix 29.06.20, 15:06

Font ölçüsü : - / +
bitmap-img6


“Bölgə ölkələri, o cümlədən İran, İraq və Türkiyənin terrorçulara qarşı birgə mübarizə aparması üç ölkənin gündəliyindədir”.

Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi bu gün keçirdiyi mətbuat konfransında İranın İraqla sərhəd bölgələrinə hücum etməsi ilə bağlı suala cavabında deyib.

“Mənim üç ölkə arasında bu əməliyyatlarla bağlı koordinasiya olub-olmamasından xəbərim yoxdur. Lakin İranın öz sərhədlərini qoruması və terrorçulardan təmizləməsi təbii haqqıdır. Bu əməliyyatın digər ölkələrlə eyni vaxtda aparılması təsadüfdür. Mən müştərək əməliyyatın keçirilməsi məsələsini təsdiqləmirəm. Lakin hər 3 ölkə arasında terrorçularla mübarizədə ciddi iradə mövcuddur”, – deyə XİN sözçüsü bildirib.

ABŞ-da keçiriləcək prezident seçkilərinə toxunan A. Musəvinin sözlərinə görə, İranın ABŞ-ın və hər hansı bir ölkənin daxili məsələlərinə müdaxilə etmək fikri yoxdur: “ABŞ-dakı namizədlərin arasında baş verənlər onların daxili işləridir. Bizim üçün onların ölkələrinin taleyi ilə bağlı nə qərar qəbul edəcəklərinin heç bir əhəmiyyəti yoxdur. Bizim üçün önəmli olan onların bölgədəki siyasətidir ki, biz öz davranışımızı onların bu siyasətinə uğun tənzimləyirik”.

ABŞ-ın İrana qarşı silah sanksiyalarının vaxtını uzatmasına münasibət bildirən A. Musəvi qeyd edib ki, bu, BMT Təhlükəsizlik Şurasının 2 231 saylı qətnaməsinə ziddir və bunun mənfi təsirləri olacaq: “ABŞ-ın İrana qarşı silah sanksiyasının uzadılmasına qarşı 2-3 xüsusi addım nəzərdə tutulub ki, şəraitə uyğun olaraq icra olunacaq.  Lakin düşünürəm iş o yerə gəlib çatmayacaq, onlar ağıllı davranacaq və işin bu yerə çatmasına imkan verməyəcəklər”. (apa)




Xəbərin oxunma sayı : 1627




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap