“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Zəfər muzeyi yaradılacaq - Mehriban Əliyevadan tapşırıq

Tarix 13.01.21, 12:40

Font ölçüsü : - / +
bitmap-img6


Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması ilə bağlı onlayn görüş keçirilib.

Nazirlikdən AzFakt.com-a verilən məlumata görə, görüşdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli 2316 nömrəli sərəncamının icrası ilə bağlı nazirlik tərəfindən görülən işlər barədə məlumat verib.

Eyni zamanda, görüşdə qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Zəfər muzeyinin məzmununun hazırlanması və bununla bağlı İşçi qrupunun yaradılması Mədəniyyət Nazirliyinə həvalə edilib.

Qısa müddət ərzində tərtib edilmiş Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyası barədə görüş iştirakçıları arasında ilkin müzakirələr və fikir mübadiləsi aparıldı. Həmçinin, Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin qurulması məqsədilə məzmun materiallarının toplanması üzrə Tədbirlər Planının ilkin layihəsi də görüşdə müzakirə edilib.

Bu yaxınlarda Mədəniyyət Nazirliyin nəzdində yaradılacaq daxili İşçi qrupunun görüşlərinin daha geniş tərkibdə keçirilməsi nəzərdə tutulur.



Xəbərin oxunma sayı : 1096




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap