|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Milyonların Şəhidi - Əmrah Rəcəbov
Tarix 14.01.21, 19:50 |
|
... Bundan bir neçə gün əvvəl sosial şəbəkədə şəhidimiz Rəcəbov Əmrahın şəklini paylaşmışdım. Bəlkə çoxumuzun videolardan tanıdığı Elçin Əhmədov bir şərh yazmışdı. Elə Elçin də Əmrah kimi Uşaq evində böyüyən igidlərimizdən biridir. O deyir ki, bizləri dövlət böyütdüyü üçün Vətənə çox bağlı oluruq. Çünki bu həyatda bir anamız var, o da Vətəndir. Biz nəyəsə görə döyüşmürük, biz Vətənə olan sevgimiz üçün burdayıq. Biz döyüşürük ki, övladlarımız, ölkəmiz sülh içində yaşasın. Əgər biz şəhid olsaq da, Vətən sağ olsun. Bu sözlər əlbəttə təsir edicidir. Ancaq bunları Vətən uğrunda döyüşən bir əsgərin deməyi daha da duyğulandırır adamı.
İndi haqqında danışacağım Əmrah isə artıq həyatda deyil. Əminəm ki, həyatda olsa, o da bu sözləri deyərdi. Çünki o Vətəndən başqa kimsəsi olmayan, canını bu həyatdakı tək yaxınına, Vətəninə - ailəsinə fəda edən bir igiddir. Gəlin, əvvəlcə Vətən, millət uğrunda canından keçən Əmrahın taleyini yaxından öyrənək...
Rəcəbov Əmrah 11 dekabr 2000-ci ildə Gəncə şəhərində anadan olub. Hələ kiçik yaşlarında atasını itirən Əmrah anası tərəfindən Gəncə şəhərində yerləşən Uşaq Evinə verilib. Orta təhsilini Gəncə şəhər 34 nömrəli tam orta məktəbində alıb. Məzun olduqdan sonra da ona dövlət tərəfindən Masazır məzunlar evindən mənzil hədiyyə olunub. 2019-cu ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmət keçmək üçün orduya çağırılıb.
Əmrah Xidməti fəaliyyətini Beyləqan rayonunun N saylı hərbi hissəsində icra edib. 2020-ci ilin 27 sentyabr tarixində İkinci Qarabağ müharibəsinin başlamasından sonra Füzuli əməliyyatına cəlb olunub və Füzuli rayon mərkəzinin azad edilməsi uğrunda aparılan şiddətli döyüşlərdə iştirak edib.
Vətənin dar günündə onun müdafiəsinə qalxan Əmrah Rəcəbov 2020-ci ilin 8 oktyabr tarixində Füzuli əməliyyatının gedişatında yaralanmış əsgər yoldaşını, döyüş mövqeyindən çıxartmağa çalışarkən yaxınlığına düşən mərmi nəticəsində şəhid olub. Qeyd edim ki, döyüş meydanından çıxardığı yoldaşı da onun kimi, dövlət himayəsində böyümüş Nicat Salahov olub. Nicat yaralı halda xəstəxanaya yerləşdirilsə də, müalicəsini tam bitirmədən silahdaşı Əmrahın qisasını almaq üçün yenidən cəbhəyə yollanıb. Ancaq təəssüf ki, Nicat Salahov da Şuşa şəhərində şəhid olub. Qeyd edim ki, yaxın günlərdə Nicat Salahov dəfn edilsə də, Əmrah Rəcəbovun tibbi-ekspertizası hələ də davam edir. Heç bir yaxını olmadığı üçün ekspertizanın nəticələri də gecikməkdədir.
Əmrahın taleyinin dərinliyini öyrənəndə Şair Elşad Barat həm öz hisslərini, həm də mənim hisslərimi bu cümlələr ilə ifadə etdi:
Allah, məni daş elə,
Bütünlüklə daş olum,
Əmraha başdaş elə,
Əbədi yoldaş olum...
İndi bizim bir təsəllimiz var, qardaşımız, övladımız Əmrah Vətən uğrunda şəhadətə yetişib. Ancaq adamı təəssüfləndirən məqamlar da olur. Şəhidlərimizin anım günü ərəfəsində verilişlər qarşıma çıxdıqca bir şeyə diqqət edirdim, ən azından ailəsi olan şəhidlərin arxasından göz yaşı tökən, məzarında layla oxuyan anaları, bacıları, cənazəsini qaldıran ataları, qardaşları var. Söz onda deyil, təbii ki, bütün şəhidlərin bizdəki yeri eynidir və biz xalq olaraq kimsəsizlər üçün əlimizdən gələni edirik. Amma Əmrahı ilk görəndən göz yaşlarımı saxlaya bilmirəm. Bəlkə də onu özümə qardaş kimi görürəm. Hər gecə gözümün qarşısına simasını gətirib, dualar edib göz yaşları ilə yuxuya gedirəm. Amma yenə də rahatlaşmıram.
Bilirsiniz, mənə ən çox təsir edən nədir?! Çoxlarının valideyni övladı haqda ağız dolusu danışır, başına qaralar bağlayıb yasını saxlayır. Amma Əmrahın nə uşaqlığı var, nə də arxasından ağlayacaq kimsəsi. Açığı, televiziyada da şəkilini görmədim. Demək ki, insanın kimsəsi olmayanda tez yaddan çıxır. Nə bilim, bəlkə də heç yada düşmür. Biz hər gün Əmrahın timsalında Vətəndən başqa ailəsi olmayan qardaşlarımız, övladlarımız üçün ayrıca bir dua da etməliyik. Onları yaddan çıxarmayaq. Axı, şəhidlərə biz sizi unutmayacağıq deməklə, unutmamaq olmur. Odur ki, Əmrahın müqəddəs ruhu qarşısında söz verirəm, unudulmaması, adının əbədiləşməsi üçün əlimdən gələni edəcəyəm...
Eh, Əmrah, açığı, hərdən çox utanıram, torpağın altında sənin kimi oğullar yatıb deyə, bu torpağa basan ayaqlarıma lənət oxuyuram. Nə etsək, nə desək, borcunuzdan çıxa bilmərik. Çünki sən bu dünyadan doymadın, Əmrah. Yarım qalan xəyalların, arzuların, sanki hər addımda yolumu kəsir.
Qoyma yollarım kəsilsin, qardaş. Yolun düşsə bu dünyaya bir də gəl. Ancaq bu dəfə tamam başqa qədəmlərlə gəl. Gəlişinlə səndən əvvəl 5 qız övladı olan bir atanın oğlu olaraq gəl. Doğum evindəki tibb bacısı atanı müjdələyib desin ki, gözünüz aydın oğlunuz oldu. Atan da sevincək qucağına alıb bağrına basaraq səninlə fəxr eləsin. Ana-ata nəvazişi ilə böyük bacıların bircə dənə ərköyün qardaşı kimi böyü bu dəfə. Yenə Vətəni qorumağa get, yenə əsgər ol, amma sağ-salamat qayıt gəl, qardaş...
Günel ABBAS
Xəbərin oxunma sayı : 727
Maraqlı
Xəbərlər
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
TOP 10
ARXİV