Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Novruz Məmmədov hökuməti topladı, müşavirə keçirdi –Baş nazirdən yeni tapşırıqlar

Tarix 15.01.19, 15:12

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə qaldırılan məsələlərlə əlaqədar baş nazir Novruz Məmmədovun yanında Nazirlər Kabineti Aparatının iclası keçirilib.

AzFakt.com Nazirlər Kabinetinə istinadən bildirir ki, N. Məmmədov 2018-ci ildə ölkəmizin əldə etdiyi aparılan iqtisadi islahatlardan, yeniliklərdən bəhs edib, müşavirə zamanı Prezident İlham Əliyevin qeyd etdiyi istiqamət və hədəflərin hökumət üçün əsas meyar olduğunu bildirib.

Baş nazir qeyd edib ki, əhalinin aztəminatlı hissəsinin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, məcburi köçkünlərin sosial problemləri daim dövlətin diqqət mərkəzindədir: “İlin mühüm hadisələri olan “Azerspace-2” peykinin orbitə çıxarılması, Cənub Qaz Dəhlizinin, TANAP qaz kəmərinin, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, Türkiyədə ən böyük layihələrdən olan “STAR” Neft Emalı Zavodunun açılışları, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması Dövlət başçısının apardığı məqsədyönlü siyasətin əməli nəticələridir”.

N. Məmmədov deyib ki, 2019-cu ildə də ölkəmizdə mühüm işlərin həyata keçirilməsi, idarəetmədə yeni yanaşmanın tətbiq olunması nəzərdə tutulub. Azərbaycan Respublikasının Baş naziri aqrar sahəsinin inkişafına nəzər salaraq, ötən ildə aparılmış meliorativ tədbirlər nəticəsində əkin dövriyyəsinə cəlb edilmiş torpaqların səmərəli istifadə edilməsi ilə bağlı tədbirlər barədə də danışıb.

Yekunda sosial-iqtisadi inkişafın nəticələrinə dair ətraflı fikir mübadiləsi aparıldıqdan sonra, baş nazir Prezidenti İlham Əliyevin müşavirədə verdiyi tapşırıqların icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələrinə müvafiq göstərişlər verib.



Xəbərin oxunma sayı : 151




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap