“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Partiya sədrlərindən dünya azərbaycanlılarına çağırış: “Belə məqamda...”

Tarix 24.07.20, 16:53

Font ölçüsü : - / +
bitmap-img6


"Dünyanın bir sıra şəhərlərində keçirilən Qarabağ aksiyaları bundan sonra da yalnız yerli qanunlar əsasında, heç bir təxribata uymadan, zorakılıqlara yol vermədən davam etdirilməlidir".

AzFakt.com xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı Amerika və Avropada azərbaycanlılarıyla ermənilərin əlbəyaxa davalarına münasibət bildirərkən deyib. Partiya başqanının fikrincə, Brüsseldə 10 nəfərin hücumuna baxmayaraq, iradə və məğrurluq nümayiş etdirən soydaşımızın davranışı təbliğ və təqdir olunmağa layiqdir:

"Los Ancelesdə, Brüsseldə baş verən vəhşiliklərə adekvat cavab verilməməlidir. Hələlik bu hadisələrə ən düzgün cavab Brüsseldə soydaşımızın məğrurluğu, həm Brüsseldə, həm də Los Ancelesdə günahkarların həbs edilməsidir. Digər davranışlar bütün dünyada millətimizə qarşı misilsiz təbliğat kampaniyasına, haqlı olduğumuz yerdə haqsız duruma düşməyimizə səbəb olacaq".

Ümid Partiyasının sədri İqbal Ağazadə isə Rusiyada yaşayan azərbaycanlılara müraciət edərək savaşın Qarabağda gedəcəyini vurğulayıb:

"Loc-Ancelesdə, Brüsseldə ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikdən sonra Rusiyada da anoloji hadisə təkrarlandı.

Ermənilər azərbaycanlını döyərək video çəkiliş edib sosial şəbəkələrdə yaydılar. Bu gecə buna cavab olaraq Rusiyanın bir sıra şəhərlərində azərbaycanlılar baş verən hadisələrə cavab məqsədilə emosional addımlar atıblar. Rusiyada yaşayan soydaşlarımıza müraciət edirəm: 

Ermənistanın təcavüzkar siyasətinin durdurulmasına qarşı dünyanın hər yerində göstərdiyimiz milli birliyimiz düşmənlərimizi də ciddi narahat edir. Haqq işimizdə bizə dəstək vermək istəyən başqa millətlərin də sayı günbəgün artır. Belə məqamda təxribat törədərək bizi qarşıdurmaya çəkmək istəyən xüsusi qüvvələr var və olacaq. Sizi bu təxribatlar vasitəsilə qeyri-qanuni müstəviyə çəkməklə həyatınızı, əmlakınızı, iş yerlərinizi təhlükə altında qoyub zəiflətmək məqsədi güdürlər, birliyimizi pozmağa, bizi dinc müstəvidən savaş müstəvisinə çıxarmaqla haqlı işimizi haqsız göstərməyə çalışırlar. Durun! Bu sizlərə, xalqımıza qarşı böyük təxribatdır. Heç kimin emosional çağrışlarına uymayın. Mən hamının yanğısını, nifrətini anlayıram. Lakin bu çıxış yolu, problemin həlli variantı deyil. Müharibə orda getmir, siz orda hansı qeyrət, güc göstərsəniz də, Qarabağda heç nə dəyişməyəcək. Savaş Qarabağda olacaq. Siz yaşadığınız yerlərdə bizim haqq işimizi müdafiə edən digər millətlərin sayını artırın, xalqımıza qarşı sevgi formalaşdırın. İmkanlarınız güclü, münasibətləriniz hüquqi olsun. Hamınızı bu təxribatlara uymamağa, olduğunuz yerlərdə qeyri-qanuni addımlar atmamağa, gücünüzü Qarabağda başlayacaq son döyüşə saxlamağa səsləyirəm".



Xəbərin oxunma sayı : 352




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap