Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Nitq qüsuru olan uşaqlar əməliyyat edilməlidirmi?

Tarix 02.12.16, 19:31

Font ölçüsü : - / +
bitmap-img6


Esmira Qafarova: "Çox ailə dilaltı qədəh kəsildikdən sonra danışmayan uşağın danışmağa başlayacağını düşünür. Bu səhv fikirdir".

"Çünki dilaltı qədəh yalnız bəzi hərflərin düzgün çıxmasını mane olar"

Dünya inkişaf edib dəyişdikcə insanlarda, onların orqanizmlərində də bir sıra dəyişikliklər özünü büruzə verir. Daha çox özünün mənfi tərəflərini göstərən bu dəyişikliklər ətraf mühitin, qəbul edilən qidanın, ekologiyanın çirkləndirilməsi və s. səbəblərdən meydana çıxır. Son illərdə insan orqanizmində, xüsusilə uşaqlarda meydana gələn problemlərdən biri də nitq qüsurudur. Uşaqların sözü açıq-aydın ifadə etməməsi, kəkələməsinə bir sıra amillər səbəb ola bilir. Zamanında həmin amillərin aradan qaldırılması gələcəkdə uşağın həyatında niqt qüsurunun hiss edilməməsi ilə nəticələnir. Amma, nitq qüsurunda olan problemlərin xəstəlikdən də meydana gəldiyi danılmazdır. Daha doğrusu ağız boşluğunda olan bəzi xəstəliklər nitq qüsurunun meydana gəlməsinə səbəb ola bilər.

Defektoloq-loqoped Esmira Qafarova deyir ki, uşaqlarda görülən xəstəliklərdən biri də dilaltı qədəh (pərdə) problemidir. Onun sözlərinə görə, dilaltı qədəh çox qısa olan körpələr dillərini ağız içərisində çox rahat çevirə bilməz, ciddi çətinlik yaşaya bilərlər: "Bu kimi uşaqlar dillərini rahatca çölə çıxara bilməzlər. Böyüyəndə danışarkən hərfləri fərqli tələffüz edə bilərlər. Dil pərdəsi çox qısa olan körpələrdə şübhəsiz uşaq cərrahının fikri alınmalıdır. Lazımlı görülsə, cərrahi müdaxilə ilə dilaltı pərdənin qısalığı düzəldilməlidir". Esmira Qafarova deyir ki, problem, damaq ilə dil arasında olan bağın qalın və ya qısa olmasından qaynaqlanır: "Problemlə bağlı olaraq dil hərəkətləri məhdudlaşdırılır. Bu hal problemi yaşayan uşağın danışmasına və qidalanmasına mənfi təsir edir. Lakin bu problem ümumiyyətlə ciddi bir problemə gətirib çıxarmaz. Uşaqların bir hissəsinə cərrahi müdaxilə lazım ola bilər". Bəs, uşaqda dilaltı qədəh olub-olmadığı necə aydın olar? Defektoloq loqoped deyib ki, bunu bilməyin ən asan yolu dil pərdəsinin alt dodaq xəttini keçib keçmədiyinə baxmaqdır: "Uşağınıza dondurma və ya lollipop növü şəkəri yalatmağa çalışın. Uşağın dili ağzının içərisində kifayət qədər hərəkətli deyilsə yeməklərin artıqları tam olaraq təmizlənməz, bu səbəbdən dişləri də qoruya bilməz. Ayrıca ağız qoxusuna və diş çürüməsinə səbəb ola bilər". Bəs, dilaltı qədəh olan uşaq nə vaxt əməliyyat olunmalıdır?. Esmira Qafarovanın sözlərinə görə, uşaqda dilaltı pərdə çox qısadırsa cərrahı olaraq müdaxilə edilməlidir: "Əmmə funksiyasında bir problem yoxdursa iki yaşa qədər gözlənilməlidir. Körpənin bəslənməsində problem yoxdursa iki yaş ətrafında çıxış funksiyası qiymətləndirilməlidir. Əgər danışmasına təsir edəcək dərəcədə problem varsa, hərfləri çıxarmaqda çətinlik çəkirsə dil pərdəsi kəsilir. Dilaltı qədəh cərrahiyyəsi, lokal anesteziya ilə edilən asan bir əməliyyatdır. Uşaq daha böyükdürsə ümumi anesteziya ilə etmək daha yaxşı olar. Bu mövzuda mütəxəssislərin ailələrə tövsiyəsi budur. Uşağınızda nitq pozulması varsa əvvəlcə eşitmə funksiyası qiymətləndirilməlidir. Əgər uşaq yaxşı eşitmirsə yaxşı danışa bilməz. Çox ailə dilaltı qədəh kəsildikdən sonra danışmayan uşağın danışmağa başlayacağını düşünür. Bu səhv fikirdir. Çünki dilaltı qədəh yalnız bəzi hərflərin düzgün çıxmasını mane olar. Nitq pozğunluğunun səbəbi başqa şey ola bilər. Ona görə də əməliyyatdan qabaq bu vəziyyət yaxşı araşdırılmalıdır".

olaylar.az 



Xəbərin oxunma sayı : 643




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap