“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

99 obyektdə sanitariya-gigiyena tələbləri pozulub - İqtisadiyyat Nazirliyi

Tarix 16.10.20, 21:24

Font ölçüsü : - / +
bitmap-img6


İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, oktyabrın 15-də keçirilmiş monitorinqlər zaman Binəqədi rayonunda “Bizim market”də, “Araz supermarket”də, “Yaxın market”də, Nəsimi rayonunda Elçin Həsənova məxsus “1001 xırdavat”, Rakif Şabanova məxsus “Elektrik malları” mağazalarında, Səbail rayonunda “Oba market”də, “Lazer klinik”də, Qaradağ rayonunda “Nanəli qarışıq mallar mağazası”nda, Rövşən Mehdiyevə məxsus pərakəndə ticarət obyektində, Xətai rayonunda “Al market”də, “Lauren” qadın geyimləri mağazası”nda, Nərimanov rayonunda “Onur plast”, “Vilo istilik sistemləri”, “Gilan seramik” pərakəndə ticarət obyektlərində, Nizami rayonunda “Pudra kosmetika və parfümeriya mağazası”nda, Suraxanı rayonunda Zakir Məmmədova məxsus “Market”də, Xəzər rayonunda “Ekonom” mağazasında, “Elvin market”də, Yasamal rayonunda Nəzakət Əliyevaya məxsus “Üst geyim istehsalı sexi”ndə, Sabunçu rayonunda Kənan Alıyevə məxsus ticarət obyektində, Gəncə şəhərində “Delfin market”də, “Elvin inşaat mağazası”nda, Alik İsayevə, Tural Ələkbərova, Almaz Quliyevaya, İbrahim Əliyevə məxsus mağazalarda, Sumqayıt şəhərində Sadiq Fətullayevə, Yusif Səfiyarova məxsus pərakəndə ticarət obyektlərində, Şəki rayonunda “Halal market”də, Anar İsmayılova məxsus tikinti materialları mağazasında, Rüfət Bayramova, Allahyar Əhmədova məxsus qapı-pəncərə sexlərində, Abşeron rayonunda Şamil Hüseynova, Vahab Cəbrayılova, Sərvər Süleymanova, Ramin Fərzəliyevə məxsus pərakəndə ticarət obyektlərində, Cəlilabad rayonunda Etibar Kərimova, Arif Əliyevə məxsus mağazalarda, Şəmkir rayonunda Əfqan Bayramova, Elmira Xəlilovaya, Qara Əmirova, İlkin Həsənova məxsus pərakəndə ticarət obyektlərində, Quba rayonunda Zaur Zülfüqarova, Anar Ərzumanova məxsus mağazalarda, Sabirabad rayonunda Vasif Əkbərova məxsus qarışıq mallar mağazasında, Rüfət Məmmədova məxsus “Sənaye malları mağazası”nda, ümumilikdə, 99 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.




Xəbərin oxunma sayı : 382




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap