| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Dollar ucuzlaşır, avro bahalaşır - Dünya iqtisadi krizisə girə bilər
Tarix 16.10.20, 10:46 |
|
ABŞ-ın Goldman Sachs bankı dolların taleyi ilə bağlı xeyli bədbindir. Bunun əsas səbəbi COVID-19-a qarşı effektiv vaksinin tapılmaması və ABŞ-da gözlənilən prezident seçkiləridir.
Bank analitikləri hesab edirlər ki, yaxınmüddətli dövrdə dolların əsas valyutalara qarşı məzənnəsində azalma baş verəcək. Buna görə də onlar investorları valyuta bazarında qısamüddətli pozisiyalar üzrə fəaliyyət göstərməyə çağırıblar. Bu siyasət valyutanı sonradan daha ucuz məzənnə ilə almaq üçün satmağı nəzərdə tutur.
Goldman Sachs ekspertləri bildiriblər ki, effektiv vaksinin əldə olunması prosesi yubandığına görə dolların möhkəmlənməsi ehtimalı aşağıdır. AG Bisset şirkətinin baş investisiya direktorun Ulf Lindalın fikrincə, gələn il ərzində dollar avroya münasibətdə 36 faiz dəyərsizləşəcək ki, bu da son on ildə ən aşağı həddir. Qeyd edək ki, dolların digər əsas valyutalar səbətinə qarşı məzənnəsi cari il ərzində maksimuma çatandan sonra 11 faiz azalıb. Əksər ekspertlər bu azalmanın 30 faizə çatacağını proqnozlaşdırırlar. Bu isə bütün dünyada ciddi iqtisadi böhrana səbəb ola bilər. Belə ki, əksər ölkələr öz valyuta ehtiyatlarının böyük hissəsini məhz dollarda saxlayırlar.
Qeyd edək ki, dolların son 3 həftə ərzində ucuzlaşma trendi göstərməsinin əsas səbəbi olaraq ABŞ-da pandemiyadan zərərçəkən biznesə dəstək tədbirlərinin növbəti mərhələsi üzrə Konqresdə razılaşmanın əldə olunmamasıdır. Böyük yardım paketi üzrə danışıqlarda çətinliklərin yaranmasından sonra ötən bazar günü prezident Donald Tramp Konqresi kiçik biznesin kreditləşməsi üçün ayrılan vəsaitdən qalan məbləği əhatə edən ixtisar olunmuş qanun layihəsini qəbul etməyə çağırıb.
Konqresdə iqtisadiyyatı stimullaşdırıcı layihənin razılaşdırılması yubandıqca ABŞ iqtisadiyyatının zərəri də artır. Bəzi ekspertlərin hesablamalarına görə, seçkilərə qədər layihə qəbul olunmasa, ölkə iqtisadiyyatı 1,8-2 trilyon dollar zərər çəkəcək.
2019-cu ilin yekununda dünyada olan valyuta ehtiyatlarının (11 trilyon dollar) 61 faizi, dünya üzrə borcların 40 faizi dollardadır. Dollar həmçinin Foreks bazarında əsas valyutadır - ticarət əməliyyatlarının 90 faizi bu valyuta ilə həyata keçirilir.
Qeyd edək ki, dollar Azərbaycanın valyuta ehtiyatlarında da üstün çəkiyə malikdir. Belə ki, bu il iyulun 1-nə valyuta ehtiyatlarımızın əsas hissəsi cəmləşən Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 42 milyard 636,7 milyon ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 0,4 faiz çoxdur. Fonddan verilən məlumata görə, hesabat tarixinə ARDNF-in investisiyalarının 68,4 faizi ABŞ dollarında yerləşdirilib. Bu, illik müqayisədə 13,8 faiz bəndi çoxdur. Əvəzində fond investisiya portfelində avronun payını 34,1 faizdən 20,3 faizə endirib, ingilis funt sterlinqinin payını isə 4,6 faizdən 4,9 faizə qaldırıb.
İqtisadçı-ekspert, bank sahəsi üzrə mütəxəssis Elman Sadiqovun “Yeni Müsavat”a bildirdiyinə görə, hazırda dünya bazarlarında dolların ucuzlaşması prosesini sürətli hesab etmək olmaz: “Dolların müxtəlif valyutalara qarşı hərəkəti fərqlidir. Azərbaycan, ərəb və digər resurs ölkələrində milli valyutaların məzənnəsi inzibati qaydada tənzimlənir. Əksər hallarda bu məzənnə neftin qiymətindən asılı olaraq təzyiqlərə məruz qalır, yaxud təzyiq olmur və sair. İkinci növ valyutalar sərbəst dönərli valyutalardır: ingilis funt-sterlinqi, İsveçrə frankı, avro, Kanada dolları, Yapon yeni və sair. Bunlar tam üzən məzənnə rejimində olan valyutalardır. Lakin dövlətlər çalışırlar ki, öz milli valyutalarının yersiz möhkəmlənməsinə imkan verməsinlər. Məsələn, bir çox ekspertlər bildirirlər ki, yaxınmüddətli dövrdə 1 avro 1,3 dollara qədər bahalaşacaq. Lakin avronun 1,2 dolları keçməsi Avropa iqtisadiyyatı üçün mənfi siqnal deməkdir. İxracata əsaslanan iqtisadiyyatlarda yerli valyutanın bahalaşması ixracatın azalmasına gətirir. Buna görə də Avropa Mərkəzi Bankı avronun 1,25 dollardan yuxarı keçməsi şəraitində bazara intervensiya edəcəyini açıqlayıb. ABŞ prezidenti Donald Trampa dəfələrlə Avropa Mərkəzinin Bankının belə intervensiyalarını pisləyən bəyanatla çıxış edib ki, bu, azad ticarət qaydalarına ziddir. Yəni qısa desək, dolların məzənnəsi müəyyənləşdirilən valyuta səbətində ən böyük paya avro malikdir. Bu şəraitdə avronun 1,24 dolları keçməsi şəraitində investorların gözü Avropa Mərkəzi Bankına dikilir ki, intervensiya etsin. Bu baxımdan, indiki mərhələdə avronun 1,25 dollardan yuxarı həddə qalxıb, uzun müddət qalması real deyil”.

Mütəxəssisin sözlərinə görə, ABŞ özü dolların ucuzlaşdırılması siyasətini yürüdür: “ABŞ dolları 20 faiz ucuzlaşdırmaq niyyəti güdür. Lakin bu sahədə böyük irəliləyişə nail ola bilmir. Dünya investorlarının dollara inamı azalmır. Hətta dünyada böhran olanda da investorlar güvənli liman kimi dollara üz tuturlar. Bunun da əsas səbəbi odur ki, hər hansı iqtisadi zonada iqtisadi böhran olarsa, Amerikanın o böhranları aradan qaldırmaq gücü var. Amma ABŞ-ın özündə maliyyə sistemi çökərsə dünyanın heç bir iqtisadi mərkəzinin bu ölkəni, eləcə də dünyanı xilas etməyə gücü çatmaz. Bu səbəbdən də dünya investorları əmindirlər ki, dünyada hər hansı böhran olarsa, ABŞ-ın onun təsirlərindən çıxmağa imkanı çatacaq. Bu inam dolların zəifləməsinin qarşısını alır. Hazırda avronun dollara münasibətdə ucuzlaşması gedir, funt sterlinqin Brexit problemi var. Yapon yeninə gəlincə, bu valyutanın qiyməti qalxdıqca, Yaponiya Mərkəzi Bankı bazara intervensiya edərək bunun qarşısını alır”.
Ekspertin fikrincə, nə qədər ucuzlaşsa belə, dollar dünya valyuta ehtiyatlarındakı hökmran mövqeyini itirməyəcək: “Müəyyən qədər azalma ola bilər, lakin hansısa valyutanın dolları bu sahədə üstələyəcəyi mümkün deyil. Çox yaxşı olardı ki, bütün dövlətlər öz ehtiyatlarını yalnız dollar deyil, diversifikasiya olunmuş şəkildə digər valyutalarda da saxlasınlar. Dolların əmtəələrə münasibətdə dəyərinə gəlincə, qiymətli metallarda kəskin bahalaşma gedir. Bu isə dolların dəyərinin aşağı düşməsi deməkdir. Ərzaq məhsulları isə hazırda bütün dünyada bahalaşır: pandemiya, iqlim dəyişiklikləri və sair səbəbdən. Bu isə dolların əmtəələrə münasibətdə ucuzlaşması deməkdir”.
E.Sadiqov hesab edir ki, dolların ucuzlaşması dünya ölkələrinə mənfi təsir göstərə bilər: “Xüsusilə resurs fondlarının (məsələn, Azərbaycanda Dövlət Neft Fondu) vəsaitlərinin azalmasına gətirib çıxara bilər. Buna görə də belə fondlar bu risklə bağlı xüsusi strategiya hazırlamalıdılar. Uğurlu diversifikasiya, investisiya siyasəti sayəsində bu sahədə zərərdən yayınmaq mümkündür. Bunun sayəsində digər valyutaların dəyərindəki artımla itkiləri kompensasiya etmək mümkündür. Düşünürəm ki, dolların əmtəələrə münasibətdə ucuzlaşması davam edəcək. Lakin bu, heç bir halda dolların dünya iqtisadiyyatındakı hökmranlığının başa çatması demək olmayacaq. Bu gün dünyada dolları əvəz edəcək ikinci bir valyuta yoxdur. Buna görə də dolların digər valyutalara münasibətdə dəyərsizləşməsi müvəqqəti və daim təkrarlanan prosesdir”.

Onu da qeyd edək ki, “Fitch Ratings” beynəlxalq kredit reytinq agentliyi dünya valyuta bazarında baş verən proseslər fonunda müharibə aparan Azərbaycan və Ermənistanın dollar istiqrazlarının vəziyyətinə dair hesabat açıqlayıb. Hesabata görə, Azərbaycanın dollar istiqrazları Dağlıq Qarabağ münaqişəsi fonunda Ermənistan istiqrazlarına nisbətən daha yaxşı vəziyyətdədir, bu da neft və qaz sərvətləri ilə Bakının bu böhranın daha yaxşı öhdəsindən gələ biləcəyini göstərir.
Hesabatda qeyd olunur ki, beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan ərazilər uğrunda sentyabrın 27-dən etibarən döyüşlərin başlaması ilə hər iki dövlətin istiqrazlarının gəlirliliyi aşağı düşüb. Ancaq adambaşına düşən gəlirə görə yoxsul ölkə olan Ermənistanda daxili problemlərlə bağlı bu ölkənin istiqrazları daha da ucuzlaşıb. Lakin adambaşına düşən gəlirə görə yoxsul ölkə olan Ermənistanda daxili problemlərlə bağlı bu ölkənin istiqrazları daha çox dəyərdən düşüb.
Münaqişə ərəfəsində sentyabrın 21-dən bəri Azərbaycanın 2024 və 2029-cu illərədək tədavül müddəti olan istiqrazların gəlirliliyi təxminən 1 faiz, Ermənistanın 2025 və 2029-cu illərə olan istiqrazlarının gəlirliliyi isə müvafiq olaraq 4,5 faiz və 3,5 faiz azalıb.
Qeyd edək ki, Azərbaycan istiqrazlarının gəlirliyi koronavirus pandemiyasından öncəki pik həddən yalnız 2 faiz ucuzdur.
“Azərbaycan istiqrazları daha yaxşı vəziyyətdədir, çünki münaqişə və pandemiyanın qısamüddətli mənfi riskləri azdır”, - bunu ölkənin xarici valyuta ehtiyatlarına və tədavüldə olan 3 milyard ABŞ dollardan az avrobondlara əsaslanaraq “ING Bank”ın strateqi Trieu Pham deyib (“Report”).
Xatırladaq ki, “Fitch” tərəfindən kredit reytinqi “BB+” səviyyəsində təsdiqlənən Azərbaycan, ölkəni maliyyə buferi ilə təmin edən ümumi daxili məhsulun (ÜDM) təqribən 85 faizinə bərabər 43,2 milyard ABŞ dollarlıq suveren sərvət fonduna sahibdir. Bu il neft qiymətlərinin düşməsi və koronavirusdan zərər görən Azərbaycan iqtisadiyyatının kiçiləcəyini, ancaq dövlət borcunun ÜDM-ə nisbətinin aşağı olacağını gözləyir.
“Fitch” sentyabr ayında Ermənistanın kredit reytinqini isə “B+” səviyyəsinə endirib. Agentlik, döyüşlərin davam etməsi və pandemiya səbəbindən bu il Ermənistan iqtisadiyyatının 6,2 faiz kiçiləcəyini, dövlət borcunun ÜDM-ə nisbətinin isə 63,9 faizə yüksələcəyini proqnozlaşdırıb.
Xəbərin oxunma sayı : 850
İqtisadiyyat
Xəbərlər
-
Tanınmışlar bu gün instaqramda nələr paylaşıldı? - FOTOLAR
-
Mourinyu Arda gülər tərif yağıdırdı: “Oyun keyfiyyəti inanılmazdır“
-
Bakıda ticarət köşkü soyuducuları yola qoyaraq təhlükə yaratdı - VİDEO
-
Azərbaycan 3 milyard manata yaxın borc alacaq - Gələn il
-
Ermənistan Rusiyanın 102-ci hərbi bazasının çıxarılmasını tələb etməyib - Simonyan
-
Yaponiyada 100 yaşlıların sayı 100 mini keçdi - İlk dəfə
-
Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Bilik Günü metrodan istifadə edən sərnişinlərin sayı - Açıqlandı
-
Tramp administrasiyası Baydenin Rusiyaya qarşı sanksiyalarını davam etdirir - Lavrov
-
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşdü - FOTO
-
Veyplərdə meyitlərin konservasiyasında istifadə olunan maddələr var - Həkim
-
Aİ Hörmüzdəki vəziyyətə görə nə qədər itirib? - AK Prezidenti açıqladı
-
Bakıdakı fantastik qiymətlər:1.5 milyona mənzil, 7 min manatlıq kirayə ev...
-
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
-
Moskva ilə Gümrüdəki hərbi baza məsələsini müzakirə etməyə hazırıq - Paşinyan
-
Bu arıqlama məhsullarında təhlükəli maddə aşkarlandı - FOTOLAR
-
Azərbaycandan 23,5 milyon ədəd siqaret çıxarılıb - Hara getdiyi bilinmir
-
Masajçı “fizioterapevt” kimi işlədildi - “Ecegen Med Klinika” cərimələndi
-
Bu zabitlərin hərbi rütbədə olma müddəti - Azaldılır
-
Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Yaşayış binasında partlayış oldu: Xəsarət alan var – Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Zal Yusifovun oğlunun işi - Vəkillər Kollegiyasına müraciət olunacaq
-
Azərbaycanda ət idxalı 16 faiz artıb - İqtisadçıdan qiymət açıqlaması
-
Prezident Ülvi Quliyevi “Şöhrət“ ordeni ilə təltif etdi - Sərəncam
-
Ramiz Mehdiyevin işində onlar da dindirilib - TƏFƏRRÜAT
-
ABŞ-İran savaşı alovlana bilər-Azərbaycana risk
-
Könül Kərimovanın adına olan sənəd saxta imiş - Mübariz Məmmədov danışdı
-
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - RƏSMİ
-
Avropa İttifaqı Kanadaya ilk assosiativ üzv olmağı təklif edib - Reuters
-
Mərkəzi bankların aktivləri ÜDM-in neçə faizini təşkil edir? - Ölkələrin siyahısı
-
Binədə qaz sayğacı vədi ilə 56 min manatlıq dələduzluq - 2 il həbs
-
Vidadi İsayev Bərdəni satışa çıxarıb - Onun da vaxtı çatıb…
-
Mingəçevir xəstəxanasında oğurluq: Palata yoldaşının kartını götürüb marketlərdə xərclədi
-
Ölkədən qanunsuz pul çıxaran dəstə üzvüləri təşvişdə - Bayram və Şəmməd kimdən gizlənir?
-
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
-
Parkı söküb yerində qanunsuz tikinti aparılır - Adil Əliyevdən narazılıq
-
Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq - Sabahın havası
-
Azərbaycanda abort sayı doğuş sayına çatdı - Dəhşətli statistika
-
Prezident “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında - FOTOLAR
-
Havvaxanım Rüstəmovaya hökm oxundu - Dələduzluqda ittiham olunurdu
-
Ərzaq məhsulları xaricdən Azərbaycana neçəyə gətirilir? - Qiymətlər
-
İlham Əliyevdən konfrans iştirakçılarına - Müraciət
-
Prezident İlham Əliyev onları təltif etdi - ADLAR
-
ABŞ Yaxın Şərq siyasətini İsrailə tabe edə bilməz - Vens
-
Partiya sədri istintaqa ifadəsindən danışdı: “İcra başçısı, nazir, nazir müavini olanlar qalıb qıraqda, mən...“
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - VİDEO
-
Yasamal rayonunda ikimərtəbəli evin 3-cü mərtəbəsi - İcra hakimiyyəti xəbərsizdi? (VİDEO)
-
ABŞ İrana qarşı əməliyyatı zamanı nə qədər hərbçi itirib? - Hesabat
-
Məhkəmə I qrup əlilinə xəsarət yetirən iş adamı ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
-
Bir ailə qorxu içində: “Burada necə yaşadığımızı bir Allah bilir“
-
Kirpik qaynağı ilə bağlı araşdırma: 25 qadından 24-də gənə aşkarlanıb
-
Azərbaycan neftinin yeni qiyməti - 128 dollar
-
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
-
Qlobal fəlakət zamanı harada yaşamaq daha təhlükəsiz olar? – Araşdırma
-
1.5 milyon manatdan çox vergi borcu olan “KƏPƏZ 22“ MMC kimindir? - Detallar
-
“Mehdiyev işi”ndə hamını təəccübləndirəcək ssenari – Kritik dövr başladı
-
“Azərbaycan və BƏƏ sabitlik və dialoqa töhfə verir” - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzura qayıdış intensivləşir
-
Ermənistanda böyük narahatlığa səbəb olan səfər
-
Səbail və Qaradağ rayonlarında su olmayacaq - XƏBƏRDARLIQ
-
“Azmaş Lizinq” in vəzifəli şəxsi qanunu pozdu, 24 min manat cərimələndi - DETALLAR
-
Tanrıya müharibə elan edən Paşinyan lənətlənəcək - Zaxarova
-
Mertsin reytinqi ən aşağı səviyyəyə düşdü - Yeni rekord
-
Azərbaycan bütün çətinliklərə və çağırışlara baxmayaraq, Qarabağ və Şərqi Zəngəzurun bərpasını təkbaşına həyata keçirir
-
FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları
-
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi (FOTO)
-
Afət Fərmanqızı yenə də məhkəməyə verildi - Dəniz Əsədova şikayətçidir
-
Fransa millisində parçalanma - Mbappe komandanı özünə düşmən etdi
-
Dələduzluqla nəticələnən “kafel işi: 39 min manatı necə mənimsədi?
-
Milyonluq toyla bağlı şok iddia: “Pulların çoxu real deyildi”
-
Anar Bayramov onları da vəzifədən azad etdi - FOTOLAR
-
Rusiyadan Azərbaycana göndərilən pullar kəskin artıb - Ölkələr üzrə siyahı
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Azərbaycanda 7 icra başçısı postu vakantdır - SİYAHI
-
Ermənistanın ifşası və tarixi reallıqlar
-
“Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik“ - Prezident
-
Yardımlı İcra Hakimiyyətində əməliyyat keçirildi - Həbs olunanlar var
-
“Hatay Üsulu“nun kuryeri həbs edildi: Piyadanı vurdu, dostunun telefonunu zorla aldı
-
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
-
Tam məsuliyyətlə deyirəm, Avropa Parlamenti rüşvətxorlar yuvasıdır - Prezident
-
Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
-
Pul qaçaqçıları Bayram və Şəmməd haqqında niyə araşdırma aparılmır?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan xalqı dünyada bir presedent yaratdı - İlham Əliyev
-
Vidadi Zeynalovun oğlunun ölkədən çıxışına “stop“ qoyuldu - VERGİ BORCU
-
Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar
-
Yardımlının icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAMA
-
“Bəzi ölkələrdə tıxac o səviyyəyə çatır ki, sürücülər maşında yatırlar” - Elman Nəsirov
-
Məhkəmələrdə yeni qayda - bəzi işlərə 3 hakim yox, 1 hakim baxacaq
-
YAP Beyləqan rayon təşkilatının XII konfransı keçirildi - FOTOLAR
-
Bu şəxslərin Azərbaycanda qalma müddətləri - Qanunla müəyyənləşəcək
-
Azərbaycan və Türkiyədən yeni enerji layihələri - Ceyhun Bayramov açıqladı
-
Hava bu tarixdən dəyişir - Yağış yağacaq, şimşək çaxacaq
-
Kobaxidze Rusiyaya söz verdi - “Kökünü kəsəcəyik”
-
Bir kənddən üç qız Heydər Əliyev adına Hərbi İnstituta qəbul olundu - FOTO
-
ABŞ Ənsər Allah-la birbaşa əlaqə qurub - Vens
-
Prezident Türkiyənin xarici işlər nazirini qəbul etdi - FOTOLAR
-
Xaricdən Azərbaycana qarşı hücum: Altay Göyüşovun “tarixçi” maskası düşdü
-
Hakan Fidan Bakıya gəldi, Ceyhun Bayramovla görüşdü - FOTO
-
Ata qızı ilə birgə kürəkəni öldürmüşdü - Hər ikisinə hökm oxundu
-
“Səndən zəhləm gedir, boşanacam” deyən arvadını bıçaqladı - MƏHKƏMƏ
-
Ramiz Mehdiyevin cinayət işində məşhur siyasətçilərin də adları var - SİYAHI
-
“Məzuniyyət pulumuzu verib, sonra da maaşımızdan tuturlar...“ - Naxçıvanda narazılıq
-
ABŞ ilk dəfə açıqladı: Kosmosda silahlar yerləşdirilib
-
Suraxanı rayonunda “Daş abidə“parkını söküblər? - VİDEO
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Pit Heqset Pentaqonun fəaliyyətini xaosa çevirib - The New York Times
-
2 nəfər hərbi çağırışdan boyun qaçırdı - Cinayət işi açıldı
-
Azərbaycanda bölgələrdə daşnımaz əmlaka yatırımlar artdı - VİDEO
-
Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - TƏFƏRRÜAT
-
Türkiyəli kriminal avtoritet Bakıda güllələndi - TƏFƏRRÜAT
-
DSMF 13 il sonra əlil şəxsin pensiyasını dayandırıb - Hələ 3 ilin pulunu geri istəyir
-
Azərbaycan nefti kəskin bahalaşdı - 127 dolları oldu
-
Bu il 125 mindən çox azərbaycanlı birinci sinfə qədəm qoyur - Emin Əmrullayev
-
Paytaxtın bu yollarında “Yaşıl dalğa” rejimi tətbiq edilir - Siyahı
-
Rusiya və Ukrayna bu obyektlərə hücum etməyəcək - Tramp açıqladı
-
Azərbaycanda bölgələrdə daşnımaz əmlaka yatırımlar artdı - VİDEO
-
Nərimanovda qazılan yol aylardır bərpa olunmur - VİDEO
TOP 10
ARXİV






