Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

“İsti yoldaşlıq münasibətlərimiz var” – Medvedev Putinlə münasibətlərindən danışıb

Tarix 09.07.20, 15:22

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Prezident Vladimir Putinlə münasibətləri barədə danışıb.

D. Medvedev “Komsomolskaya pravdaya” müsahibəsində “Baş Nazir postunu tərk etdikdən sonra V. Putinlə tez-tez və ya nadir hallarda ünsiyyətdə olursunuz?” sualına cavabında bildirib ki, onlar əvvəlki kimi isti yoldaşlıq münasibətlərini saxlayırlar və hər şey yaxşıdır.

“Bu sualı illərdir eşidirəm və təxminən eyni cür cavab verirəm. Bizim əvvəlki kimi isti yoldaşlıq münasibətlərimiz var”, – deyə o, vurğulayıb.

Sabiq Baş Nazir qeyd edib ki, Prezident ölkənin birinci şəxsidir və o, V. Putinin müavini kimi Təhlükəsizlik Şurasının fəaliyyətinə, təhlükəsizlik məsələlərinin təmin edilməsinə cavabdehdir: “Məhz buna görə də biz müntəzəm olaraq müxtəlif formatlarda ünsiyyətdə oluruq, təhlükəsizlik sahəsində ən müxtəlif məsələləri, sosial və iqtisadi məsələləri müzakirə edirik”.

D. Medvedev xatırladıb ki, “Vahid Rusiya” partiyasının sədri kimi vaxtaşırı partiyanın problemləri ilə bağlı Prezidentə müraciət edir: “Xüsusən də iqtisadiyyatın, sosial sahənin, əmək və məşğulluğun bir sıra məsələlərinin dəstəklənməsinə dair təkliflərin hazırlanmasından söhbət gedəndə. Belə təklifləri mən ancaq Təhlükəsizlik Şurası sədrinin müavini kimi yox, həm də partiyanın rəhbəri kimi hazırlayıram. Bu mövzu ilə də bağlı ünsiyyətdə olmuşuq. Yəni ki, hər şey qaydasındadır. Hər şey yaxşıdır”.

APA




Xəbərin oxunma sayı : 2257




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap