Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

Azərbaycan Körfəz və Avropa ölkələrinə pomidor ixrac edəcək –Sahibkarlarla görüş keçirilib

Tarix 12.01.21, 18:46

Font ölçüsü : - / +
bitmap-img6


İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə pomidor istehsalı və ixracı sahəsində fəaliyyət göstərən sahibkarlarla onlayn formatda görüş keçirilib.

AzFakt.com nazirliyə istinadla xəbər verir ki, dövlət başçısının tapşırığından irəli gələn məsələlərin həlli məqsədilə AZPROMO və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbər şəxslərinin, Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropa ölkələrindəki ticarət nümayəndələrinin iştirakı ilə təşkil olunmuş görüşdə ixracın şaxələndirilməsi, ixrac potensialının artırılması, satış üçün yeni prioritet bazarların araşdırılması məsələləri müzakirə edilib.

20-dən çox şirkətin nümayəndəsinin və 40-a yaxın fərdi sahibkarın iştirak etdiyi tədbirdə AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev ixracatçılara bu sahədə yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində İqtisadiyyat Nazirliyinin gördüyü işlər və göstəriləcək dəstək mexanizmləri barədə məlumat verib, sahibkarları bu sahənin inkişafı məqsədilə dövlət qurumları ilə sıx əməkdaşlığa dəvət edib.

Görüşdə ənənəvi bazarlarla yanaşı, Körfəz və Avropa ölkələrə satışın həyata keçirilməsi istiqamətində işlərin başlandığı bildirilib.

Sonda ölkənin müxtəlif regionlarda pomidor istehsalı sahəsində fəaliyyət göstərən ixracatçıların fikirləri dinlənilib, yeni bazarlara ixrac prosedurları ilə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılıb.




Xəbərin oxunma sayı : 841




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap