Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Tramp bu gün impinçment edilə bilər - Bəzi respublikaçıların da prezidentin əleyhinə çıxdığı iddia edilir

Tarix 13.01.21, 12:07

Font ölçüsü : - / +
bitmap-img6


Yanvarın 13-də ABŞ Prezidenti Donald Tramp Nümayəndələr Palatasında ötən həftə Kapitoliya basqının qızışdırılmasındakı roluna görə impiçment oluna bilər. Yaranmış siyasi böhran respublikaçı partiyasında ziddiyyətləri də dərinləşdirir.

Vitse-prezident Mayk Pens yanvarın 12-də deyib ki, Konstitusiyaya 25-ci düzəlişə uyğun olaraq Trampı vəzifəsindən kənarlaşdırmayacaq. Bundan öncə demokratların nəzarətində olan Palata qətnamə qəbul edərək icraedici qanadı konstitusion gücündən istifadə etməyə, Trampı prezidentlikdən kənarlaşdırmağa çağırmışdı.

Palatanın spikeri Nensi Pelosi deyirdi ki, Pens Trampı kənarlaşdırmasa yanvarın 13-də prezident impiçment olunacaq. Pens Pelosiyə məktubunda yazıb ki, prezidentin vəzifə müddətinin bitməsinə cəmi səkkiz gün qalır və onun vəzifədən uzaqlaşdırılmasının “ölkəmizin xeyrinə, yaxud Konstitusiyamıza uyğun olduğuna” inanmır. Demokratlar prezidenti “qiyamı qızışdırmaq” maddəsi ilə impiç etməyi planlaşdırırlar.

Yanvarın 6-da Kapitoliyə basqın zamanı biri polis əməkdaşı olmaqla beş nəfər öldürülüb.

Palatada azlığın lideri Kevin Makkarti deyib ki, indiki məqamda impiçmentin ölkəmizin bir araya gətirilməsinəəks təsiri olar.
Nümayəndələr Palatasında 12-dək respublikaçının impiçmenti dəstəkləyəcəyi gözlənilir.

Trampın Palatada impiç olunacağı dəqiqdir, amma Senatda onun təqsirli bilinməsi üçün gərəkən üçdə iki çoxluğu yığılmaya bilər.

Ancaq bir məsələ nəticəni kəskin dəyişə bilər. “The New York Times” qəzetinin yazmasına görə, Senatda respublikaçıların lideri Miç Makkonnel həmkarlarına deyib ki, Trampın impiçment olunası hərəkətə yol verdiyini düşünür və demokratların addımını dəstəkləyir.

Tramp isə yanvarın 12-də ötənhəftəki zorakılığa görə məsuliyyət daşımadığını deyib, onu ikinci dəfə impiçment etmək cəhdlərini “əcinnə ovu” adlandırıb. Prezident Ağ evdə jurnalistlərə deyib ki, onu vəzifədən kənarlaşdırmaq cəhdləri “ölkəmizə böyük təhlükə yaradır, böyük qəzəb doğurur”. 

“Zorakılıq istəmirəm”, – o söyləyib. 

Bu arada Federal Təhqiqatlar Bürosu xəbərdarlıq edib ki, Co Baydenin 20 yanvar andiçmə mərasimi öncəsi ölkədə silahlı etirazlar keçirilə bilər. (azadliq.org)



Xəbərin oxunma sayı : 862




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap